XƏBƏRLƏR
19.09.14 “ƏSRİN MÜQAVİLƏSİ”NİN 20 İLLİYİ İLƏ BAĞLI TARİX İNSTİTUTUNUN ELMİ ŞURASI KEÇİRİLMİŞDİR
Bu gün AMEA-nın Əsas Binasının ikinci mərtəbəsindəki zalında “Əsrin müqaviləsi”nin bağlanmasının 20 illiyinə həsr olunmuş AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. Ətraflı >>

“ƏSRİN MÜQAVİLƏSİ”NİN 20 İLLİYİ İLƏ BAĞLI TARİX İNSTİTUTUNUN ELMİ ŞURASI KEÇİRİLMİŞDİR


Bu gün AMEA-nın Əsas Binasının ikinci mərtəbəsindəki zalında “Əsrin müqaviləsi”nin bağlanmasının 20 illiyinə həsr olunmuş AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir.

Şurada xalqımızın tarixi taleyində mühüm rol oynamış “Əsrin müqaviləsi”nin bağlanması prosesində yaşanmış tarixi proseslərin təhlilinə geniş yer verilmişdir.

Şurada, həmçinin t.ü.f.d. Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” monoqrafiyasının təqdimatı keçirilmişdir. Monoqrafiyada “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirən amil¬lər, Azər¬baycan hökuməti ilə xarici şirkətlər arasında danışıqlar prosesinin mərhələləri və tərəflərin mövqelərinin uzlaşdırılması sahəsində meydana çıxan prob¬lem¬lər, Azərbaycanın bölgədəki müxtəlif geosiyasi maraqların ta¬raz¬laşdırılması və öz mənafelərini qorumaq üçün göstərdiyi səylər, habelə müqavilənin əsas müd-dəaları sistemli şəkildə araşdırılır və təhlil olunur. Eyni zamanda, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft-qaz sə¬na¬ye¬sinə kapital axınının güclənməsi prosesi və imzalanmış digər müqa¬vilə¬lə¬rin iqtisadi-siyasi cəhətləri, yeni texnologiyaların tətbiqi əsasında müasir in¬fras¬¬trukturun və şaxələndirilmiş neft ixracı sisteminin yaradılması, eləcə də bu sahədə xarici təzyiqlərin və çətinliklərin dəf olunması ilə bağlı hökumətin si¬ya¬səti ilk dəfə olaraq vahid elmi tədqiqat obyekti kimi hərtərəfli araşdırılır, gö¬rülən tədbirlərin ölkənin sosial-iqtisadi inkişafına və beynəlxalq möv¬qe¬lə¬ri¬nə müsbət təsiri qiymətləndirilir.

Əsərdə Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nın bağlanması üçün apardığı olduqca gərgin, məqsədyönlü mübarizəyə xüsusi diqqət yetirilir, o zaman ARDNŞ-nin Birinci Vitse – Prezidenti olan İlham Əliyevin ən mühüm dövlət tapşırıqlarını uğurla yerinə yetirməsindən geniş bəhs olunur.

İclasda çıxış edən Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin uzaqgörən düşüncəsinin məhsulu olan “Əsrin müqaviləsi”ni dünyanın nüft diplomatiyası tarixində böyük dönüş, ağlasığmaz qələbə adlandırdı. Yaqub Mahmudov müqavilənin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dünyaya tanıdılmasında olduqca mühüm addım olduğunu qeyd etdi, Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” monaqrafiyasının əhəmiyyətini xüsusi vurğuladı.

Daha sonra iclasda çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, Millət Vəkili Fəzail İbrahimli Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” əsərinin elmi əhəmiyyətini, müqavilənin Azərbaycan xalqının gələcəyində oynadığı müsbət rolu qeyd etdilər.



10.09.14 AKADEMİK RAMİZ MEHDİYEVİN “DAĞLIQ QARABAĞ: MƏXƏZLƏRDƏN OXUNMUŞ TARİX” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi Şurasının AMEA-nın əsas binasının dəyirmi zalındakı genişləndirilmiş iclasında Akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan... Ətraflı >>

ŞƏKİDƏ ORTAQ TÜRK TARİXİNİN YAZILMASI MƏSƏLƏSİ ÜZRƏ İCLAS KEÇİRİLMİŞDİR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi Şurasının AMEA-nın əsas binasının dəyirmi zalındakı genişləndirilmiş iclasında Akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi və təqdimatı keçirilmişdir. İclası Elmi Şuranın sədri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq bildirdi ki, Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı tarix elminin böyük nailiyyətidir, burada tarixi, arxeoloji, antropoloji faktlara əsaslanılaraq sübut olunur ki, ermənilər Qarabağ ərazisinə, o cümlədən Cənubi Qafqaza gəlmədirlər, Çar Rusiyası tərəfindən köçürülüblər, kitab Tarix İnstitutundakı tədqiqatlara böyük dəstəkdir.

Təqdimat mərasimində çıxış edən Tarix İnstitutunun əməkdaşları Millət vəkili Fəzail İbrahimli, elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Tofiq Nəcəfli, t.ü.f.d. Allahverdi Əlimirzəyev, professor Tofiq Mustafazadə, t.ü.f.d. Hacı Həsənov, professor Camal Mustafayev, t.ü.f.d. Güntəkin Nəcəfli, professor Qasım Hacıyev, t.ü.f.d. İlqar Niftəliyev çıxış edərək Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının Azərbaycan tarixşünaslığının ayrı-ayrı dövrlərinin tədqiqi üçün çox böyük elmi əhəmiyyət daşıdığını qeyd etdilər.

İclasın sonunda yekdilliklə qərara alındı ki, Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə yayılsın.



23.06.14 ŞƏKİDƏ ORTAQ TÜRK TARİXİNİN YAZILMASI MƏSƏLƏSİ ÜZRƏ İCLAS KEÇİRİLMİŞDİR
2014-cü il iyun ayının 23-də Şəki Şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin alimlərindən ibarət “Ortaq Türk tarixinin yazılması” məsələsi üzrə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə verdikləri tapşırıqlar əsasında yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilmişdir. Ətraflı >>

ŞƏKİDƏ ORTAQ TÜRK TARİXİNİN YAZILMASI MƏSƏLƏSİ ÜZRƏ İCLAS KEÇİRİLMİŞDİR


2014-cü il iyun ayının 23-də Şəki Şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin alimlərindən ibarət “Ortaq Türk tarixinin yazılması” məsələsi üzrə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə verdikləri tapşırıqlar əsasında yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı lauriyatı, millət vəkili Yaqub Mahmudov, institutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov və başqa Azərbaycan tarixçiləri ilə yanaşı Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin rəhbəri prof., Dr. Məhmət Əli Beyhan, mərkəzin direktor müavini Nihat Böyükbaş, mərkəzin elmi şurasının üzvüləri prof., Dr. Selma Yel, prof., Dr. Abdullah İlqazi, prof., Dos. Mehmet Əli Çakmak və elmi işlər üzrə müavin Hüseyn Tosun iştirak etmişlər. İclası giriş sözü ilə Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açaraq keçən dövr ərzində ortaq türk tarixinin yazılması üzrə müəyyən edilmiş iki əsas məsələnin: 1) “Türk dövlətlərinin tarixi” və 2) “Türk dünyasının məşhur dövlət xadimləri və şəxsiyyətləri” mövzuları ilə bağlı görülən işlərin hazırki vəziyyətinin müzakirə edilməsi və dəyərləndirilməsini təklif etdi. Aparılan fikir mübadiləsi zamanı qərara alındı ki, “Türk dünyasının məşhur dövlət xadimləri və şəxsiyyətləri” mövzusu üzrə aparılan tədqiqatlar türk dünyasını daha da sıx birləşdirməli və bu birliyin möhkəmləndirilməsi işinə xidmət etməlidir. Hazırda Azərbaycan, türk, özbək və digər türk xalqlarının tarixin müxtəlif dövrlərində fəaliyyət göstərmiş görkəmli dövlət xadimləri, o cümlədən Əmir Teymur, Uzun Həsən, Sultan Mehmet Fateh, I Şah İsmayıl Səfəvi, I Sultan Səlim Yavuz, Sultan Süleyman Qanuni, I Şah Təhmasib Səfəvi, Nadir şah Əfşar və digər tanınmış dövlət xadimləri haqqında Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində bəzi elmi və siyasi dairələr tərəfindən yalnış, tarixi həqiqətə uyğun olmayan, türk dünyası birliyinə zərbə vuran fikirlər təbliğ edilir və bu məşhur insanların şəxsiyyətlərinin təhqir edilməsi faktlarına rast gəlinir. İclasda belə fikirlərin yalnış olması bildirilmiş və Ümummilli lider dahi Heydər Əliyevin irəli sürdüyü “Bir millət iki dövlət” prinsipinə və böyük Mustafa Kamal Atatürkün “Tarixi yazmaq tarixi düzəltmək qədər mühümdür. Yazan düzəldənə sadiq qalmazsa dəyişməyən həqiqət insanı çaşdıracaq bir mahiyyət alacaqdır” fikrinə zidd olması qeyd olunaraq iştirakçılar tərəfindən pislənilmişdir. İclasda hər iki tərəfdən bu mövzular üzrə hazırlanmış mətnlərin beş ay müddətində yenidən işlənilərək Təşkilat komitəsinə təqdim edilməsi və yazılmış materialların ekspertizadan keçirilməsi haqqında qərar qəbul edilmişdir. İclasda, həmçinin Dağıstandan olan görkəmli türkoloq alim t.ü.f.d. Kamil Əliyevin Təşkilat Komitəsinə üzv seçilməsi haqqında qərar qəbul edilmişdir.



18.06.14 TARİX İNSTİTUTUNDA “BİRİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR
Tarix İnstitutunun təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfrans 20 iyun 2014-cü il tarixində saat 11:00-da Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının binasının Dəyirmi zalında (birinci mərtəbə) işə başlayacaqdır. Ətraflı >>

TARİX İNSTİTUTUNDA “BİRİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR


Tarix İnstitutunun təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfrans 20 iyun 2014-cü il tarixində saat 11:00-da Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının binasının Dəyirmi zalında (birinci mərtəbə) işə başlayacaqdır. Elmi konfransı giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açacaqdır. Konfransda Azərbaycan, həmçinin Türkiyə, Rusiya (o cümlədən, Dağıstan, İnquşetiya, Adıgey respublikaları), Gürcüstan, Fransa, Mərkəzi Asiya ölkələri və digər ölkələrdən görkəmli tarixçi alimlər məruzələrlə çıxış edəcəklər.

Konfrans plenar iclas və 3 bölmədə fəaliyyət göstərəcəkdir. Bölmələrdən biri Birinci Dünya müharibəsi illərində Cənubi Qafqaz və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı soyqırımlarına həsr edilmişdir. Konfransda soyqırımlarına dair “Qafqaz Cəbhəsində Osmanlı ordusunun vəziyyəti” (prof., Dr. Məhmət Əli Beyhan - Türkiyə), “Birinci Dünya müharibəsi illərində Azərbaycan xalqına qarşı “Böyük Ermənistan” cinayəti” (t.ü.f.d. Natiq Məmmədzadə), “1918-ci ilin Mart hadisələri və Bakıda Sovet hakimiyyətinin bərpası” (t.ü.f.d. Aleksey Bezuqolnı - Rusiya Federasiyası), “Birinci Dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı” (t.ü.f.d. Vaqif Abışov), “Birinci Dünya müharibəsi və ermənilərin türk xalqına qarşı vəhşilikləri” (t.ü.e.d. Quram Marxuliya - Gürcüstan), “Birinci Dünya müharibəsi illərində erməni-Rusiya hərbi birliklərinin Şərqi Anadolunun Qars vilayətində törətdikləri soyqırımları” (Nazim Mustafa), “Birinci Dünya müharibəsi və Cənubi Qafqazda Ermənistanın yaradılması” (t.ü.e.d. Cambul Ançabadze - Gürcüstan), “Birinci Dünya müharibəsində Nargin adasındakı türk müharibə əsirləri və Azərbaycan türklərinin köməyi” (Hüseyn Tosun – Türkiyə), “Birinci Dünya müharibəsi illərində Urmiyada soyqırımı” (t.ü.e.d., prof. Həsən Əlibəyli), “Birinci Dünya müharibəsi dövründə Azərbaycanın Naxçıvan və Zəngəzur qəzalarında azərbaycanlıların soyqırımı” (t.ü.f.d. Kamran İsmayılov), “1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları (Başbakanlıq Osmanlı Arxivinin sənədləri əsasında)” (t.ü.f.d. Güntəkin Nəcəfli), “1918-1920-ci illərdə ermənilərin İrəvan bölgəsində azərbaycanlılara qarşı törətdikləri soyqırımları (Başbakanlıq Osmanlı Arxivinin sənədləri əsasında)” (t.ü.f.d. İradə Məmmədova), “Ermənistan Respublikasının yaradılması və onun azərbaycanlılara qarşı soyqırımı siyasəti” (doktorant Nigar Abuşova), “Birinci Dünya müharibəsində Cənubi Qafqazın demoqrafik vəziyyətindəki dəyişikliklər” (t.ü.e.d., prof. Kərim Şükürov), “1914-1918-ci illərdə Azərbaycan və Gürcüstana qarşı erməni siyasətinin tarixi” (t.ü.e.d., prof. Bejan Xorava - Gürcüstan), “Birinci Dünya müharibəsi: Qafqaz və Qafqaz cəbhəsində türk-islam birliyi” (t.ü.f.d. Sevinc Əliyeva) və digər maraqlı məruzələr dinləniləcəkdir.

Konfransda həmçinin t.ü.e.d. Hacı Murad Donoqo, t.ü.f.d. Rabadan Sultanbəyov, t.ü.f.d. Kamil Əliyev (Dağıstan, RF), prof., Dr. Səlma Yel, prof., Dr. Abdullah İlqazi, Nihat Böyükbaş (Türkiyə), t.ü.f.d. Mixail Şatsillo, t.ü.e.d. Marem Dolqiyeva, t.ü.f.d. Əhməd Murtazəliyev (Rusiya Federasiyası), t.ü.e.d. Vladimir Buldakov, t.ü.e.d. Asker Paneş, t.ü.e.d. Mayrbek Vaçaqayev (Fransa), t.ü.f.d. Vasif Qafarov, t.ü.f.d. İlqar Niftəliyev, t.ü.f.d. Hacı Həsənov, t.ü.f.d. Nigar Gözəlova, t.ü.e.d., prof. Qabil Əliyev və digər tarixçilər Birinci Dünya müharibəsi illərində Cənubi Qafqaz regionuna dair məruzələrlə çıxış edəcəklər.

Bütün KİV nümayəndələri tədbirə dəvət olunurlar.



16.04.14 TARİX İNSTİTUTUNDA NÖVBƏTİ ELMİ ŞURA KEÇİRİLMİŞDİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı Elmi Şura keçirilmişdir. Ətraflı >>

TARİX İNSTİTUTUNDA NÖVBƏTİ ELMİ ŞURA KEÇİRİLMİŞDİR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı Elmi Şura keçirilmişdir. Şura üzvüləri AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli 9/23 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış edildilər. Şurada çıxış edən institutun direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan tarixinin müstəqillik dövrünün tələbləri ruhunda yazılmasında Tarix İnstitutunun böyük rol oynadığını, bununla belə Tarix sahəsinə AMEA-nın həqiqi üzvü yeri ayrılmadığını, müxbir üzvüləri üçün isə 2 yerin nəzərdə tutulduğunu qeyd etdi.

Şurada Tarix İnstitutunda AMEA-nın müxbir üzvülüyünə namizədlər gizli səsverməyə çıxarıldılar. Gizli səsvermə nəticəsində AMEA-nın müxbir üzvülüyünə seçkilərdə iştirak etmək üçün aşağıdakı əməkdaşların namizədliyi irəli sürüldü.

t.ü.e.d., prof. Ə.Q.Qasımov
t.ü.e.d., prof. Ş.F.Fərzəliyev
t.ü.e.d., prof. T.M.Məmmədov
t.ü.e.d., prof. K.K.Şükürov
t.ü.e.d., prof. N.Ç.Axundova



09.04.14 MİLLƏT VƏKİLİ, XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLIYA
örmətli Sabir müəllim, AzNews.az saytına 8 aprel 2014-cü il tarixdə verdiyiniz müsahibə Tarix İnstitutunun əməkdaşlarını və şəxsən məni son dərəcə təəccübləndirdi. Ətraflı >>

MİLLƏT VƏKİLİ, XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLIYA


Hörmətli Sabir müəllim, AzNews.az saytına 8 aprel 2014-cü il tarixdə verdiyiniz müsahibə Tarix İnstitutunun əməkdaşlarını və şəxsən məni son dərəcə təəccübləndirdi. Sizi narahat edən 7 cildlik “Azərbaycan tarixi” 2003-cü ildə işıq üzü görmüşdür. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə Sizin özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan “qopa bilməməkdə” suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdən söyləndiyi üçün dərin təəssüf hissi keçiririk. Gördüyümüz işlərə Sizin kimi milli təfəkkür sahiblərinin bu cür qiymət verməsi əməkdaşlarımız arasında ciddi anlaşılmazlığa səbəb olmuş və haqlı narazılıq doğurmuşdur.

AzNews.az saytına isə arzumuz budur ki, Tarix İnstitutunun uğurlarına da yer ayırsın!

Hörmətlə,
Tarix İnstitutunun direktoru,
Yaqub Mahmudov



09.04.14 TARİX İNSTİTUTUNDA “VERNER FON SİMENS. QAFQAZ SƏYAHƏTLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Ətraflı >>

TARİX İNSTİTUTUNDA “VERNER FON SİMENS. QAFQAZ SƏYAHƏTLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açdı. Yaqub Mahmudov öz çıxışında Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verdi. Yaqub Mahmudov almanların da məskunlaşdığı Gədəbəy bölgəsində əhalinin ermənilərin işğalçılıq fəaliyyətinin qarşısını aldığını qeyd etdi.

Sonra Gədəbəydən olan Millət Vəkili Sevinc Hüseynova “Azərbaycanın Gədəbəy bölgəsinin tarixini öyrənmək üçün qiymətli ilk mənbə” adlı məruzə ilə çıxış etdi. O, çıxışında Gədəbəydə mədən işinin qədim tarixi, bölgədə metallurgiyanın inkişafında Simens qardaşlarının rolu haqqında geniş məlumat verdi. Sevinc Hüseynova “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının Azərbaycan tarixi üçün əhəmiyyətli mənbə olduğunu qeyd etdi. Sonda Sevinc Hüseynova layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Tarix İnstitutunun direktoru Yaqub Mahmudova təşəkkür etdi.

Təqdimat mərasimində daha sonra Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Haydrun Tempel “Azərbaycan-Almaniya əlaqələri: tarixi keçmiş, müasir dövr, perspektivlər” adlı məruzə ilə çıxış etdi. O, çıxışında Tarix İnstitutuna kitabı nəşr etdirdiyi üçün təşəkkür etdi. Xanım Haydrun Tempel Azərbaycan-Almaniya əlaqələrinin yüksək səviyyədə olduğunu, Alman şirkətlərinin Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyduğunu, hətta iki ölkənin iqtisadiyyat sahəsində birgə komissiyasının da mövcudluğunu, nəşr olunan kitabın qiymətli mənbə olduğunu ve belə kitabların sayının artırılmasını arzu etdiyini qeyd etdi.

Təqdimat mərasimində çıxış edən Tarix İnstitutunun şöbə müdiri t.ü.f.d. Hacı Həsənov kitabın Gədəbəyin, o cümlədən Cənubi Qafqazın tarixini öyrənmək baxımından çox qiymətli mənbə olduğunu qeyd etdi.

Millət Vəkili Rafiq Məmmədhəsənov çıxışında atasının Gədəbəydə Simenslərin tikdirdiyi zavodda işlədiyini, almanların Gədəbəydə mədən sənayesinin inkişafındakı rolunu qeyd etdi.

Professor alman Ziglinde Hartman Azərbaycan-Almaniya mədəni əlaqələrində ədəbiyyatın, ilk mənbə kimi əlyazmaların rolundan danışdı.

Sonda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Almaniyanın Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu əlaqələrin, həmçinin elmi və mədəni əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini, Azərbaycan həqiqətlərinin Almaniyada təbliğatının gücləndirilməsinin vacibliyini qeyd etdi. Yaqub Mahmudov ümid etdiyini bildirdi ki, Azərbaycanın real tarixi həqiqətləri Alman ictimaiyyətində yayıldıqca Almaniyada Azərbaycanın dostları artacaqdır, ermənilərin işğal etdiyi Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərində tarixi abidələrimizə, iqtisadiyyatımıza edilən erməni təcavüzünün və faşizminin qarşısının alınmasında Alman xalqı bizə mənəvi dəstək verəcəkdir.



08.04.14 TARİX İNSTİTUTUNDA İSTANBUL TİCARƏT PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Dünən Tarix İnstitutunda İstanbul Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Tarix İnstitutu ilə Türkiyə tarixçi alimləri arasında elmi münasibətlərin davam etdirilməsi... Ətraflı >>

TARİX İNSTİTUTUNDA İSTANBUL TİCARƏT PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR


Dünən Tarix İnstitutunda İstanbul Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Tarix İnstitutu ilə Türkiyə tarixçi alimləri arasında elmi münasibətlərin davam etdirilməsi, Azərbaycan-Türkiyə tarixi həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri soyqırımların araşdırılması, Ortaq Türk tarixinin yazılması prosesinin sürətləndirilməsi barədə fikir mübadiləsi edilmişdir.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov türk tarix elminin inkişafı, ortaq türk tarixinin yazılması istiqamətində qarşıda duran məqsədlərə nail olmaq üçün birgə elmi işlərin yazılmasının, Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman xalqına qarşı ermənilərin törətdikləri vəhşiliklərinin və soyqırımların birgə araşdırılması və Kütləvi İnformasiya Vasitəsiləri ilə dünyaya çatdırılmasının vacibliyini qeyd etmişdir. İstanbul Ticarət Palatasının idarə heyətinin üzvüləri Tarix İnstitutu ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdilər.



08.04.14 TARİX İNSTİTUTUNDA “VERNER FON SİMENS. QAFQAZ SƏYAHƏTLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının tıqdimat mərasimi keçiriləcəkdir. Təqdimat mərasimi 9 aprel 2014-cü il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən binasının böyük zalında keçiriləcəkdir. Ətraflı >>

TARİX İNSTİTUTUNDA “VERNER FON SİMENS. QAFQAZ SƏYAHƏTLƏRİ” KİTABININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR


Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının tıqdimat mərasimi keçiriləcəkdir. Təqdimat mərasimi 9 aprel 2014-cü il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən binasının böyük zalında keçiriləcəkdir. Mərasimi giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açacaqdır. Təqdimat mərasimində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Haydrun Tempel məruzə ilə çıxış edəcəkdir. KİV nümayəndələri təqdimat mərasiminə dəvət olunurlar.



07.03.14TARİX İNSTİTUTU NƏZDİNDƏKİ DİSSERTASİYA ŞURASINDA NÖVBƏTİ DİSSERTASİYA MÜDAFİƏLƏRİ KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. Şurada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 2 dissertasiya müdafiə olunmuşdur. Ətraflı >>

TARİX İNSTİTUTU NƏZDİNDƏKİ DİSSERTASİYA ŞURASINDA NÖVBƏTİ DİSSERTASİYA MÜDAFİƏLƏRİ KEÇİRİLMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. Şurada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 2 dissertasiya müdafiə olunmuşdur.

İradə Xalid Qızı Əliyevanın “Tiflis quberniyası azərbaycanlılarının siyasi və sosial-iqtisadi vəziyyəti (1846-1917)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada müasir dövrümüzdə də aktual olan Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi və siyasi vəziyyəti tədqiq edilmişdir.

Xədicə İsmayıl qızı Araslının “Gəncə-Qarabağ bəylərbəyliyi XVIII əsrin birinci yarısında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada Gəncə-Qarabağ bəylərbəyiliyinin ərazisi, burada yaşayan əhalinin milli və sosial tərkibi, iqtisadi həyatı tədqiq edilmişdir. Dissertasiyada sübuta yetirilmişdir ki, Gəncə-Qarabağ bəylərbəyiliyi əhalisinin mütləq əksəriyyətini təşkil edən türk-müsəlman əhali - azərbaycanlılar bu regionun ən qədim yerli əhalisi idi. Bölgədə yaşayan xristianlar bütün əhalinin az bir hissəsini təşkil edirdilər ki, onlar da alban mənşəli yerli əhali idi.



05.02.14 ƏLİ BƏY HÜSEYNZADƏNİN 150 İLLİK YÜBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ SESSİYA KEÇİRİLDİ
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir. Ətraflı >>

ƏLİ BƏY HÜSEYNZADƏNİN 150 İLLİK YÜBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ SESSİYA KEÇİRİLDİ


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açdı. Geniş məruzə ilə çıxış edən Yaqub Mahmudov Əli bəy Hüseynzadənin Azərbaycanın Milli Mücadələ tarixinin əvəzolunmaz şəxsiyyəti olduğunu bildirdi. O, Əli bəy Hüseynzadənin ideyalarının türk xalqlarının birliyinə çağırdığını, onun gələcək nəsillər üçün ən güclü ideoloqlardan biri olduğunu, Əli bəy Hüseynzadə türkçülüyünün Azərbaycandan başladığını qeyd etdi.

Sessiyada Tarix İnstitutunun əməkdaşları t.ü.e.d. İradə Bağırova, t.ü.f.d. Sevinc Əliyeva, Hakim Qənbərov Əli bəy Hüseynzadənin həyatı, yaradıcılığı, türkçü ideyaları, publisistikası haqqında maraqlı məruzələrlə çıxış etdilər.

Elmi sessiyada Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə də iştirak edirdi. O, çıxışında Əli bəy Hüseynzadə haqqında özünün və atasının xatirələrindən danışdı.



07.02.14 FƏRİDƏ MƏMMƏDOVANIN AZNEWS.AZ SAYTINA MÜSAHİBƏSİ İLƏ BAĞLI BİR-NEÇƏ SÖZ
Hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan görkəmli şəxsiyyətlərin, o cümlədən tək-tək qeyrətli ziyalıların fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Ətraflı >>

FƏRİDƏ MƏMMƏDOVANIN AZNEWS.AZ SAYTINA MÜSAHİBƏSİ İLƏ BAĞLI BİR-NEÇƏ SÖZ


aznews.az saytı Fəridə Məmmədovanın elmi yaradıcılığı ilə tanış olmadan, onun özündənqoşma və böhtanla dolu müsahibəsini dərc edib. Müsahibənin ən qorxulu tərəfi isə odur ki, Fəridə Məmmədova Azərbaycanda etnik zəmində münaqişələrin baş verməsi üçün münbit şərait yaratmağa çalışır. O, “qapısının qarşısında” hansısa xalqın mitinq keçirməsindən, bunun kimlər tərəfindənsə hazırlanmasından söz açır. Bəlkə də bu, çoxlarına adi bir şey kimi görünür. Amma əslində burada erməni barmağının ucu görünür. Sual olunur: Fəridə xanım, Siz yuxarı mərtəbələrdən birində yaşadığınız halda “küçədə mitinq edən adamların” milli mənsubiyyətini hansı əlamətlərinə görə müəyyən edibsiniz?!

Sizin məqsədiniz Azərbaycanda milli münaqişə yaratmaqdır. Birinci münaqişəni Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə ermənilər birgə törətdilər, növbəti münaqişənin əsasını isə ermənilər Sizin əlinizlə başlayırlar. Güman edirəm ki, çox az müddətdən sonra həqiqət öz yerini tapacaq.

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Fəridə Məmmədovanın kitablarını bircə dəfə də oxumayan, onları analiz etmədən bir çox adamlar, xüsusilə də ziyalılar onun müdafiəsinə qalxırlar. Biz Fəridə Məmmədovanı söymürük, döymürük ki, onu müdafiə etsinlər. Sadəcə olaraq tələb edirik ki, yalan danışmasın, yalan yazmasın. Bizə sırıdığı kitabında saxtakarlıq etməsin.

Müdafiəçilər isə bizim sübutlarımıza deyil, onun yalançı məzlumluğuna inanırlar. Haqqı-ədaləti bu qədər görməmək bizim millətimizin başına hələ çox oyunlar gətirəcək.

Fəridə Məmmədova çox böyük yalançıdır. İddia edir ki, alban tarixi ilə bağlı hər nə varsa, hamısını o, ilk dəfə, birinci dəfə edib, Qarabağı ermənilərdən “alıb” bizə verib, erməniləri “məhv” edib və s. Vaxt gələcək hər şeyin “ilk dəfə” Fəridə Məmmədova tərəfindən “tədqiq olunması”, “sübut olunması”, nəyinsə onun tərəfindən “ermənilərdən alınıb özümüzə qaytarılması” kimi iddiaları faş ediləcək. Amma onda çox gec olacaq. Onun uydurmaları əsasında xoşagəlməz hadisələr baş verəndə ayılacağıq. İtirdiklərimizi isə qaytarmaq imkanımız olmayacaq. İndi Qarabağı itirdiyimiz və başqalarından yalançı vədlər gözlədiyimiz kimi.

Fəridə Məmmədovadan çox-çox əvvəllər tarix elmləri doktorları Kamilla Trever, Zelik Yampolski, Tofiq Məmmədov, Cabbar Xəlilov, Qara Əhmədov, Fazil Osmanov və bir çox başqalarının haqqında danışılan mövzu üzrə əsərləri nəşr olunub. Fəridə Məmmədova heç vaxt aparıcı alimlərlə arxeoloji ekspedisiyalarda olmayıb. Alban arxeoloji abidələrini bilavasitə tədqiq etməyib. Necə ola bilər ki, o, hər şeyi “ilk dəfə”, “birinci dəfə” etmiş olsun?!

Fəridə Məmmədovanın xalqa sırıma metodlarından biri də həmişə özünü Ziya Bünyadovun yetirməsi kimi qələmə verməsindən, müsahibələrində bunu xüsusilə qeyd etməsindən və dəfələrlə təkrarlamasından, dinləyicilərini, tamaşaçılarını, oxucularını aldatmasından ibarətdir.

Məlum olsun ki, Fəridə Məmmədovanı yetişdirənlər ermənilərdir. Onun elmi rəhbəri Karen Yüzbaşyan, opponentləri Suren Yeremyan və Voroşil Qukasyandır. Görəsən, bu adamlar doğrudanmı Fəridə Məmmədovanı erməniləri “dağıtmaq”, “məhv etmək”, onların əlindən nəyisə “alıb” bizə vermək üçünmü hazırlamışdılar? Oxucular istənilən böyük kitabxanada (M.F.Axundov adına, BDU-nun, Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanasında və s.) onun avtoreferatına baxa və dediklərimizin həqiqət olduğunu müəyyənləşdirə bilərlər. Bəzən bizə deyirlər ki, “əşi cəhənnəmə olsun, fikir verməyin. Bir nəfər nə edə bilər ki?” Axı Fəridə Məmmədova tək deyil. Çoxlu fəridə məmmədovalar var və onlar üst-üstə yığılanda gölə, dəryaya çevrilirlər, qarşılarını almaq olmur, necə ki, “Krunk” və ona bənzərləri yarananda əvvəlcə fikir vermədik, sonra da öhdələrindən gələ bilmədik. O vaxt millətə ""sus" deyən rəhbərlər, şəxsən Kamran Bağırov, Əbdürrəhman Vəzirov - biri o dünyaya, biri də bu biri dünyaya başlarını götürüb qaçdılar, zülmə mübtəla olan isə himayəsiz yazıq xalqımız oldu.

Bu gün Fəridə Məmmədova az qala ermənilərin bir nömrəli iqtibas və istinad nöqtəsinə çevrilib. Bundan hər birimiz öz payımızı götürməliyik. Onun öz dedikləri başqa, yazdıqları isə bambaşqadır.

Oxucular isə ancaq onun dediklərini eşidiblər, “əsərlərindən” xəbərləri yoxdur. Fəridə Məmmədovanın avtoreferatının ilk səhifələrini, kitabına əlavə etdiyi uydurma “Böyük Ermənistan” xəritəsini bu yazıya əlavə edirəm ki, oxucular da bundan öz nəticələrini hasil etsinlər.

Hörmətlə, Elmar Məhərrəmov

Fəridə Məmədovanın Avtoreferati - 1

Fəridə Məmədovanın Avtoreferati - 2

Xəritə - 1

Xəritə - 2



07.02.14 AZƏRBAYCAN TARİX ELMİNDƏ YAQUB MAHMUDOV BAXIŞI VƏ YA XALQIMIZIN MİLLİ TARİXİNİN DİRÇƏLİŞ KONSEPSİYASI
Hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan görkəmli şəxsiyyətlərin, o cümlədən tək-tək qeyrətli ziyalıların fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Ətraflı >>

AZƏRBAYCAN TARİX ELMİNDƏ YAQUB MAHMUDOV BAXIŞI VƏ YA XALQIMIZIN MİLLİ TARİXİNİN DİRÇƏLİŞ KONSEPSİYASI


Hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan görkəmli şəxsiyyətlərin, o cümlədən tək-tək qeyrətli ziyalıların fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Şərəfli ömür yolu yaşayan AMEA-nın müx. üzvü, prof. Yaqub Mahmudov da azərbaycanımızın bu cür nadir ziyalılarındandır. Tarix illərin xronologiyası deyil, tarix həmçinin yaşanan ömürdür. Özünü təsdiq edən insanların ömrü onun əməlləri ilə ölçülür. Bütün ruhu, varlığı ilə xalqına bağlı olan Yaqub müəllim Allahın çox istədiyi bəndəsidir. Ona görə ki, Ulu Yaradan ona gözəl istedad bəxş edib, özü də birini yox, bir neçəsini – dərin savad, güclü məntiq, möhkəm iradə, hər şeyi sistemləşdirmək bacarığı, həyata, hadisələrə ali münasibət, ən əsası Vətən, Torpaq sevgisi. Yaqub müəllim bütün bu bacarıqlarını doğma Vətənimizin və xalqımızın tərəqqisi yolunda sərf edir, gələcəyimizə nəhəng körpülər salır, özündən sonra gələn nəslə tükənməz xəzinə yaradır.

Onu tanıyandan sonra həmişə fikirləşirdim ki, İlahi görəsən elə bir vaxt olacaqmı ki, bu dahi insan haqqında nə isə yazmaq şansı mənə də nəsib olsun. Onun adı yazılan hər hansı bir yazıda mənim də adım yazılsın. Şükürlər olsun ki, bu arzuların gerçəkləşməsi mənə nəsib oldu. Artıq 10 ildir ki, Yaqub müəllimin rəhbərlik etdiyi, burada çalışmağımla qürur duyduğum bir elm ocağında – AMEA Tarix İnstitutunda nəinki bir yerdə işləmək, hətta, dəfələrlə onunla bir masanın arxasında çalışmaq şərəfi mənə qismət oldu. Bu illərdə mən böyük bir məktəb – yaradıcılığı ilə Azərbaycan tarix elmində parlaq səhifə açan, milli tariximizi dirçəldən Yaqub Mahmudov məktəbi keçdim. Bu məktəbi keçmək hər kəsə nəsib olmur. Bu gün mən bu məktəbin kiçik bir parçası sayılan “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsindən danışmaq istəyirəm. Həm də elə bir vaxtda ki, sevimli müəllimim, ustadım, prof. Yaqub Mikayıl oğlu Mahmudovun xoş bir günü – doğum günü yaxınlaşır. İstərdim ki, bu qeyri-peşəkar, lakin ürəkdən gələn yazılarım yazmaq istədikləri yazdıqlarından daha çox olan, daima ye¬ni ax¬tarışlar aparmaq, tarixin ənginliklərinə baş vuraraq xalqımızın milli tarixinin dirçəlişi üçün əlindən gələni əsirgəməyən müəllimimin doğum günü üçün ən səmimi təbrik olsun.

Tariximizdən danışanda həmişə Yaqub müəllimin tez-tez qürur hissi ilə söylədiyi bu cümlələri xatırlayıram. “Azərbaycan xalqı qədim və zəngin tarix yaradıb. Dövlətçilik ənənələrimizin kökləri tarixin ən dərin qatlarına gedib çıxır. Za¬ma¬nın sərt dönüşləri, qüdrətli imperiyaların, qəddar cahangirlərin işğal¬çılıq siyasəti Azərbaycan varlığını yer üzündən silə bilmə¬mişdir”.

Bəli, bu gün, Azərbaycanımızla birlikdə tarix elmimiz də müstəqillik yolu¬na çıxıb. Yaqub müəllimin rəhbərliyi ilə AMEA Tarix İnstitutunda geniş islahatlar proqramı həyata keçirilir, müxtəlif elmi məktəblər yaradılır, layihələr həyata keçirilir. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi həmin islahatlar proqramının mühüm tərkib hissəsidir. Azərbaycan tarix elminin gələcəyi üçün son dərəcə gə¬rəkli olan bu layihənin həyata keçirilməsi, hər şeydən əvvəl, onunla bağlıdır ki, Azərbaycan tarixinin son illərədək öyrənilmə¬yərək qalan çoxsaylı problemlərinin tədqiq olunması institutda diqqət mərkəzinə götürülmüşdür.

Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqları¬nın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırıl¬ması biz tarixçilərin əsas tədqiqat obyektinə çevrilmişdir. Xalqımıza kölə psixologiyası aşılayan Sovet tarix elmindən fərqli olaraq, zəngin keçmişimizi, indiki və gələcək nəsillərə olduğu kimi çatdırmaq imkanı yaranmışdır.

Bildiyimiz kimi, XIX əsrin birinci qərinəsində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qaçarlar İranı arasında bölüşdürülməsi ilə Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1828-1829-cu illərdə erməniləri kütləvi şəkildə Qaçarlar İranından və Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürüb gətirən çar Rusiyası, işgal etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında ermənilər üçün qondarma bir qurum – “Erməni vilayəti” yaratdı. Bundan sonra, çar Rusiyasına arxalanan ermənilər tarix boyu mövcud olmuş dövlətçilik ənənələrimizi Azərbaycan xalqının yaddaşından silmək, ermənilərin Cənubi Qafqazın gəlmə deyil, yerli əhalisi olması haqqında uydurma, saxta məlumatları ictimaiyyətin beyninə yeritmək üçün Peterburqda iri həcimli kitabların nəşrinə başladılar. Cənubi Qafqazda bir qarış da torpağı olmayan ermənilər, həmin kitablarda Azərbaycan xalqına qarşı torpaq iddiaları irəli sürərək, tarixi torpaqlarımızı, qədim şəhərlərimizi, bütün maddi-mənəvi abidələrimizi erməniləşdirməyə başladılar.

Bütün bu saxtalaşdırmalara cavab vermək, bu iddiaların heç bir tarixi gerçəyə dayanmadığını sübuta yetirmək üçün Azərbaycan tarixinin gercək səhifələri arxiv sənədlərində yatıb qalırdı. Qeyd etdiyim kimi, Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması bu gün AMEA A.Bakıxanov adına Tarix İnstitutunun qarşısında duran ən mühüm vəzifədir. Bu məqsədlə Tarix İnstitutu xarici ölkələrin arxiv və kitabxanalarında saxlanılan ilk mənbələrin Azərbaycana gətirilərək nəşr оlunması kimi çox mühüm bir layihəni həyata keçirir və bu sahədə mühüm uğurlar əldə edilmişdir.

İlk növbədə tarixən yaxın qonşularımız olan Osmanlı (indiki Türkiyə Cumhuriyyəti) və Rusiya (indiki Rusiya Federativ Respublikası) imperiyasının, hətta ərazi baxımından Azərbaycana yaxın olmayan, yeni dövrün aparıcı dövlətləri olan İngiltərə, Fransa və Almaniyanın da dövlət arxivlərində Azərbaycan tarixinin geniş bir dövrünü əhatə edən, öyrənilməsi vacib olan qiymətli sənədlər saxlanılırdı. Lakin Azərbaycan tarixinin müxtəlif dövrlərini və problemlərini əhatə edən həmin sənədlərdən istifadə olunmasına istər Sovet imperiyası dönəmində, istərsə də ondan əvvəl nəinki imkan verilməmiş, hətta ciddi qadağalar qoyulmuşdu. Müxtəlif xarici dillərdə olan və dünyanın bir çox ölkələrində saxlanılan bu ilk mənbələrin, o cüm¬lədən arxiv sənədlərinin, ölkəmizə gətirilərək nəşr olunmasına və tədqiqatçılara çatdırılmasına nəinki lazımınca diqqət yeti¬rilməmiş, hətta ölkəmizdə saxlanılan arxiv sənədləri də nəşr olunmamış, geniş elmi dairələrə və oxucu kütlə¬sinə çatdırılmamışdır. Daha doğrusu, xalqdan gizlədilmişdir.

2007-ci ildən başlayaraq Yaqub müəllim Tarix İstitutunda yeni bir layihə - “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoydu. Həmin layihə çərçivəsində vaxtilə üzümüzə qapalı olan bu arxivlərdə nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanını (böyük çətinliklər bahasına) yarada bildi. Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif arxivlərində saxlanılan bu qiymətli sənədlər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində artıq Tarix Institutuna gətirilmişdir. Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir.

Bu layihənin həyata keçirilməsi Azərbaycan tarixinin araşdırılmayan, öyrənilməsinə qadağalar qoyulan gerçək tarixinin hərtərəfli tədqiqinə geniş imkanlar yaratdı. “Azərbaycan tarixi ilk mənbə¬lərdə” layihəsinin həyata keçirilməsi sahəsində qısa vaxt içərisində institutda mühüm uğurlar əldə olunmuşdur. Bu qiymətli əsərlərin bəzilərinin adlarını oxucuların nəzərinə çatdırmağı lazım bilirəm: (“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənəd¬lə-rin¬də”. (Bakı, 2008);“Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild, (Bakı, 2009);“İrəvan əyalətinin müfəssəl dəftəri”. (Bakı, 2009);“İrəvan əya¬lə¬ti¬nin icmal dəftəri”. (Bakı, 2009);İsgəndər bəy Münşi. “Tarixi-aləm arayi  Ab¬¬basi”. (Bakı, 2009);“Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”. (Bakı, 2010);“Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010);“Azərbaycan xal¬qı¬na qar¬şı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr”. Sənədlər toplusu (Ba¬kı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2010); “Azər¬bay¬can xalqına qar¬şı 1918-1920-ci illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberni¬yası. (Bakı, 2010); “Azər¬baycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrə¬van quberniyasında soyqırımı. (Bakı, 2010); İsgəndər bəy Münşi “Dünyanı bəzə¬yən Abbasın tarixi”. (Bakı, 2010); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivi¬nin sənədləri”. (Bakı, 2010); “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britani¬ya¬nın arxiv sənədlərində”. (rus dilində), (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənəd¬lərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”. (Bakı, 2011); “Azərbaycan tarixi arxiv sənədlərində (aprel-dekabr 1920-ci il). II cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsr¬lər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”.(Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu-XX əsrin əvvəlləri), I cild. Britaniya ki¬tab¬xanasının arxiv sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsr¬lər). II cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənəd-lərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); «Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsr¬lər). III cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”. (Bakı, 2012); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” (Bakı, 2013);“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsr¬lər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Gürcüstanın Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri”. (Bakı, 2013); “Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918-ci il). I cild. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri” (Bakı, 2013);“Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). III cild, 1-ci kitab. Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). III cild, 2-ci kitab. Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsr¬lər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”. (nəşrdədir); “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsr¬lər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (1921-ci il). III cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”. (nəşrdədir);“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsr¬lər). III cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”. (nəşrdədir); “Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsr¬lər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər Akademiyasının Əlyazmalar fondunun sənədləri”. (nəşrdədir)).

Şahidi olduğum bir faktı isə xüsusi olaraq vurğulamaq istəyirəm: Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarlarının paytaxtımızın mərkəzindən ümumşəhər qəbristanına köçürülməsi zamanı Siz böyük qeyrət göstərərək bu hadisələri axıra qədər izləmək üçün günlərlə çətin şəraitdə həmin prosesdə yaxından iştirak etdiniz. Dövlət başçımızın bu cəsarətli göstərişi nəticəsində həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla illərlə xalqımıza yalan satan daşnak-bolşevik saxtakarlığının üstü açıldı. Məlum oldu ki, Stepan Şaumyan və Tatevos Amiryan kimi soyqırımı qatillərinin cəsədləri həmin məzarlıqda yoxdur!

Yeri gəlmişkən, qısa vaxt içərisində Tarix İnstitutunda ermənilərin Şimali Azər¬bay¬can torpaqlarına kö¬çü¬rül¬məsi və burada məskunlaş¬dırıl¬ması, ermənilərin azərbay¬can¬lılara qarşı soyqrim və etnik təmizləmə siyasətini əks etdirən sənəd topluları ilə yanaşı, tariximizə yeni baxış nümunəsi olan ciddi elmi araşdırmalar da ortaya qoyulmuşdur: (Mahmudov Y. Şükürov K. Qarabağ. Real tarix. Faktlar. Sənədlər. Bakı, 2005; Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı, 2007; İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. (kollektiv monoqrafiya) Bakı, 2009 və s.)

Bundan əlavə, az vaxt içərisində Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif problemləri ilə bağlı həmçinin ciddi elmi araşdırmalar (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, 2004; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005; Azərbaycan tarixi atlası. Bakı. 2007; Геноцид азербайджанского народа 1918 года: Организаторы и палачи. Баку, 2013 və s.) ortaya qoyulmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Tarix İnstitutunda aparılan bu əsaslı islahatlar – milli tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, Vətənimizin tarixinin yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərini İnstitutumuza gətirilib nəşr edilməsi Ulu Öndərin vəsiyyəti və Dövlət başçımızın qayğısının nəticəsidir.

Bu diqqət və qayğı olmasa idi yaxın keçmişdə adının belə çəkilməsi yasaq olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş ikicildlik Ensiklopediyamız, Milli Tarix Atlasımız, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığının tarixi” fundamental tədqiqatları yazılib, xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmazdı. İndi Tarix İnstitutunun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu-Yorkda, hətta Los-Ancelesdə də nəşr olunur.

2014-cü il yanvarın 31-də Azərbaycan Dövlət Dram teatrının binasında Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin bigə hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin 130 illik yubleyinəə həsr olunmuş ədəbi-bəddi tədbir keçirildi. Azərbaycan tarixində əvəzsiz bir iz qoyan M.Ə.Rəsulzadənin yubleyində çıxış üçün bir nəfər də olsun tarixçinin dəvət olunmaması təəccüb doğurmaya bilməzdi. (Yaqub müəllim həmin vaxt M.Ə.Rəsulzadənin yubley tədbirləri ilə bağlı Ankara şəhərində idi) Halbuki, Tarix institutunda hələ yanvar ayının 27-də M.Ə.Rəsulzadənin 130 illik yubleyinə həsr olunmuş elmi seminar keçirilmiş, çox maraqlı və yeni fikirlər səslənmişdi.

Həmin tədbirdə görkəmli alimlər və yazıçılar iştirak etdi. Tədbirdə çox maraqlı çıxış edən hörmətli professor Şirməmməd Hüseynov “Niyə M.Rəsulzadəni öz adı ilə adlandırmırlar, ona görkəmli ictimai-siyasi xadim deyirlər”- deyərək bir növ tarixçilərin ünvanına səsləndi.

Hələ, Y.Mahmudovun rəhbərliyi ilə 2005-ci ildə nəşr olunan AXC ensiklopediyasında Rəsulzadəyə həsr olunmuş məqalədə (bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005, s.301-305) M.Ə.Rəsulzadə “Azərbaycanın görkəmli siyasi və dövlət xadimi; Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri; Azərbaycan Milli Şurasının sədri” adanmışdı. Bundan əlavə, dünyanın müxtəlif ölkələrindən İnstitutumuza gətirilib nəşr edilən çoxsaylı arxiv sənədlərində, o cümlədən Berlin şəhərində yerləşən Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi arxivində Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif dövrləri, o cümlədən Azərbaycanın görkəmli siyasi və dövlət xadimi M.Ə.Rəsulzadə haqqında zəngin məlumatlar vardır.

Mən Sizin bir öyrənciniz, tələbəniz olaraq yaxınlaşan bu xoş gününüzdə bütün xalqımıza bəyan etməyi özümə borc bilirəm ki, bu gün Akademiyanın Tarix İnstitutunda aparılan köklü islahatlar, bütün fundamental araşdırmalar, milli tariximizin dirçəldilməsi prosesi, bilavasitə Sizin rəhbərliyiniz və layihələriniz ilə həyata keçirilir.

Əziz Yaqub müəllim, bu gün biz – Sizin rəhbərlik etdiyiniz Azərbaycan tarixçiləri erməni təcavüzkarlarına qarşı informasiya müharibəsi aparırıq. Bizim hamımız Sizin əsgərlərinizik! Sizin rəhbərliyinizlə biz tariximizi saxtalaşdıranlara qarşı açıq döyüşə girmişik! Hətta Dövlət başçımız bütün çıxışlarında Tarix İnstitutunun əməyinə, mübarizəsinə yüksək qiymət verir!

Əziz Yaqub müəllim, xalqımızın elm, təhsil, ictimai-siyasi həyatına, müxtəlif elmi məktəblərin, xalqımızın milli tarixinin dirçəliş konsepsiyasının yaradılmasıvə həyata keçirilməsinə həsr olunmuş, bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan, əzmlə mübarizə apararaq Vətən naminə yaşanan şərəfli ömrünüzün 75 baharında Sizi ən səmimi, ən xoş duyğularla bütün kollektivimiz adından təbrik edirəm!

Yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, Əməkdar Elm xadimi, fəal ictimai-siyasi xadim kimi tanınmanız, “Şöhrət” ordeni, “Şərəf” ordeni, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və çox sayda müxtəlif mükafatlara layiq görülməniz sizin Vətən və xalq qarşısındakı xidmətlərinizə verilən qiymətdir. Buna görə də Siz ən xoş minnətdarlıq sözlərinə layiqsiniz!

Sizin səmərəli elmi tədqiqat fəaliyyətiniz – Azərbaycan və dünya tarixinə dair 1000-dən çox elmi əsər, elmi-publisistik məqalələr, dərsliklər və dərs vəsaitləriniz, ilk dəfə olaraq Azərbaycanın tarixi xəritələrinin hazırlanması və çap olunması, 30 ildən çox bir müddət ərzində nəşr olunmayan “Tarix İnstitutunun Elmi Əsərləri”nin gərgin əməyiniz sayəsində yenidən işıq üzü görməsi Azərbaycan tarixşünaslığına dəyərli töhfədir. Azərbaycan-Avropa əlaqələrinin araşdırılması və Azərbaycan diplomatiya tarixi elmi məktəbinin yaradılması, Vətən tarixinin son illərədək öyrənilmə¬yən, xüsusi məqsədlərlə təhrif olunmuş, saxtalaşdırılmış səhifələrinin yenidən yazılması, zaman-zaman qəlpə-qəlpə vətənimizdən qoparılıb alınmış, “İtirilmiş torpaqlarımızın tarixinin araşdırılması” istiqaməti, “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi və bir sıra digər aktual elmi problemlər sizin elmi araşdırmalarınızın özəyini təşkil edir.

Qədirbilən xalqımız Sizə – fəal ictimai-siyasi xadim Yaqub Mahmudova, Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) deputatı kimi ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı gördüyünüz işlər üçün də minnətdardır. Təhsil və elmi təşkilatçılıq işində – Bakı Dövlət Universitetində, AMEA Tarix institutunda çox sayda elmi kadrların, gənc alimlərin yetişdirilməsi, Azərbaycan tarixinin tədqiqi sahəsindəki sayagəlməz uğurlarınızla da Siz özünüzə ümumxalq sevgisi qazanmışınız!

Gələcəyimizə nəhəng körpülər salan, xalqımızın böyük oğlu, əziz Yaqub müəllim, bütün bunlarla yanaşı Siz həm də doğma yurdunu, xalqını, tarixini könüldən-candan sevən milliyətçi bir Vətən oğlusunuz! Ulu Tanrı Sizə bu cür şərəfli yaşamla dolu 100 il ömür bəxş etsin!

.

Güntəkin Nəcəfli

Dövlət mükafatı laureatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələri tarixi”

şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.



06.02.14 AZƏRBAYCANIN MİLLİ MƏFKURƏLİ TARİXÇİSİ YAQUB MAHMUDOVUN 75 İLLİYİNƏ
Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı milli dövlətçilik ənənələrimizin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması və milli məfkurənin formalaşması ilə sıx bağlıdır. Bu milli məfkurənin formalaşmasında Azərbaycan tarixçilərinin rolu böyükdür. Ətraflı >>

AZƏRBAYCANIN MİLLİ MƏFKURƏLİ TARİXÇİSİ YAQUB MAHMUDOVUN 75 İLLİYİNƏ


Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi burdadır, - bir çox başqa alimlər Şəkinin yetirmələridir.

Heydər Əliyev

(Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində nitqindən

– «Azərbaycan» qəzeti, 10.11.2002)

Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı milli dövlətçilik ənənələrimizin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması və milli məfkurənin formalaşması ilə sıx bağlıdır. Bu milli məfkurənin formalaşmasında Azərbaycan tarixçilərinin rolu böyükdür.

75 illik yubileyi ərəfəsində olduğumuz Yaqub Mikayıl oğlu Mahmudov müasir Azərbaycan Respublikasının görkəmli tarixçisi, dünya şöhrətli tədqiqatçısı və ictimai xadimi, böyük bir elmi məktəbin banisidir. Yaqub Mahmudov tarix elmində Azərbaycan tarixinin ən mühüm mərhələlərinin və istiqamətlərinin vahid elmi problem halında araşdırılmasının əsasını qoymuşdur.

1980-ci illərin ortalarından etibarən Azərbaycanda milli hərəkatın genişlənməsi, milli qürurun, milli-mənəvi dəyərlərin yenidən böyük əhəmiyyət kəsb etməsi, milli tariximizə ictimai marağın artması Azərbaycan tarix elminin və Azərbaycan tarixçilərinin qarşısına böyük məsuliyyət qoymuş oldu. Bir tərəfdən, sovet hakimiyyəti dönəmindən marksist metodologiyasının ehkamlarına tabe etdirilmiş tarix elmini bu «buxovlardan» azad etmək, yəni elmi metodologiyanı dəyişmək lazım idi, digər tərəfdən, hələ XIX yüzilliyin başlanğıcından Rusiyanın tarix elminin, dəqiq desək, rus müstəmləkəçi-şovinist tarixçilərinin təsiri və diktəsi altında yazılmış TARİXİMİZİ yenidən yazmaq zərurətə çevrilmişdi.

İdeologiya, məfkurə elə bir sistemdir ki, onu digərilə əvəz etmək, hətta Vətənin və millətin xeyri naminə olsa belə, çətin qərardır. Musa peyğəmbərin yüzilliklər boyu kölə vəziyyətində yaşamış xalqını azadlığa çıxarması üçün onu 40 il Kənan ətrafında dolandırması lazım olduğu kimi, milli yöndə tədqiqatlar aparmağa hazır olan tarixçi üçün də ZAMAN gərək idi. Amma torpaqlarının bir hissəsi Ermənistanın işğalı altında olan, qonşuları tərəfindən təkcə torpaq iddiaları ilə deyil, TARİXİNƏ də iddialarla təkbətək qalan Azərbaycanın tarixçisi üçün bu zamandan yararlanmaq «imtiyazı» yox idi. Sovet dövrünün qadağalarına rəğmən milli ruha xəyanət etməyən, alim obyektivliyini qoruyub saxlayan tarixçilərimiz bütün bu «ağırlığı» öz üzərilərinə götürməyə hazır idilər. Belə tarixçilərdən biri və birincisi Yaqub Mahmudov oldu.

Yaqub Mahmudov Azərbaycan tarix elminin təşkilatçısı kimi

Yaqub Mahmudov 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində Rəhimoğulları nəslində dünyaya gəlmişdir. Atası Mikayıl Mahmud oğlu 1918-1920-ci illərdə Şəki bölgəsində, o cümlədən Göynük mahalında azərbaycanlıları kütləvi surətdə qırmağa çalışan daşnaklara qarşı fəal mübarizə aparmış, başçılıq etdiyi xalq könüllüləri ilə birlikdə Nuru Paşanın xilaskarlıq əməliyyatlarında yaxından iştirak etmiş, 1930-cu il Göynük üsyanının başçılarından biri olmuşdur. Yaqub Mahmudovun vətənpərvərlik ruhunun formalaşmasında, tədqiqatlarındakı hər cümləyə Vətən sevgisinin keçməsində ailəsinin, doğulub boya-başa çatdığı mühitin, xüsusilə atası Mikayıl Mahmud oğlunun çox böyük rolu olmuşdur.

1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini bitirən Y.M.Mahmudov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Dərs əlaçısı olduğu üçün əvvəlcə Stalin, sonra isə Lenin təqaüdlərinə layiq görülür. Yaqub Mahmudov 1962-ci ildə Azərbaycan Dövlət Universitetini əla qiymətlərlə bitirir və Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə orta əsrlər tarixi ixtisası üzrə aspiranturada saxlanılır. Həmin vaxtdan da görkəmli ortaəsrşünas alim professor Ə.M.Şahmalıyevin rəhbərliyi ilə orta əsr Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri problemi ətrafında elmi axtarışlara başlayır. 1966-cı ildə aspiranturanı müvəffəqiyyətlə başa vuran Yaqub Mahmudov XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edir; dissertasiyada o vaxtadək tədqiqatçılara məlum olmayan bir çox yeni mənbələr əsasında XV əsrdə Azərbaycanın Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr saxladığını ilk dəfə olaraq aşkara çıxarılır, o cümlədən Azərbaycanın böyük dövlət xadimi, görkəmli sərkərdə Uzun Həsənin, məşhur diplomat Sara Xatunun həyat və fəaliyyətin tədqiq edilir. Həm Vətən, həm də ümumdünya tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ilə siyasi-diplomatik və iqtisadi-ticarət əlaqələrini kompleks tədqiq edən tarixçi ümumilikdə Şərq – Qərb münasibətlərini araşdırır. Avropa mənbələrinin materialları əsasında Yaqub Mahmudov Böyük Coğrafi kəşflər ərəfəsində və dövründə beynəlxalq münasibətlərdə təkcə Avropa ölkələrinin və Osmanlı imperiyasının deyil, Azərbaycanın da aparıcı qüvvə olduğunu, hətta bir çox hallarda müəyyənedici rol oynadığı üzə çıxarmış, Azərbaycanın bu dövrdə periferiya deyil, dünyanın diplomatik və iqtisadi mərkəzi olduğunu sübut edə bilmişdir. Bu, sovet elmində marksist metodologiyanın hökmran olduğu bir vaxtda təkcə tarixçi deyil, həm də vətəndaş üçün çox cəsarətli addım idi.

Bu elmi tədqiqatına görə Tarix fakültəsinin Elmi Şurası ona, yekdilliklə, birbaşa tarix elmləri doktoru elmi dərəcəsi verməyi qərara alır. Lakin Tarix fakültəsi Elmi şurasının bu qərarını şura üzvü olmayan, həm də orta əsrlər tarixi mütəxəssisi olmayan bəzi tarixçilər qısqanclıqla qarşılayır. Onların təzyiqi ilə Yaqub Mahmudova tarix elmləri doktoru elmi dərəcəsi verilməsi haqqında qərar Universitetin Böyük Elmi Şurasında təsdiq olunmur. Bunun ardınca Yaqub Mahmudova qarşı daha bir haqsızlıq edilir. Uğurlu müdafiəsinə və gənc mütəxəssis olmasına baxmayaraq, Yaqub Mahmudova Universitetdə iş verilmir. O, doğma təhsil ocağından uzaqlaşmağa məcbur olur. Universitetdən ayrı salındıqdan sonra Yaqub Mahmudov 1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru kimi fəaliyyətə başlayır.

Əslində Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinə verdiyi böyük töhfə milli ruhda yazılmış və milli dövlətçiliyimizə xidmət edən araşdırmalarla bitmir; bu tarixin öyrənilməsini koordinasiya etmək onun xidmətlərinin başında gəlir. Tarixin xalq və dövlət qarşısında ən mühüm vəzifələrindən biri də dövrün – zamanın çağırışına cavab verməsidir. Yaqub Mahmudov isə bu çağırışlara cavabların müəllifi və təşkilatçısıdır.

Əslində Yaqub Mahmudovun Azərbaycan tarix elminə koordinatorluğu – ona milli təəssübküşlik nöqteyi-nəzərindən yanaşması, dövlətçilik tariximizi araşdırmaq üçün müvafiq qurumları və alimləri səfərbər etməsi də onun məktəbinin formalaşdığı dövrlə üst-üstə düşür və 1960-cı illərin ortalarından – Azərbaycan Sovet Ensiklopediyasında fəaliyyətə başladığı dövrdən götürülməlidir. 1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru kimi fəaliyyətə başlayan Yaqub Mahmudov 1971-ci il martın 24-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK Bürosu iclasının qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasına baş redaktorun müavini göndərilir və 1975-ci ilədək burada böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, nəhayət elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışır. Bu dönəmdə Yaqub Mahmudov Azərbaycan tarixinin bir çox taleyüklü məsələlərinin saxtalaşdırılmasına qarşı çətin mübarizə yolunu seçir.

Bəhs olunan dövrdə Yaqub Mahmudov, Ensiklopediyada işləməklə yanaşı, elmi-pedaqoji fəaliyyətini də davam etdirir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Ümumi tarix kafedrasına baş müəllim dəvət olunur. Burada orta əsrlər tarixini tədris edir, dosent elmi adına layiq görülür. Yaqub Mahmudov 1981-ci ildə professor M.H.Orucovun dəfələrlə təkid göstərməsini nəzərə alaraq, yenidən doğma Universitetə qayıdır. O, Bakı Dövlət Universitetində yenicə açılmış Qədim dünya və orta əsrlər tarixi kafedrasında fəaliyyətə başlayır, bir müddət Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra edir. 1985-ci ildə Yaqub Mahmudov Tarix fakültəsində əyani, qiyabi və axşam şöbələri üzrə dekan müavini təyin edilir. 1986-cı ildə isə dekan seçilir, 1990-cı ilədək bu vəzifədə fəaliyyətini davam etdirir. O, bu dövrdə «Səyyahlar, kəşflər, Azərbaycan» (1985), «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri» (1986), ali məktəblərin tarix fakültələrinin tələbələri üçün «Orta əsrlər tarixi» (1990) kitablarını nəşr etdirir, ali və orta məktəblər üçün «Orta əsrlər tarixi» dərsliyini (1988) Azərbaycan dilinə tərcümə edir. 1989-cu ildə Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Moskva Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Leninqrad Universiteti (indiki Sankt-Peterburq Universiteti) alimlərinin yüksək qiymətləndirdiyi bu əsərə görə Yaqub Mahmudova tarix elmləri doktoru alimlik elmi dərəcəsi verilir. Azərbaycan aliminin bu tədqiqatı, eyni zamanda, Moskva Dövlət Universiteti Orta əsrlər tarixi kafedrasının qərarı ilə çapa layiq görülür.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etdiyi 1986-1990-cı illərdə Yaqub Mahmudov, elmi yaradıcılıqla yanaşı, səriştəli elm və tədris təşkilatçısı kimi tarixçi kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi, tarix elminin tədrisinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi üçün geniş miqyaslı fəaliyyət göstərir və respublikanın kütləvi informasiya vasitələrində konkret təkliflərlə çıxış edir. Həmin dövrdə onun təşəbbüsü və səyi ilə universitetin Tarix fakültəsində «tarixçi-şərqşünas», «beynəlxalq münasibətlər tarixi», «sosiologiya», «psixologiya», «etnopsixologiya», «etnososiologiya» və başqa yeni ixtisaslar açılır, tələbə qəbulu artırılır. Azərbaycanın Maddi Mədəniyyət Tarixi, Tarixi Tədqiqatlarda Riyazi Üsullar, Tarixi Demoqrafiya kimi yeni laboratoriyalar açılır, tələbə arxeoloji ekspedisiyaları yaradılır, rayonlarda arxeoloji qazıntı işlərinə başlanır, «Azərbaycan tarixi» fənninin saatları artırılır, Tarix fakültəsində xarici dillərin tədrisinə diqqət yetirilir, türk, ərəb, fars qrupları yaradılır, qədim türk dillərinin, folklorunun tədrisinə başlanılır. 1989-cu ilin payızında Bakı Dövlət Universiteti Tarix fakültəsinin 70 illiyi Moskva, Leninqrad, Kiyev, Minsk, Daşkənd, Alma-Ata, Aşqabad, Tbilisi və başqa universitetlərin tarixçi alimlərinin iştirakı ilə İttifaq səviyyəsində qeyd olunur. Tarix fakültəsinin beynəlxalq əlaqələri daha da genişlənir. Tarix fakültəsinin Elmi Şurası bu dövrdə fakültə dekanı Yaqub Mahmudovun sədrliyi ilə Universitetin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə o dövr üçün çox cəsarətli qərar çıxarır və bu barədə rektorluq qarşısında məsələ qaldırır. Nəticədə ədalət bərqərar olunaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 1919-cu ildə olduğu kimi yenidən Bakı Dövlət Universiteti adlandırılır. Bundan başqa, alim tez-tez cəbhə bölgələrinə - Xocalı, Şuşa, Ağdam, Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli, Köhnə kənd, Qubadlı, Horadiz, Böyük Bəhmənli, Bala Bəhmənli, Füzuli və başqa döyüş məntəqələrinə gedir, gəncləri qəhrəmanlığa ruhlandırır. O, eyni zamanda, tez-tez mətbuat səhifələrində real vəziyyəti əks etdirən yazılarla çıxış edir, Vətənin müdafiəsi üçün konkret təkliflər irəli sürür.

1990-cı ilin noyabrında Yaqub Mahmudov Universitet Elmi Şurasında Milli Azadlıq Hərəkatının fəalları olan bir qrup tarixçi tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına mane olur. Onun bu addımı respublika və ittifaq miqyasında əks-səda doğurur. Hakimiyyətdə olan rejimin yaxın adamları bundan dərhal istifadə edirlər. Alimin dekan kimi fəaliyyət göstərməsinə əngəl törədirlər. Yaranmış dözülməz şəraitdə Yaqub Mahmudov Tarix fakültəsinin dekanı vəzifəsindən istefa verməyə məcbur olur. Başladığı işlər yarımçıq qalır. Tarix fakültəsində həyata keçirmiş olduğu islahatların nəticələri də aradan qaldırılır. Bütün bunlara baxmayaraq, zəhmətkeş alim keçirdiyi ağır mənəvi sarsıntı və təqiblər şəraitində öz elmi-pedaqoji fəaliyyətini davam etdirir. 1991-1992-ci illərdə Yaqub Mahmudov müstəqil Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində fəal iştirak edir. Onun başçılığı və bilavasitə əməyi ilə qabaqcıl dünya standartlarına uyğun olan yeni təhsil sisteminin əsasları hazırlanır. Yaqub Mahmudovun təqdimatı ilə Milli Məclis, olduqca gərgin keçən müzakirələrdən sonra, 1992-ci ilin dekabrında «Azərbaycan Respublikasının Təhsil Qanunu»nu qəbul edir. Bununla müstəqil Azərbaycanın yeni təhsil sisteminin əsası qoyulur. Ali məktəblərdə təhsilin bakalavr və magistratura mərhələləri fəaliyyətə başlayır. Həmin dövrdə o, bir müddət Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini işləyir. Lakin alimə qarşı təzyiqlər davam etdirilir və o, bu vəzifədən də uzaqlaşdırılır.

Bütün bu ağır təqiblər şəraitində də Yaqub Mahmudov özünün cəsarətli çıxışları, o cümlədən publisistik yazıları ilə Azərbaycanı milli fəlakət həddinə çatdıran qüvvələrə qarşı səsini qaldırır, cəbhə bölgələrinə gedir, Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində iştirak edir, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olur, ölkə daxilindəki irticanın və xarici düşmənlərin Azərbaycanı bir dövlət kimi parçalayıb yox etmək planlarına qarşı qətiyyətlə çıxış edir, ziyalı borcunu yerinə yetirərək Vətəndaş müharibəsinin başlanmaqda olduğu və ilk qanlar axıdıldığı Navahı kəndinə gedir, qarşıduran qüvvələri barışığa çağırır, nicat yolunu təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə qaytarılmasında görür, öz mövqeyini mətbuat səhifələrində cəsarətlə açıqlayır, vətəndaş qarşıdurması və qardaş qanı axıdılmasına qarşı müstəqil ziyalı mövqeyindən çıxış edir, həyatını təhlükə qarşısında qoyaraq ən qorxulu silahlı qarşıdurma yerlərinə gedib öz ziyalılıq borcunu yerinə yetirir, prezidentliyə namizəd Heydər Əliyevin Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündə xalq təhsili sistemi işçiləri adından çıxış edir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə təkrar qayıtması ilə hələ 1990-cı ildə dekan vəzifəsindən uzaqlaşdırılmış Yaqub Mahmudovun bu vəzifəyə bərpası mümkün olur. Məhz Heydər Əliyev Yaqub Mahmudovun 1994-cü ilin əvvəlində BDU Tarix fakültəsinin dekanı vəzifəsinə qayıtmasına imkan yaradır. Yaqub Mahmudov ikinci dəfə BDU-nun Tarix fakültəsinə dekan təyin olunur və alim əsas diqqəti yenə Tarix fakültəsinin dirçəldilməsinə, kadr hazırlığının keyfiyyətcə yüksəldilməsinə, tədris planlarının təkmilləşdirilməsinə yönəldir. Yeni fənnlər – «Azərbaycan toponimikası», «Tarixi demoqrafiya», «Altayşünaslığın əsasları», «Beynəlxalq münasibətlər tarixi», «Türk xalqları tarixi» tədris planına daxil edilir. Tarix təhsilinin bakalavr və magistr pillələri üçün 15 ixtisas üzrə yeni tədris planları hazırlayır. Tələbə qəbulu yenidən artırılır, o cümlədən, regionşünaslıq («Qafqazşünaslıq», «Amerikaşünaslıq») ixtisasları açılır və müvafiq tədris planları hazırlanır. Yaqub Mahmudov 2004-cü ilədək BDU Tarix fakültəsinin dekanı vəzifəsində qalır, eyni zamanda, Qədim dünya və orta əsrlər əsrlər tarixi kafedrasına rəhbərliyi də davam etdirir. Uzun illər ərzində Bakı Dövlət Universitetində, həmçinin Azərbaycan Elmlər Akademiyasında (sonralar Azərbaycan Milli Elmlər Akademiyasında) ixtisaslaşdırılmış namizədlik və doktorluq şuralarının elmi katibi, həmsədri və sədri kimi fəaliyyət göstərən, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri, opponenti, rəyçisi olan Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasına böyük əmək sərf edir.

Yaqub Mahmudov Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Yunanıstan, İran, Koreya, Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya və b. ölkələrin müxtəlif şəhərlərində keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif xarakterli toplantılarda, görüşlərdə iştirak və çıxışlar etmişdir. Yaqub Mahmudov geniş ictimai fəaliyyətlə məşğul olmaqda davam edir. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ilin noyabrında Azərbaycan Respublikasının Milli Məclisinə (II çağırış) deputat seçilmişdir. 2005-ci ilin noyabrında yenidən Azərbaycan Respublikasının Milli Məclisinə (III çağırış) deputat seçilmişdir. 2010-cu ilin noyabrında yenidən Azərbaycan Respublikasının Milli Məclisinə (IV çağırış) deputat seçilmişdir. Azərbaycan Respublikasının «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif olunmuşdur. Azərbacyan Respublikasının Dövlət Mükafatı laureatıdır (2012).

AMEA A.A.Bakıxanov adına Tarix İnsitututu – Azərbaycançılıq məfkurəsinin formalaşdığı aparıcı elmi mərkəzdir

Respublika prezidenti İlham Əliyev Yaqub Mahmudovun Azərbaycan tarix elmi üçün xidmətlərini yüksək qiymətləndirərək 2004-cü ildə ona Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsini etibar edir. Yaqub Mahmudovun Azərbaycan tarixinin problemlərini bir alimin məktəbi çərçivəsində deyil, respublika miqyasında sistemli hala gətirərək təşkilatlandırması, heç şübhəsiz, onun AMEA Tarix İnstitutuna direktor təyin edilməsindəm sonra daha geniş şəkil alır.

Təcrübəli elm təşkilatçısı olan Yaqub Mahmudov qısa müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətində də əsaslı dönüş yaratmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının genişləndiyi şəraitdə İnstitutun rəhbərliyinə gələn Yaqub Mahmudov Azərbaycan tarixçi-alimlərinin ermənilərin əsassız iddialarını ifşa etməsi işinə səfərbər olunmasında bu İnstitutun rolunu və əhəmiyyətini yaxşı başa düşürdü. Ona görə də 2004-cü ildən başlayaraq İnstitutda yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi zamanın tələbinə uyğunlaşdırılır. Azərbaycanda tarix elminin inkişafı prosesinə yeni münasibət və baxış formalaşmağa başlayır. Bu məqsədlə ilk növbədə elmin inkişafının təşkilati prinsipləri və yeni struktur formalarının yaradılması üzrə işlər qisa müddət sonra nəticələrini verir: Tarix İnstitutunda yeni mərkəzlər və şöbələr yaradılır. «Azərbaycanlıların deportasiyası və soyqırımı» mərkəzi və onun da tərkibində iki şöbə təşkil olunur. «Heydər Əliyev irsinin öyrənilməsi», «İnformasiya və tərcümə» mərkəzləri açılır. Həm elmi, həm siyasi aktuallıq kəsb edən problemlərin araşdırılması ön plana çəkilir və bu sahədə fundamental əsərlərin nəşrinə nail olunur. Onun təşəbbüsü ilə institutun elmi tədqiqat planları dəyişdirilərək yenidən işlənmiş, əsas diqqət Azərbaycanın ayrı-ayrı dövrlərdə itirilmiş ərazilərinin tarixinin araşdırılmasına yönəldilmiş, Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan, Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiyalar və soyqırımları tarixi, habelə Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problemləri əsas və təxirəsalınmaz tədqiqat obyektlərinə çevrilmişdir. Alimin rəhbərliyi, məqsədyönlü fəaliyyəti və bilavasitə iştirakı ilə qısa müddət ərzində işıq üzü görmüş onlarla fundamental monoqrafiya Tarix İnstitutunu Akademiyanın qabaqcıl institutları sırasına çıxarmışdır. Tarix İnstitutunun ölkə miqyasında nüfuzu artmış, beynəlxalq əlaqələri genişləndirilmişdir. Hazırda institutda elmi-struktur islahatlarının yeni mərhələsi başlanmışdır. Azərbaycan tarix elminin əldə etdiyi nailiyyətlərdə AMEA Tarix İnstitutu aparıcı yerdə durur və bu tədqiqat İnstitutunun son illərdə apardığı nəhəng elmi fəaliyyət, heç şübhəsiz, Yaqub Mahmudovun milli təəssübkeşliyinin nəticəsi olmaq etibarilə Azərbaycan Tarix elminin əldə etdiyi ən böyük uğurlardandır.

Yaqub Mahmudov ciddi tarixi araşdırma üçün mənbələrin nə qədər önəmli olduğunu bilirdi. Ona görə də bu gün o, öz məktəbinin nümayəndələrindən də, rəhbərlik etdiyi Tarix İnstitutunun alimlərindən də öz əsərlərini mənbələrə, arxiv sənədlərinə istinadən yazmağı tövsiyə edir. Tarix İnstitutunun 2004-cü ildən bəri başlamış olduğu ciddi araşdırmaların daha bir istiqaməti də elə mənbələrin, arxiv materiallarının, xüsusilə Azərbaycanda əlçatmaz olan, xarici ölkələrdə toplanmış materialların aşkar edilib nəşr olunmasıdır. Bu məqsədlə Yaqub Mahmudov tarixçilərin bir qrupunu Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa, Hindistan kimi ölkələrə ezam edərək həmin materialların Azərbaycana gətirilməsini təmin etmiş, eyni zamanda onların nəşrinə başlamışdır.

Bu gün Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA Tarix İnstitutunda dünya tarixinin ən əhəmiyyətli, elmi həllini gözləyən problemləri araşdırılır və elmi dövriyyəyə buraxılır. Bu baxımdan, Tarix İnstitutunda son illərdə görülən işlər Yaqub Mahmudov məktəbinin fəaliyyətinin tərkib hissəsi sayılır. Yeri gəlmişkən, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə - «Best Enterprises» diplomuna layiq görülmüşdür. 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Dublin sammitində Yaqub Mahmudova böyük elmi nailiyyətinə görə «The Name in Science» («Elmdə ad») fəxri titulu almışdır. Bununla da, Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin ən məşhur elm adamlarının siyahısına daxil edilmişdir. 2013-cü ildə Yaqub Mahmudov Oksfordda keçirilən “Elm və təhsil” mövzusunda beynəlxalq elmi konfransda milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlük nümayiş etdirdiyinə görə “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür.

Yaqub Mahmudovun rəhbərlik etdiyi Tarix İnstitutu hər zaman tariximizə, onun tədqiqinə böyük qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri üzrə işləyir. Prezidentimizin elmimizin inkişafı üçün, dünyaya tanıdılması üçün görmüş oldğu böyük işlər Tarix İnstitutunun kollektivi tərəfindən hər zaman böyük minnətdarlıqla qarşılanır. Prezident İlham Əliyev də bütün müvafiq çıxışlarında, o cümlədən AMEA-nın illik hesabatlarına və fəaliyyətinə həsr olunmuş tədbirlərdə Tarix İnstitutuna böyük diqqət ayırır. İlham Əliyev «Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir» deyərək, Tarix İnstitutuna çox yüksək qiymət vermişdir.

Aparılan böyük əməyin nəticəsidir ki, bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan tarix elminin başlıca qurumuna, milli ideologiyanın formalaşdığı mərkəzlərdən birinə çevrilmişdir. Bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan tarixi və dövlətçiliyi üçün böyük siyasi prinsipiallıq və elmi aktuallıq kəsb edən istiqamətlərdə araşdırmalar aparılır. Bu istiqamətlərdən bir neçəsinin üzərində xüsusi dayanmağa dəyər.

«İtirilmiş torpaqların tarixi» konsepsiyası: başlıca istiqamətləri, elmi və siyasi əhəmiyyəti

«İtirilmiş torpaqların tarixi» konsepsiyası müasir Azərbaycan tarixşünaslığında elmi və siyasi baxımdan, demək olar ki, eyni dərəcədə aktuallıq kəsb edən istiqamətlərdən biridir. Bu problemin elmi tərəfi Azərbaycanın tarixi ərazisi, sərhədləri, vilayətləri, siyasi və iqtisadi əlaqələrinin kompleks araşdırılması ilə bağlıdırsa, siyasi tərəfi – müasir dünyada sürətlə gedən inteqrasiya və qloballaşma prosesləri ilə paralel, millətlərin öz müqəddəratını təyin etmə hüququ və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərinə riayət edilməsi şəraitində Azərbaycan xalqının öz tarixi torpaqlarına və tarixinə sahib çıxma zərurəti ilə əlaqəlidir.

Müasir Azərbaycan tarixşünaslığında «İtirilmiş torpaqların tarixi» probleminin elmi dövriyyəyə cəlb edilməsi və bu problemin araşdırılması istiqamətində eyniadlı konsepsiyanın yaranması bilavasitə Yaqub Mahmudovun adı ilə bağlıdır. Görkəmli tarixçinin çoxillik elmi fəaliyyəti, həmçinin məktəbinin nümayəndələri içərisində bu problemlə məşğul olan tarixçilər qrupunun təşkil edilməsi «İtirilmiş torpaqların tarixi» konsepsiyasının formalaşmasına, bu konsepsiya ətrafında və çərçivəsində elmi araşdırmaların yaranması müasir Azərbaycan tarix elminin böyük uğuru sayılmalıdır. Keçən qısa müddət ərzində Naxçıvanın, Qarabağın, Göyçə və Zəngəzurun, İrəvanın, Şimal-Qərbi Azərbaycanın, Borçalının tarixi ciddi şəkildə araşdırılmağa başlamış, fundamental tədqiqat əsərləri yazılmışdır. «Qarabağ: Real tarix, faktlar, sənədlər», «Naxçıvan: tarixi və abidələri», «İrəvan xanlığı» adlı əsərlər Yaqub Mahmudovun və onun davamçılarının əzəli Azərbaycan torpaqlarının tarixinin obyektiv, həm də mötəbər mənbələr əsasında çoxillik araşdırmalarının nəticəsidir. Göstərilən tədqiqatlar, həm də, alimin Azərbaycan tarixinin dünya elmi ictimaiyyətinə olduğu kimi çatdırılması yolunda böyük bir uğurudur. Bu araşdırmaların daha bir özəlliyi – torpaqlarının bir hissəsinin işğal altında olduğu Azərbaycan üçün onların təkcə elmi deyil, həm də siyasi əhəmiyyət kəsb etməsilə bağlıdır.

Qarabağın, Naxçıvanın, İrəvanın əzəli Azərbaycan torpaqları olduğunu əvvəlki tədqiqatlarında da dəfələrlə tutarlı dəlillərlə sübuta yetirən Yaqub Mahmudov layihə rəhbəri, elmi redaktoru və həmmüəllifi olduğu «Qarabağ: real tarix, faktlar, sənədlər», «Naxçıvan: tarixi və abidələri», «İrəvan xanlığı» adlı fundamental əsərlərdə özgə torpaqlarına yiyələnmək siyasəti aparan, Cənubi Qafqazı terror və soyqırımları təhlükəsi altında saxlayan, «Böyük Ermənistan» xülyası ilə yaşayan erməni şovinistlərinin, o cümlədən tarixçilərinin saxta nəzəriyyələrinə və uydurma elmlərinə böyük zərbə vurmağı bacarmışdır. Hər üç əsər saxta erməni tarixşünaslığını yendirməyi bacarmış müasir Azərbaycan tarix elminin qələbəsidir. Bu qələbənin bariz sübutudur ki, Azərbaycan tarixi və Azərbaycan tarix elmi üçün böyük elmi və siyasi əhəmiyyəti nəzərə alınaraq, hər üç kitab – «Qarabağ: Real tarix, faktlar, sənədlər», «Naxçıvan: tarixi və abidələri» və «İrəvan xanlığı» Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2012-ci il üçün «Azərbaycan Respublikasının Dövlət Mükafatı»na layiq görülmüşdür. Adı çəkilən tədqiqatlar, heç şübhəsiz, Azərbaycanın şanlı tarixinin dünya elminə qərəzsiz, obyektiv çatdırılmasına, həm də Azərbaycançılığa xidmət edir.

Heydər Əliyev irsinin ilk araşdırıcısı olaraq Yaqub Mahmudovun tədqiqatlarının elmi əhəmiyyəti

Danılmaz bir faktdır ki, zamanın və bu zamanın yetişdirdiyi tarixi şəxsiyyətlərin xidmətlərini tarixçidən yaxşı heç kim öyrənə bilməz! Bu gün biz böyük tarixi tarixçilərin sayəsində bilirik; tarixçilərin xidmətidir ki, minilliklər boyunca zamanlar arasında əlaqə itməmişdir. XX yüzilliyin sonunda tarixi torpaqlarının bir hissəsində öz müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı zəngin tarixə, qədim dövlətçilik ənənələrinə və böyük mədəni irsə malikdir. Bu irsin layiqincə – milli ənənələrə sadiq qalmaq şərtilə dünya mədəniyyətinin və tarixinin tərkib hissəsi olaraq öyrənilməsi və nəsillərə ötürülməsi Tarixçi üçün böyük məsuliyyət və fəxarətdir. Bu məsuliyyəti dərk edib böyük fəxarəti yaşamaq isə hər tarixçiyə nəsib olmur. Yaqub Mahmudov əsl Tarixçidir və adı böyük hərflərlə yazılacaq AZƏRBAYCANLI HEYDƏR ƏLİYEV haqqında ilk tədqiqatların da məhz bu tarixçi tərəfindən yazılması təsadüfi deyildir.

«Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı əsərində Yaqub Mahmudov müasir Azərbaycanın böyük şəxsiyyəti olan Heydər Əliyevin fədakar ömür yolunu, tarixi xidmətlərini, irsinin müasir Azərbaycan üçün əvəzedilməz rolunu tədqiq etmişdir; XX yüzillikdəki siyasi keşməkeşlər və bu ağır problemlərin yükü ilə qarşılaşmış Azərbaycan xalqının xilas yolunun Heydər Əlirza oğlu Əliyev olduğunu göstərmişdir. Azərbaycan İntibahının müasir mərhələsini Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru, Şarl de Qolla müqayisə edərək, onu «Bütün Zamanların Böyük Azərbaycanlısı» və «Böyük Azərbaycançı» adlandırır, Heydər Əliyev şəxsiyyətinə obyektiv tarixçi qiyməti verir. Bu səbəbdən, adı çəkilən əsər Heydər Əliyev irsinin gələcək nəsillərə hərtərəfli, istisnasız çatdırılması üçün də gərəkli vasitədir.

Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı fundamental monoqrafiyası müasir dövlətçiliyimizin, müasir milli dirçəlişimizin əsaslarını yaratmış, öz fəaliyyəti ilə onilliklər deyil, yüzilliklər üçün böyük irs qoymuş – Azərbaycan xalqının böyük tarixi şəxsiyyəti, Ulu Öndər Heydər Əliyevin dahi siyasətinə və Azərbaycanın Yeni İntibah dövrü tarixinə həsr olunmuşdur. «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı monoqrafiyasında Heydər Əliyev şəxsiyyətini və Heydər Əliyev irsini Azərbaycanın qədim dövrdən başlayaraq XXI yüzilliyə qədər gəlib çıxan böyük, şanlı, zəngin dövlətçilik tarixi fonunda araşdıran Yaqub Mahmudov kitabında, əslində, Azərbaycan tarixinin yeni konsepsiyasını təqdim etmişdir. Bu konsepsiya Azərbaycan xalqının unikallığı və təkrarsızlığı, geniş tarixi ərazidə yayılmaqla zəngin maddi və mənəvi mədəniyyətə, milli məfkurəyə və tarixi yaddaşa sahib olduğu faktına söykənir. Yaqub Mahmudovun Hehdər Əliyev irsi ilə bağlı yazdığı bütün əsərləri, o cümlədən Azərbaycan, rus və Ukrayna dillərində nəşr olunmuş «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı kitabı Heydər Əliyev kursunun alternativsizliyini, Azərbaycan dövlətçiliyinin qorunması və əbədi yaşaması üçün yeganə təminat olduğunu bir daha təsdiqləyir və eyni zamanda, tarixşünaslığımız üçün də böyük elmi əhəmiyyət kəsb edir.

Azərbaycanın tarixi həqiqətlərini dünyaya çatdıran alim

Bu gün qloballaşan dünyada inteqrasiya prosesləri sürətlə getsə də, elmdə mərkəzçilik yenə də saxlanmaqdadır: tarix elmi, müəyyən mənada, hələ də Avropanın elmi məktəb və cərəyanlarının təsiri altında qalmaqdadır və Şərq tarixçilərinin əsərlərinin dünya elmi ictimaiyyətinə çatdırlıması, ən əsası isə, bu ictimaiyyət tərəfindən qəbul edilməsi çox çətindir. Hələ bu əsərlər milli ruhda yazılıbsa, onların Qərbin skeptik alimləri tərəfindən necə qarşılandığı hamıya məlumdur. Müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycanın tarixçi aliıminin isə başlıca missiyası – Azərbaycan tarixinin real həqiqətlərini dünya elminə çatdırmaq, Azərbaycan xalqının Qafqazın aborigen əhalisi olduğunu sübut etmək, tarixi Azərbaycan torpaqlarının coğrafiyasını elmi dəlillərlə əsaslandırmaq, Azərbaycan dövlətlərinin beynəlxalq münasibətlərdə aparıcı rollardan birini oynadığını mənbələrin danılmaz faktları ilə təsdiqləmək, Azərbaycanı dünyanın periferiyası deyil, sivilizasiya mərkəzlərindən biri olduğunu göstərməkdir. Fəaliyyəti ümumbəşəri dəyərlərin təbliğinə, milli ideologiyaya, milli ruha xidmət edən Yaqub Mahmudovun elmi araşdırmaları və elmi məktəbi bu gün təkcə keçmiş SSRİ məkanında, İranda, Türkiyədə deyil, Avropa ölkələrində, ABŞ-da, Cənubi Koreyada da tanınmışdır. Tədqiqatlarının bir çoxu həm də rus dilində nəşr olunmuş Yaqub Mahmudovun fundamental əsərinin - «Azərbaycan və Avropa» adlı monoqrafiyasının 2010-cu ildə Londonda və Nyu-Yorkda ingilis dilində böyük tirajla nəşr olunması Azərbaycanın tarix elmi üçün böyük hadisə sayıla bilər. Bu fundamental əsər, ilk növbədə, Qərb şərqşünaslarının və mediyevistlərinin marağına səbəb olmuşdur: çünki bu əsərdə avropalıların Şərq tarixçilərinin əsərlərində adət etdikləri və bu səbəbdən də ciddi qəbul olunmayan təəssübkeş Şərqli fikirlərinə bənzər məqamlar və ya müsəlman monarxiyalarının fəthlərinin tərifi yoxdur. Eyni zamanda, həmin tədqiqatda avropamərkəzçiliklə barışan liberal fikirlərə də rast gəlinmir. Yaqub Mahmudovun əsəri sırf elmi tədqiqatdır və bu səbəbdən də istərsə də elmi ictimaiyyət, istər geniş ingilisdilli oxucu auditoriyası tərəfindən dərhal qəbul edilmişdir. Yaqub Mahmudovun «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü» adlı əsərinin ingilis dilinə tərcüməsi də Londonda nəşr edilmişdir. Kitabda Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələrini doğuran tarixi şərait, Qərb ölkələri ilə diplomatik əlaqələrimiz, Avropanın Şərq siyasətinin mahiyyəti araşdırılmışdır. Əsərin ən önəmli tərəfi – müəllifin Azərbaycanın XV əsrin beynəlxalq münasibətlərində aparıcı rol oynamasını üzə çıxarmasıdır. Kitabda, həmçinin, tarixşünaslıqda ilk dəfə Y.M.Mahmudov tərəfindən Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı qəsbkarlıq planları, onların xarici siyasətlərinin müstəmləkəçilik mahiyyəti, Şərqə zorla nüfuz etmə cəhdləri XV əsrin beynəlxalq münasibətlərinin səciyyəvi cəhətləri kimi göstərilir.

Azərbaycan tarix elminin dünyada tanınması üçün Yaqub Mahmudovun xidmətləri, şübhəsiz, böyükdür. Alimin xaricdə - Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Afina, Bern, Cenevrə, Brüssel, Stokholm, Budapeşt, Venesiya, Roma, Moskva, Sankt-Peterburq, Kiyev, Kayseri, Tehran, Təbriz, Seul, Hoseo, Pusan, Manila və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda və toplantılarda onlarla məruzəsi dinlənilmiş, əsərləri rus, Ukrayna, türk, ingilis, macar, Koreya dillərində çap edilmişdir.

Bu gün Azərbaycan tarixçisinin əsərləri Yaqub Mahmudovun müxtəlif xarici dillərdə nəşr edilən əsərlərinin timsalında dünyada tanınır və Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini dünyaya tanıdır.

Müəlliflər:

Teymur Bünyadov, Akademik

Tamilla Musayeva, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, prof.

Adil Məmmədov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, prof.

Tofiq Mustafazadə, Dövlət Mükafatı laureatı, prof.

Cəbi Bəhramov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru

Tofiq Nəcəfli, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru

Kərim Şükürov, Dövlət Mükafatı laureatı, prof.

Göhər Məmmədova, Dövlət Mükafatı laureatı, fəlsəfə doktoru

Sani Hacıyev, Bakı Dövlət Universitetinin prorektoru, prof.

Azad Rzayev, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı

Yeganə Gözəlova, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti, fəlsəfə doktoru

İradə Bağırova, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, prof.

Hacı Həsənov, Dövlət Mükafatı laureatı, fəlsəfə doktoru

Elmar Məhərrəmov, Fəlsəfə doktoru



29.01.14 TARİX İNSTİTUTU NƏZDİNDƏKİ DİSSERTASİYA ŞURASINDA NÖVBƏTİ DİSSERTASİYA MÜDAFİƏSI KEÇİRİLMİŞDİR
2014-cü il yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbədən kənar iclası keçirilmişdir. Ətraflı >>

TARİX İNSTİTUTU NƏZDİNDƏKİ DİSSERTASİYA ŞURASINDA NÖVBƏTİ DİSSERTASİYA MÜDAFİƏSI KEÇİRİLMİŞDİR


2014-cü il yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbədən kənar iclası keçirilmişdir. Şurada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 1 dissertasiya müdafiə olunmuşdur.

Tarix institutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin elmi işçisi Allahverdi Nüsü oğlu Əlimirzəyevin “Erkən Elam cəmiyyəti piktoqrafik mətnlərdə (e.ə. III minillik)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiə olunmuşdur. Dissertasiyada e.ə. III minillikdə Elam cəmiyyətinin iqtisadiyyatı, mədəniyyəti, sosial-iqtisadi münasibətləri, əhalisinin etnik tərkibi və qonşu dövlətlərlə siyasi əlaqələri mixi yazılı mənbələr əsasında geniş araşdırılmış, mühüm ümumiləşdirmələr aparılmışdır. Təqdim olunmuş dissertasiyada Elam cəmiyyətində ictimai-siyasi münasibətlərin və dövlətçilik ənənələrinin necə formalaşdığını, Urmiya gölü ətrafında məskunlaşan qutilərlə olan münasibətləri izləmək imkanı yaranır.

Qədim Azərbaycan tarixinin düzgün yazılmasında əhəmiyyəti böyük olan bu dissertasiyanın doktorluq səviyyəsində olduğu qeyd olunmuş və onun monoqrafiya şəklində çap olunması qərara alınmışdır.



22.01.2014 TARİX İNSTİTUTU NƏZDİNDƏKİ DİSSERTASİYA ŞURASINDA NÖVBƏTİ DİSSERTASİYA MÜDAFİƏLƏRİ KEÇİRİLMİŞDİR
2014-ci il yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. Şurada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 2 dissertasiya müdafiə olunmuşdur. Ətraflı >>

TARİX İNSTİTUTU NƏZDİNDƏKİ DİSSERTASİYA ŞURASINDA NÖVBƏTİ DİSSERTASİYA MÜDAFİƏLƏRİ KEÇİRİLMİŞDİR


2014-ci il yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. Şurada tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 2 dissertasiya müdafiə olunmuşdur.

Dissertant Asəf Adil oğlu Hacıyevin “Dərbənd əhalisi XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat )” dissertasiya mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiə olunmuşdur. Dissertasiyada XIX – XX əsrin əvvəllərində Dərbəndin demoqrafik vəziyyəti dövrün mənbələri əsasında dərindən araşdırılmış və mühüm ümumiləşdirmələr aparılmışdır. A.A.Hacıyev Dərbənd əhalisinin böyük əksəriyyətinin Azərbaycan türkləri təşkil etdiyini elmi dəlillərlə sübut etmişdir. Əsərdə azərbaycanlıların məişət həyatı dərindən tədqiq edilmiş və ümumiləşdirmələr aparılmışdır. A.A.Hacıyevin “Dərbənd əhalisi XIX-XX əsrin əvvəllərində (tarixi-etnoqrafik tədqiqat)” adlı dissertasiya işi qədim Azərbaycan şəhəri Dərbənddə çarizmin yeritdiyi müstəmləkəçilik siyasətinə baxmayaraq, azərbaycanlıların şəhər əhalisinin mütləq çoxluğunu təşkil etməsi, onların öz adət-ənənələrini qoruyub saxlaması tutarlı faktlarla əsaslandırılmışdır. Dissertantın elmi rəhbəri AMEA-nın müxbir üzvü Yaqub Mahmudov müdafiə olunan dissertasiya barədə müsbət fikirdə olduğunu bildirmişdir.

Dissertasiya Şurasında, eyni zamanda Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi” şöbəsinin müdiri t.ü.e.d., prof. Adil Məmmədovun dissertantı Rəcəbov Fuad Rafiq oğlunun “Azərbaycan SSR neft sənayesində elmi-texniki tərəqqinin tarixi (1920-1941-ci il iyun)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunmuş dissertasiyanın da müdafiəsi keçirilmişdir.

Dissertasiyada Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklərin Azərbaycan neft sənayesi milliləşdirməsi və “neft kralı” Serobrovskinin rəhbərliyi altında Bakı neftinin talan edilərək Sovet Rusiyasına daşınması faktiki materiallarla əsaslandırılmış, Bakı neft sənayesinin XX-əsrin 20-40-cı illərində inkişaf tarixi, eləcə də 1941-1945-ci illər müharibəsində SSRİ-nin faşizm üzərində qələbənin təmin edilməsində Bakı neftinin oynadığı əvəzsiz rol araşdırılmış və ümumiləşdirmələr aparılmışdır.



08.01.2014 TARİX İNSTİTUTUNUN DİREKTORU DAHA BİR BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına layiq görülmüşdür. 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil. Yeni imkanlar və istiqamətlər” Ətraflı >>

TARİX İNSTİTUTUNUN DİREKTORU DAHA BİR BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB


AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına layiq görülmüşdür. 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil.Yeni imkanlar və istiqamətlər” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür. “Kraliça Viktoriya” beynəlxalq mükafatı professor Yaqub Mahmudova milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, bu mükafat elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir.

Xatırladaq ki, bundan əvvəl 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna, institutun direktoru AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudov böyük elmi nailiyyətlərinə görə “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna layiq görülmüşdü.



07.12.2013 PREZİDENT KİTABXANASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ NƏŞRLƏRİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində Sənədlər və materiallar” ikicildliyinin təqdimat mərasimi keçirilmişdir. Ətraflı >>

PREZİDENT KİTABXANASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ NƏŞRLƏRİN TƏQDİMATI KEÇİRİLMİŞDİR


Dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyinin təqdimat mərasimi keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ərəfəsində təşkil edilmiş tədbirə dahi şəxsiyyətin həyat yolundan bəhs edən fotoslaydların nümayişi ilə başlanılmışdır. Layihənin rəhbəri, kitabların elmi redaktoru, giriş məqalələrinin müəllifi Əməkdar Elm Xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açmışdır. Azərbaycan xalqının yetişdirdiyi elə dahi şəxsiyyətlər vardır ki, onların həyat və fəaliyyətləri, qoyub getdikləri zəngin irs daim öyrənilir və gələcək nəsillər ondan bəhrələnirlər. Belə şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və incəsənətinin inkişafına ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı indi də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mayıl Əhmədov vurğulamışdır ki, hər il ümummilli lider Heydər Əliyevin xatirəsini anma günlərində ölkəmizin hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının yazdıqları bu kitabların ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ərəfəsində nəşr olunması olduqca təqdirəlayiqdir.

Prezident Kitabxanası ilə AMEA-nın Tarix İnstitutunun sıx əməkdaşlığından danışan direktor vurğulamışdır ki, son illər institutun nəşr etdirdiyi bir çox kitabların təqdimat mərasimləri məhz bizim kitabxanada keçirilmişdir. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı bir çox kitabların elektron versiyalarının hazırlanmasında birgə fəaliyyət göstəririk. Bizim kitabxanada yeganə olaraq Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən, onun irsinin bütün külliyyatını özündə cəmləşdirən “Heydər Əliyev. Elektron sənədlər toplusu” hazırlanmışdır.

Qeyd edilmişdir ki, bu gün ulu öndər Heydər Əliyevə həsr olunmuş kitabların təqdimat mərasiminin Prezident Kitabxanasında keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Hesab edirəm ki, bu gün təqdimatına yığışdığımız Heydər Əliyev irsinin müxtəlif sahələrini özündə əks etdirən tədqiqatların, sənədlər və materiallar toplularının çap edilməsinin tədqiqatçılar və kitabxana-biblioqrafiya xidməti göstərən işçilər və eləcə də geniş oxucu kütləsi üçün çox böyük faydası olacaqdır.

Təqdimat mərasimdə çıxış edən layihənin rəhbəri Yaqub Mahmudov AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş ikicildliklərin yazılma səbəblərindən, Ulu Öndərin irsinin gənc nəsillərə çatdırılmasında rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrdən söz açmışdır.

Bildirilmişdir ki, Tarix İnstitutunda Azərbaycan xalqının Ümummilli Liderinin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir. İnstitutda bu məqsədlə geniş tədqiqat işləri aparılır. Ulu Öndərin irsinin müntəzəm olaraq, həm də sistemli surətdə araşdırılması üçün institutda ayrıca “Əliyevşünaslıq” elmi-tədqiqat şöbəsi yaradılmışdır. Şöbənin əməkdaşları, habelə institutun digər alimləri ulu öndər Heydər Əliyevə həsr olunmuş dissertasiya araşdırmaları aparır, çoxsaylı elmi-tədqiqat işləri, o cümlədən monoqrafiyalar yazıb nəşr etdirirlər.

Diqqətə çatdırılmışdır ki, institutun əməkdaşlarının böyük zəhməti hesabına başa gələn “Heydər Əliyev” kitabının birinci cildi dahi şəxsiyyətin ömür yolunun müstəqillik illərinə qədərki dövrünü əhatə edir. Bu cildin hazırlanmasında arxiv materiallarından geniş istifadə olunmuşdur. Nəşrin ikinci cildi dahi şəxsiyyətin ömür yolunun müstəqillik dövrünü əhatə edir. “Heydər Əliyev” ikicildliyinin ikinci cildi nəşrə hazırlanarkən Ulu Öndərin əsərləri, nitqləri, çıxışları, müxtəlif dövrlərdə nəşr olunmuş ilk mənbələr, o cümlədən arxiv sənədləri və elmi ədəbiyyatdan istifadə edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri, milli qurtuluş mübarizəsinin öndəri və yeni Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş bu ikicildlik Ulu Öndərin dövlətçilik fəaliyyətinin akademik səviyyədə araşdırılması yolunda ilk addımdır.

Vurğulanmışdır ki, “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyi dahi şəxsiyyətin irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşridir.

Toplunun birinci cildinə Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilmişdir. Topluda, həmçinin ulu öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara da geniş yer ayrılmışdır.

Nəşrin ikinci cildinə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) həyata keçirdiyi elm siyasəti ilə bağlı sənədlər və materiallar daxil edilmişdir. Topluya daxil edilmiş sənədlər içərisində Ulu Öndərin imzaladığı fərmanlar, sərəncamlar, müxtəlif vaxtlarda söylədiyi nitqlər, alim və ziyalılarla görüşlərindəki çıxışları, görkəmli elm və mədəniyyət xadimlərinin yubileyləri ilə bağlı, eləcə də respublikada keçirilən simpozium və konfranslara təbrik məktubları və digər materiallar üstünlük təşkil edir. Qeyd edilmişdir ki, hər iki nəşr tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək Azərbaycan xalqının və torpağının yorulmaz təəssübkeşi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmış və təqdimatı keçirilən kitabların dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləmişlər.



05.12.2013 BAKIDA «XIX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QAFQAZ MÜHARİBƏLƏRİ VƏ ONLARIN NƏTİCƏLƏRİ»NƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR
Dekabrın 6-7-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcəkdir. Ətraflı >>

BAKIDA «XIX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QAFQAZ MÜHARİBƏLƏRİ VƏ ONLARIN NƏTİCƏLƏRİ»NƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR


Dekabrın 6-7-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcəkdir. «XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri» mövzusunda keçiriləcək konfrans Azərbaycanı iki yerə parçalamış mənfur Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr edilmişdir.

Konfransda Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniya və başqa ölkələrdən 80-ə yaxın alim iştirak edəcəkdir. Konfransı giriş sözü ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov açacaq. Daha sonra Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin sədr müavini prof. dr. Nihat Böyükbaş, Türkiyə Cümhuriyyəti Başbakanlıq Arxivləri Baş müdir yardımçısı dos., Dr. Mustafa Budak və başqaları təbrik sözü söyləyəcəklər. Alimlərin məruzələri plenar iclasda və dörd bölmədə dinləniləcəkdir. Konfransın rəsmi hissəsindən sonra qonaqlar üçün mədəni proqram (o cümlədən Qaladakı etnoqrafiya muzeyinə səyahət) nəzərdə tutulmuşdur.

Konfransın açılışı 6 dekabr tarixində, saat 11:00-da “Happy inn” hotelinin konfrans zalında olacaqdır.



04.12.2013 AMEA TARİX İNSTİTUTUNUN İLLİK HESABATI DİNLƏNİLMİŞDİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada institutun şöbələrinin illik hesabatı dinlənilmişdir. Ətraflı >>

AMEA TARİX İNSTİTUTUNUN İLLİK HESABATI DİNLƏNİLMİŞDİR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada institutun şöbələrinin illik hesabatı dinlənilmişdir. Elmi Şurada AMEA-nın Rəyasət Heyəti adından akademik Teymur Bünyadov da iştirak edirdi. Hesabat məruzəsi ilə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd etmişdir ki, Tarix İnstitutu həmişə Azərbaycan xalqına, dövlətinə xidmət etmişdir. Ermənilərin əsassız iddialarına layiqli cavab vermək məqsədilə fundamental araşdırmalar aparılmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan informasiya müharibəsində qalib gəlmişdir. Bu qələbədə Tarix İnstitutunda prezidentin tapşırıqları, çağırışları və tövsiyyələri ilə aparılan tədqiqat işlərinin də mühüm rolu olmuşdur. Yaqub Mahmudov bildirmişdir ki, 2013-ci ildə “Azərbaycan tarixinin ümumi konsepsiyası” əsas elmi istiqamət üzrə elmi tədqiqat işləri aparılmışdır. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və başqa ölkələrdən gətirilən çoxlu sayda arxiv sənədlərindən ibarət toplular, fundamental elmi əsərlər çap olunmuş, onların müxtəlif xarici dillərə tərcüməsi həyata keçirilmişdir.

Sonra Elmi Şurada Tarix İnstitutunun şöbə müdirlərinin hesabatları dinlənildi. Məlum oldu ki, 2013-cü ildə “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusu, “Heydər Əliyev” (2 cildlik) monoqrafiyası, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (ukrayna dilində), “Heydər Əliyev və Naxşıvan Muxtar respublikasının inkişaf tarixi” kitabları, “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı”, (azərbaycan, rus, ingilis dillərində), “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, “Azərbaycan-Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəlləri)”, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, “Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları”, “Verner fon Simens. Qafqaz səyahətləri”, “Qədim fars kitabələri (transliterasiya, tərcümə, qlossari)”, “XVIII əsrin II yarısı – XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri”, “Azərbaycan-Gürcüstan münasibətləri (XVIII əsrin sonlarından bu günədək)”, “Azərbaycana qarşı Sumqayıt təxribatı: Qriqoryanın işi”, “Vedibasar qətliamları 1918-1988”, “Göynük hərəkatı”, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər” monoqrafiyaları, “Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918-ci il) I cild. Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi Siyasi Arxivininn sənədləri”, “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər) I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi və Gürcüstan Mərkəzi Ən Yeni Tarixi Arxivinin sənədləri”, “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” sənədlər toplusu çapdan çıxmışdır. 2013-cü il ərzində Tarix İnstitutu tərəfindən elmi konfranslar, seminarlar keçirilmişdir. Martın 29-da Qubada “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi, mayın 24-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans, iyunun 15-də Suraxanıda Milli qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans və “Dahi azərbaycanlı” sənədli televiziya filminin təqdimatı, oktyabrın 1-3-də Ortaq Türk tarixinin araşdırılması problemlərinə həsr olunmuş I beynəlxalq elmi konfrans keçirilmişdir. Bundan başqa institutun alimləri xarici ölkələrdə (Türkiyə, Rusiya, Gürcüstan, İngiltərə, Ukrayna, Qırğızıstan) keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər. İnstitutda kadr hazırlığı da davam etdirilmiş, 17 nəfər elmi işlərini müdafiəsini başa çatdırmışdır. 49 nəfər doktorant təhsil almaqdadır.

Daha sonra Elmi Şurada Almaniyadan yenicə qayıtmış nümayəndə heyətinin hesabatı dinlənildi. Nümayəndə heyətinin rəhbəri professor Seadət Zeynalova çıxış edərək Almaniyanın dövlət arxivlərindən gətirilən sənədlər, dəyərli mənbələr, ümumilikdə görülən işlər barədə slaydlar vasitəsilə ətraflı məlumat verdi.

Elmi Şurada 2013-cü ildə Tarix İnstitutunda nəşr olunan kitabların sərgisi də nümayiş olundu.

Sonda Akademik Teymur Bünyadov çıxış edərək Tarix İnstitutunun 2013-cü ildə çox böyük işlər gördüyünü xüsusi qeyd etdi. Akademik görülən işlərə görə instituta təşəkkür edərək uğurlar arzuladı.



21.10.2013 TARIX İNSTİTUTUNUN BİR QRUP ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMƏK ÜÇÜN TÜRKİYƏYƏ EZAM OLUNMUŞDUR
2013-cü il oktyabrın 22-25-də Türkiyənin Əskişəhər şəhərində Türkiyə Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə beynəlxalq simpoziumu keçiriləcəkdir. Ətraflı >>

TARIX İNSTİTUTUNUN BİR QRUP ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMƏK ÜÇÜN TÜRKİYƏYƏ EZAM OLUNMUŞDUR


2013-cü il oktyabrın 22-25-də Türkiyənin Əskişəhər şəhərində Türkiyə Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə beynəlxalq simpoziumu keçiriləcəkdir. Dünyanın onlarla ölkəsindən alimlərin iştirak etdiyi simpoziumun I bölümü ayrıca olaraq Azərbaycan – Türkiyə münasibətlərinə həsr olunmuşdur. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun bir qrup əməkdaşı institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə Türkiyənin Əskişəhər şəhərinə ezam edilmişlər. Türkiyəyə ezam edilən institut əməkdaşları AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, t.ü.f.d. C.Ə.Bəhramov, t.ü.f.d. N.N.Məmmədzadə, t.ü.f.d. G.C.Nəcəfli, t.ü.f.d. K.N.İsmayılov, t.ü.f.d. İ.V.Niftəliyev, t.ü.f.d. İ.M.Məmmədova, t.ü.f.d. S.İ.Əliyeva Azərbaycan, Azərbaycan-Türkiyə ortaq tarixinə dair maraqlı məruzələrlə çıxış edəcəklər. Simpoziumda yeganə olaraq Azərbaycan alimlərinin ayrıca bölümdə məruzələrlə çıxış etməsi nəzərdə tutulmuşdur. Nümayəndə heyətinin rəhbəri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan tarixinin Qurucu İlham dövrü” mövzusunda əsas məruzə ilə çıxış edəcəkdir. Azərbaycan tarixçilərinin məruzələrində ölkəmizin son 10 ildə əldə etdiyi tarixi nailiyyətlərə geniş yer verilir.



01.10.2013 ŞƏKİDƏ ORTAQ TÜRK TARİXİNİN ARAŞDIRILMASI PROBLEMLƏRİNƏ HƏSR EDİLMİŞ I BEYNƏLXALQ ELMİ KONFRANS ÖZ İŞİNƏ BAŞLADI
Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya (Dağıstan) alimləri çıxış edərək ortaq türk tarixinin yazılmasına öz töhfələrini verdilər. Ətraflı >>

ŞƏKİDƏ ORTAQ TÜRK TARİXİNİN ARAŞDIRILMASI PROBLEMLƏRİNƏ HƏSR EDİLMİŞ I BEYNƏLXALQ ELMİ KONFRANS ÖZ İŞİNƏ BAŞLADI


Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya (Dağıstan) alimləri çıxış edərək ortaq türk tarixinin yazılmasına öz töhfələrini verdilər.

Konfrans saat 17:00-da “Şəki-Palas” otelinin konfrans zalında açıldı. Konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu mötəbər konfransı təşkil etdiyi üçün Tarix İnstitutuna, direktor AMEA-nın müxbir üzvü Yaqub Mahmudova öz təşəkkürünü bildirdi və belə tədbirlərin ənənəvi xarakter almasını arzuladığını qeyd etdi.

Konfransda “Müasir mərhələdə Azərbaycan tarix elmi və ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Ortaq türk tarixinin yazılmasına həsr olunmuş bu ilk beynəlxalq konfransın bütün türk dünyasının tarixi məkanı Şəki şəhərində keçirilməsinin çox böyük əhəmiyyətinin olmasını qeyd etdi. O, Türk dünyasının birləşdirilməsində ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin mühüm rolu olduğunu bildirərək bu istiqamətdə danışıqların da aparıldığını qeyd etdi. Yaqub Mahmudov türklərin qədim zamanlarda bir olduğunu, sonradan ayrı-ayrı dövlətlərə parçalanmış, indi isə birləşməli olduğunu qeyd etdi. O, həmçinin ermənilərin türklərə qarşı soyqırımlarının təkcə Türkiyə və Azərbaycanın deyil, bütün türk dünyasının problemi olduğunu xüsusi vurğuladı. Birgə fəaliyyət göstərərək türklərin haqq səsini, gərçəkləri bütün dünyaya çatdırmalıdır. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verməyək, bir dəfə səhv edərək ermənilərə torpaq verdik, ikinci dəfə bu səhvi etməyək. Türkün tarixi düzgün araşdırılsın, böyük türk şəxsiyyətləri Avropada da düzgün təqdim olunsunlar, sevilsinlər. Bu gün biz ortaq türk tarixini yazaq, gələcəkdə bizim ardıcıllarımız Türk dünyasını bir bayraq altında birləşdırsin. Azərbaycanın real tarixi, tarixi şəxsiyyətlərimiz türk dünyasında nəşr olunan əsərlərdə doğru-düzgün əksini tapsın. Bu günkü konfrans birbaşa Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir. Ölkə başçısı tarix elminin inkişafına xüsusi qayğı göstərir. Çıxışının sonunda Yaqub Mahmudov təklif etdi ki, ortaq türk tarixinin yazılmasından öncə türk dünyasının tarixi şəxsiyyətləri, türk dövlətlərinin tarixinə ayrıca kitablar həsr olunmalıdır. Konfrans iştirakçıları yekdilliklə bu təklifə tərəfdar çıxdılar.

Türkiyədə Atatürk Araşdırma Mərkəzinin sədr müavini Prof., Dr. Nihat Büyükbaş “Ortaq tarix kitabının yazılması və önəmi” mövzusunda çıxış edərək Azərbaycanla Türkiyə tarixi əlaqələrindən, bu əlaqələrin türk dünyasının birləşdirilməsinə verdiyi töhfədən danışdı.

Prof., Dr. Selma Yel (Türkiyə Respublikası) “Türk dünyasında ortaq dəyərlərin öyrənilməsi” mövzusunda çıxış edərək türk dövlətlərinin ayrılıqda güclü ola biləcəyini, bunun üçün biz türklər bir-birimizə qardaş köməyi etməli, bir birimizin güclənməsi üçün çalışmalı olduğumuzu bildirdi.

Türkiyə Başbakanlıq Arxivləri baş müdir müavini, Doç., Dr. Mustafa Budaq “Ortaq Türk tarixinin araşdırılmasında Başbakanlıq Osmanlı Arxivindəki sənədlərin rolu” mövzusunda çıxış edərək ortaq türk tarixinin, ortaq əlifbanın yaradılmasının zaman-zaman gündəmə gəətirildiyini, lakin bir nəticə olmadığını, lakin bu gün bu ortaq tarixin yazılmasında böyük bir addım atıldığını qeyd etdi. Bu ideyanın gərçəkləşdirilməsi üçün arxivlərdən daha çox istifadə edilməli olduğunu vurğuladı.

Prof., Dr. Cezmi Eraslan “Ortaq tarixə birlikdə baxışın zəmini nə olmalıdır, necə hazırlanmalıdır?” mövzusunda çıxış edərək bildirdi ki, Türk tarixindən səhvləri çıxarmalı, bunun üçün isə tarix güclü araşdırılmalı, ortaq tarix düzgün yazılmalıdır.

Özbəkistandan olan Prof., Dr. Şohistaxon Uljayeva “XIV-XV əsrlərdə Böyük İpək yolu tarixinin tədqiqi problemləri” mövzusunda çıxış edərək tarixi İpək yolunun türk xalqlarının birləşdirilməsində böyük əhəmiyyəti olduğunu bildirdi.

Prof., Dr. Rəhilə Şükürova “Rəşidəddinin "Oğuznaməsi" və Əbubəkr Tehraninin "Kitabi- Diyarbəkriyyə" əsərləri ortaq tariximizin mənbəyi kimi” mövzusunda çıxış edərək bildirdi ki, türk xalqlarının folklor nümunələri də onların birliyini ortaya qoyur və ortaq türk tarixinin yazılmasında bu oğuznamələrin böyük rolu vardır.

Qazaxıstandan Prof., t.e.d. Majitov Səttar Fazıloviç “Ortaq türk tarixinin araşdırılmasının nəzəri-metodoloji və praktiki tərəfləri” mövzusunda çıxış edərək “Türk dünyası” anlayışının tarixindən, hansı mənalar kəsb etməsindən danışaraq bu “dünya”nın birləşməli olduğunu xüsusi vurğuladı.

Qırğızıstandan Prof., Dr. Doolotbek Saparaliyev “Keçmiş Sovet Qırğızıstanında XVIII-XIX əsrlər qırğız xalqının etnosiyasi tarixinin araşdırılması perspektivləri və bəzi nəticələri” mövzusunda çıxış edərək bildirdi ki, zaman-zaman türk birliyi ideyası gündəmə gəlsə də onlar arasında əlaqələrin zəif olması bu ideyanı həyata keçirməyə imkan verməmişdir, lakin indi geniş imkanlar yaranmışdır ki, ortaq türk tarixi yazılsın.

Dağıstandan T.e.n. Rabadan Sultanbekov “Erkən bulqarlar (bolqarlar) və Dağıstan” mövzusunda çıxış edərək türk xalqlarının tarixindən, birləşmək istəklərindən danışdı.

Akademik Nailə Vəlixanlı “Ortaq Türk tarixinin yazılmasında erkən orta əsr mənbələrinin rolu” mövzusunda çıxış edərək ortaq türk tarixinin yazılmasının çətin məsələ olduğunu, lakin qədim tarixə malik olan türklərin bu işi bacara biləcəyini xüsusi vurğuladı və bu istiqamətdə orta əsr mənbələrinin əhəmiyyətini qeyd etdi.

Prof., D.r. Musa Bali və Türkiyəli iş adamı Ahmet Baba çıxış edərək ortaq türk tarixinin yazılmasına dəstək olacaqlarını bildirdilər.

Konfransda Millət vəkili Cavanşir Veyziyev və professor Cahangir Novruzov ortaq türk tarixinin yazılması təşəbbüsünün çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Azərbaycan tarixçilərindən dos., t.ü.f.d. Nəcəfli Tofiq, t.ü.f.d Bəhramov Cəbi, t.ü.f.d. Məmmədzadə Natiq, t.ü.f.d. Abışov Vaqif, t.ü.f.d. Nəcəfli Güntəkin, t.ü.f.d. İsmayılov Kamran, doktorant Abuşova Nigar, t.ü.f.d. Niftəliyev İlqar, t.ü.f.d. Məmmədova İradə, Nazim Mustafa öz məruzələrində Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri soyqırımlardan danışaraq bildirdilər ki, ortaq türk tarixi yazılarkən soyqırımı məsələlərinə də birgə münasibət göstərməlidir, 1915-ci ilə hazırlaşan ermənilərə tutarlı cavab vermək üçün öz qüvvələrini birləşdirməlidirlər.

Konfrans AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun yekun nitqi ilə başa çatdı. Sonda Ortaq türk tarixinin yazılmasına başlanılması və ilk olaraq türk şəxsiyyətləri və tarixdə türk dövlətlərinə həsr olunmuş kitabların yazılması yekdilliklə qərara alındı. Konfransdan sonra Elxan Usubov və Cavanşir Veyziyevin müəllifi olduğu “Şəki” kitabının təqdimatı keçirildi və qonaqlar Tarix İnstitutunda nəşr olunan kitablardan ibarət sərgiyə tamaşa etdilər. Tarix İnstitutunun böyük kitab sərgisi Şəki kitabxanalarına paylanmaq üçün icra başçısına təqdim olundu.



16.09.2013 BAKI SLAVYAN UNİVERSİTETİNDƏ AMEA-NIN ƏMƏKDAŞLARI VƏ İTALIYA NÜMAYƏNDƏLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı Slavyan Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın başçılığı ilə akademiyanın bir qrup... Ətraflı >>

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ AMEA-NIN ƏMƏKDAŞLARI VƏ İTALIYA NÜMAYƏNDƏLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR


Bakı Slavyan Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın başçılığı ilə akademiyanın bir qrup əməkdaşı və İtaliyanın Çerviteri şəhərinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları - Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi Elnarə Əliyeva, t.ü.e.d. Nigar Gözəlova, İtaliya nümayəndələri - Çerviteri şəhərinin meri Alessio Paskuççi, Mədəniyyət məsələləri üzrə məsləhətçi Lorenso Krotsi və Uqo Riçi iştirak etmişlər.

Görüş zamanı Çerviteri şəhərinin etrusk mədəniyyətinin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın qurulması məsələləri müzakirə edilmişdir. Görüş zamanı Azərbaycanda Çerviteri şəhəri tərəfindən etrusk tarixi və mədəniyyətinə dair sərginin təşkili, Azərbaycan-İtaliya tarixi əlaqələrinə həsr edilmiş beynəlxalq elmi konfransın keçirilməsi qərara alınmışdır.



12.09.2013 ŞƏKİDƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK
Bu il oktyabrın 1-3-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Şəki şəhərində Ortaq Türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirəcəkdir. Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya (Dağıstan) alimlərinin çıxış etməsi gözlənilir. Ətraflı >>

ŞƏKİDƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK


Bu il oktyabrın 1-3-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Şəki şəhərində Ortaq Türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirəcəkdir. Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya (Dağıstan) alimlərinin çıxış etməsi gözlənilir. Konfrans zamanı ortaq türk tarixinin yazılması ilə bağlı bu günədək görülən işlər də müzakirə olunacaqdır.



12.09.2013 “QUBADLI: QƏDİM AZƏRBAYCAN TORPAĞI ZƏNGƏZURUN QAPISI” ADLI MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr etmişdir. Ətraflı >>

“QUBADLI: QƏDİM AZƏRBAYCAN TORPAĞI ZƏNGƏZURUN QAPISI” ADLI MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr etmişdir. Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən monoqrafiya erməni işğalı altında qalan qədim Azərbaycan yurdu Qubadlının tarixi haqqındadır. Əsər ən qədim zamanlardan yaşadığımız günlərədək Qubadlı tarixini əhatə edir. Tədqiqatda Qubadlının qədim Azərbaycan torpağı Zəngəzurun ayrılmaz tərkib hissəsi olması təkzibolunmaz tarixi faktlar və arxiv sənədləri əsasında sübut olunur. Əsərdə Qubadlının qəhrəman oğullarının erməni işğalçılarına qarşı mübarizəsinə, erməni təcavüzkarlarının rayon ərazisində törətdikləri dağıntılara, tarixi abidələri məhv etmələrinə və törətdikləri vəhşiliklərə dair faktlara geniş yer verilmişdir. 5 fəsildən ibarət olan monoqrafiya elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Monoqrafiyanın yığcam variantı rus və ingilis dillərində də nəşr edilmişdir.



11.09.2013 İKİCİLDLİK FUNDAMENTAL “HEYDƏR ƏLİYEV” AKADEMİK ARAŞDIRMASI BAŞA ÇATDIRILMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ikicildlik fundamental “Heydər Əliyev” akademik araşdırması üzərində işi başa çatdırmışdır. AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun baş redaktorluğu ilə nəşr edilən fundamental elmi araşdırmanın birinci cildi ümummilli lider Heydər Əliyevin ömür yolunun Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti... Ətraflı >>

İKİCİLDLİK FUNDAMENTAL “HEYDƏR ƏLİYEV” AKADEMİK ARAŞDIRMASI BAŞA ÇATDIRILMIŞDIR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ikicildlik fundamental “Heydər Əliyev” akademik araşdırması üzərində işi başa çatdırmışdır. AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun baş redaktorluğu ilə nəşr edilən fundamental elmi araşdırmanın birinci cildi ümummilli lider Heydər Əliyevin ömür yolunun Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti, Azərbaycan SSR-ə rəhbərliyi və SSRİ-nin ali rəhbərliyindəki fəaliyyəti dövrlərini əhatə edir. Cild 9 fəsli əhatə edən 3 bölmədən ibarətdir.

Əsərin ikinci cildi Ulu Öndərin ömür yolunun Müstəqillik dövrünü əhatə edir. Bu cild “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı giriş məqaləsi və 8 fəsli əhatə edən 2 bölmədən ibarətdir. “Heydər Əliyev” ikicildliyi ölkəmizin tarixində Ulu Öndərə həsr olunmuş ilk akademik araşdırmadır. Geniş tərkibli mütəxəssis-müəlliflər heyəti tərəfindən yazılmış bu əsərdə dahi Heydər Əliyev şəxsiyyətinin ömür yolu dövrləşdirilir, hər bir dövrə dair arxiv materialları elmi dövriyyəyə daxil edilir, müvafiq elmi-nəzəri ümumiləşdirmələr aparılır. Əsər müasir mərhələdə Heydər Əıliyev inkişaf strategiyasının uğurlu davamı ilə yekunlaşdırılır. Əsərdə Ulu Öndərin nitqləri, çıxışları, arxiv materialları, ilk mənbələr və elmi ədəbiyyatdan istifadə edilmişdir. Əsər elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



18.06.2013 GÖRKƏMLİ ALMAN TARİXÇİSİ PROF. DR. İOHANNAS RAU TARİX İNSTİTUTUNDA AZƏRBAYCAN XALQINA QARŞI ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIMLARLA BAĞLI MƏRUZƏLƏRLƏ ÇIXIŞ EDƏCƏKDİR
19 iyun 2013-cü il tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasında Azərbaycan tarixinə dair “Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi”, “İslam və demokratiya. Ətraflı >>

GÖRKƏMLİ ALMAN TARİXÇİSİ PROF. DR. İOHANNAS RAU TARİX İNSTİTUTUNDA AZƏRBAYCAN XALQINA QARŞI ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIMLARLA BAĞLI MƏRUZƏLƏRLƏ ÇIXIŞ EDƏCƏKDİR


19 iyun 2013-cü il tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasında Azərbaycan tarixinə dair “Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi”, “İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)”, “Ermənistan və Azərbaycan arasında Dağlıq-Qarabağ münaqişəsi” kimi qiymətli tədqiqatların müəllifi görkəmli Alman tarixçisi İohannas Rau ilə görüş keçiriləcəkdir. Tarixçi-alim İohannas Rau Elmi Şurada Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzələrlə çıxış edəcəkdir. Alimin məruzəsindən sonra Tarix İnstitutunun yenicə çapdan çıxmış “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər” kitabının təqdimat mərasimi keçiriləcəkdir. Sonda Prof. Dr. İohannas Rauya Tarix İnstitutunun Fəxri Doktoru diplomu təqdim olunacaqdır.

Elmi Şura Azərbaycan Milli Elmlər Akademiyasının H.Cavid pr., 31 ünvanında yerləşən binasının ikinci mərtəbəsindəki kiçik zalında keçiriləcəkdir.



05.06.2013“İRƏVAN XANLIĞI” KİTABI İTALİYAN DİLİNDƏ NƏŞR OLUNACAQ
Azərbaycan Milli Elmlər akademiyası Tarix İnstitutu ilə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfirliyi arasındakı məsləhətləşmələr nəticəsində Ətraflı >>

“İRƏVAN XANLIĞI” KİTABI İTALİYAN DİLİNDƏ NƏŞR OLUNACAQ


Azərbaycan Milli Elmlər akademiyası Tarix İnstitutu ilə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfirliyi arasındakı məsləhətləşmələr nəticəsində, səfir Vaqif Sadıqovun köməkliyi ilə Tarix İnstitutunda hazırlanmış “İrəvan tarixi” kitabının italiyan dilinə tərcümə olunması üçün hazırlıq işləri başa çatmış və İtaliya tərəfi ilə institut arasında müvafiq müqavilə imzalanmışdır. Əsər tanınmış italyan tarixçiləri tərəfindən italiyan dilinə tərcümə ediləcək və Tarix İnstitutunun mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra İtaliyada nəşr olunacaqdır. Kitabın redaktəsi, kompüter qrafikası, maketinin hazırlanması, çapı, cildlənməsi, yayılması, daşınması, reklam edilməsi, eləcə də ingiliscədən tərcüməsi, redaktə və korrektəsi italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir. Kitabın internet şəbəkəsi ilə tanıdılması, Milan, Roma, Turin, Neapol və digər şəhərlərdə təqdimatının keçirilməsi də nəzərdə tutulur.



03.06.2013TARIX İNSTİTUTU DAHA BİR MÜKAFAT ALDI
Bu gün Azərbaycan Kazakları İcmasının Atamanı general-leytenant Mereşkin Viktor Vasilyeviç və polkovnik-leytenant Faiq Nuriyev Tarix İnstitutunda olmuşlar. Ətraflı >>

TARIX İNSTİTUTU DAHA BİR MÜKAFAT ALDI


Bu gün Azərbaycan Kazakları İcmasının Atamanı general-leytenant Mereşkin Viktor Vasilyeviç və polkovnik-leytenant Faiq Nuriyev Tarix İnstitutunda olmuşlar. Keçirilən görüş zamanı Azərbaycan-Kazak tarixi əlaqələrinə dair müzakirə açılmışdır. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan – Kazak dostluğundan, əlaqələrindən danışaraq bu barədə araşdırmaların aparılmasına böyük ehtiyacın olduğunu vurğuladı. Bu sahəyə dair müvafiq dissertasiya tədqiqatlarının da işlənilməsi qərara alındı.

Ataman Mereşkin Viktor Vasilyeviç Azərbaycanda kazakların fəaliyyətindən danışaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində kazaklar Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəklər. O, Yaqub Mahmudova Azərbaycan-Kazak əlaqələrinin inkişafında, Azərbaycanda kazakların tarixi ilə bağlı Lənkəranda abidə qoyulması ilə bağlı göstərilən dəstəyə görə təşəkkür etdi. Ataman Mereşkin Viktor Vasilyeviç institutun direktoru Yaqub Mahmudovun elmin inkişafına, kazaklarla əlaqələrin gücləndirilməsinə, kazakların tarixi, mədəni və vətənpərvərlik adət - ənənələrinin dirçəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Kazakları İcmasının “Ataman Anton Qolovatıy” adına ordeni ilə təltif olunması barədə məlumat verdi və göstərilən ordeni təqdim etdi. Yaqub Mahmudov qonağa kazakların tarixi problemləri ilə dərindən maraqlandığı və ordenə görə təşəkkür etdi. İnstitutun Elmi Şurası adından Azərbaycan Kazakları İcmasına “Azərbaycan Xalçaları: İrəvan qrupu” və “İrəvan xanlığı” kitabları hədiyyə edildi.



22.05.2013 TARİX İNSTİTUTU BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRƏCƏK
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu 2013-cü il may ayının 24-də Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə Ətraflı >>

TARİX İNSTİTUTU BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRƏCƏK


Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu 2013-cü il may ayının 24-də Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir. Konfransda yerli və xarici ölkələrin tarixçi alimləri məruzələrlə çıxış edəcəklər. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının H.Cavid pr. 31 ünvanında yerləşən binasının ikinci mərtəbəsindəki zalında keçiriləcəkdir. Konfrans öz işinə saat 11:00-da başlayacaqdır. Arzulayan şəxsləri konfransda iştiraka dəvət edirik.



15.05.13 YAQUB MAHMUDOV – AZƏRBAYCANIN MİLLİ MƏFKURƏLİ TARİXÇİSİ VƏ İCTİMAİ XADİMİDİR
Müasir dünyada elmi fikirlərin, mülahizələrin, ideyaların yayılması və təbliği indi artıq ənənəvi sayılan nəşr formasında monoqrafiya, məqalə, məruzə vasitələri ilə deyil, həm də daha çox elektron vasitələrlə mümkünləşir. Ətraflı >>

YAQUB MAHMUDOV – AZƏRBAYCANIN MİLLİ MƏFKURƏLİ TARİXÇİSİ VƏ İCTİMAİ XADİMİDİR


(Böhtan müəllifinə açıq məktub)

Müasir dünyada elmi fikirlərin, mülahizələrin, ideyaların yayılması və təbliği indi artıq ənənəvi sayılan nəşr formasında monoqrafiya, məqalə, məruzə vasitələri ilə deyil, həm də daha çox elektron vasitələrlə mümkünləşir. Bu, bir tərəfdən, elmi yeniliklərin ictimaiyyətə daha sürətlə çatdırılmasını təmin edirsə, digər tərəfdən, istənilən ideyanın, o cümlədən qərəzli fikrin, etnik və milli qaşıdurmalara, sosial gərginliyə dəstək verə biləcək mühakimənin də yayılmasına rəvac verir. Bu səbəbdən, müasir tarixçinin üzərinə daha böyük məsuliyyət düşür: təkcə məhdud sayda bir elmi dairə üçün deyil, milyonları ehtiva edən auditoriya üçün nəzərdə tutulmuş web-aləmdə obyektiv, siyasi və ideoloji yükü olmayan, qərəzsiz tarixi yaymaq və təbliğ etmək.

Azərbaycan uğrunda və Azərbaycançılıq adına elmi dairələrdə və beynəlxalq məclislərdə mücadilə Yaqub Mahmudovun bir tarixçi və bir vətəndaş olaraq taleyinə yazılmışdır. Amma son onilliklərdə bu mücadilənin yeni bir şaxəsi də yaranıb – web aləmdə həmfikirlərinin dəstəyilə yanaşı, «özümüzdən» və Rusiyadan, Ermənistandan, İrandan olan opponentlərinin güclü müqavimətinə qarşı mübarizə aparmaq.

Son bir neçə ildə İnternet saytlarında geniş yayılmış müxtəlif yazılarda, istər müsahibələrdə, istərsə də web-məqalələrdə bu opponentlərin görkəmli tarixçi Yaqub Mahmudova qarşı qısqanclıq, paxıllıq, qarayaxma xarakterli reaksiyaları artmışdır. Azərbaycanın əleyhinə işləyən qüvvələr görkəmli tarixçinin demək olar ki, hər addımını izləyir, Azərbaycan tarix elminin hər uğurunu qılınc-qalxanla qarşılayırlar. Çox təəssüf ki, ölkənin daxilində də onların səsinə səs verən qüvvələr yox deyil.

Bu reaksiyalar, bir tərəfdən, qonşu ölkələrin bəzi üzdəniraq elmi və ictimai dairələrinin, həmçinin ürəyi qısqanclıq və paxıllıqla yanan bəzi yerli “alimlər”imizin Azərbaycana və Azərbaycan tarixçisinə qarşı əsl simasını üzə çıxarır, digər tərəfdən, Azərbaycan tarix elminin böyük uğurlarını da təsbit edir.

Məsələn, təkcə elə ermənilərin Yaqub Mahmudovun yazılarına, elmi və ictimai fəaliyyətinə reaksiyasını, web-aləmdə əsl düşmənçilik hərəkətlərini təhlil etsək, bu yazdıqlarımızın həqiqiliyi ortaya çıxar. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Yaqub Mahmudov rəhbərlik etdiyi Tarix İnstitutunun əməkdaşları ilə birgə «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılması, təbiidir ki, ermənilərin ağlasığmaz kəskin reaksiyasına və Azərbaycan tarixi ilə bağlı yeni uydurmalarına, ən başlıcası, Yaqub Mahmudova qarşı böyük bir kampaniyanın başlanmasına səbəb olmuşdur. «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılmasını «həzm» edə bilməyən ermənilər öz İnternet-saytlarında Yaqub Mahmudovu «milli-şovinist» ruhlu tarixçi adlandırır, Şaumyana qarşı «faşist» yonlü kampaniya aparıldığını qeyd edir, Azərbaycan tarixçisinin bu fəaliyyətinin əslində bütün Azərbaycan dövlətçiliyi üçün səciyyəvi olan «məzarlıq» siyasətinin («кладбищенская политика») tərkib hissəsi olduğu haqqında fikirlər sayıqlayırlar.

Bu tip reaksiyalar ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər cinayətlər, o cümlədən 1918-ci ildəki soyqırımları ilə bağlı Yaqub Mahmudovun və onun məktəbinin apardığı digər araşdırmalara qarşı da davam etməkdədir. Yaqub Mahmudovun tədqiqatlarında Azərbaycanın tarixi torpaqlarının xüsusi yer tutması, «itirilmiş torpaqlar» konsepsiyası çərçivəsində İrəvanın, Təbrizin, Dərbəndin, Borçalının tarixinin yenidən və əhatəli tədqiqi də onun xaricdəki opponentlərinin qəzəbinə səbəb olmuşdur. Bir-birinin ardınca Ermənistanın, İranın, Rusiyanın, Dağıstanın, Gürcüstanın İnternet saytlarında Yaqub Mahmudova qarşı kampaniya yeni vüsət almışdır. Saytlarda yer alan qərəzli yazılarda həm görkəmli tarixçiyə, həm də Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı kəskin çıxışlar edilmiş, Azərbaycanın tarixi torpaqlarına iddialar bu dəfə də online şəkildə davam etdirilmişdir.

Qeyd edək ki, adları çəkilən ölkələrin saytlarında, həmçinin bəzi yerli saytlarda bu tipli yazılar böyük saydadır, lakin öz qərəzliliyi, elmə zidd fikirləri, açıq-aşkar «qarayaxmalar»ı ilə geniş auditoriya qazanması mümkünsüzdür. Yaqub Mahmudovun bir alim və ictimai xadim kimi fəaliyyətinə layiqli qiymət verən, obyektiv, qərəzsiz və doğru yazılarla zəngin saytlar on minlərlədir və təbii ki, oxucu auditoriyası da daha genişdir.

Əsl elm, əsl alim, əsl Tarix – qeyri-obyektivlikdən, qərəzdən, müxtəlif siyasi və şovinist təmayüllü mühakimələrdən çox-çox üstdədir və üstündür! Yaqub Mahmudov dünya tarixşünaslığına Azərbaycan tarix elminin uğurlarını yazdırmağı başarmışdır.

Biz Yaqub Mahmudovun opponentlərinə öz “dillərində”, yəni onların müxtəlif saytlara sızan məqalələri tipində - təhqirlərlə, iftiralarla, şəxsiyyəti alçaldan sözlərlə dolu yazı ilə cavab vermək istəmədik. Aşağıdakı yazıda biz Azərbaycan tarix elminin uğurlarını təsbit etməklə və Yaqub Mahmudovun Azərbaycan tarix elmindəki xidmətlərini göstərməklə, onun opponentlərinə Yaqub Mahmudovun adına layiq - əsl alim və vətəndaş qismində cavab veririk.

YAQUB MAHMUDOV – AZƏRBAYCANIN MİLLİ MƏFKURƏLİ TARİXÇİSİ VƏ İCTİMAİ XADİMİ

(Yaqub Mahmudovun “qısqanclıq” böhranı yaşayan opponentlərinə cavab)

Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Vahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi burdadır, - bir çox başqa alimlər Şəkinin yetirmələridir.

Heydər Əliyev

(Şəki Olimpiya İdman Kompleksinin açılış

mərasimində nitqindən – «Azərbaycan» qəzeti, 10.11.2002)

1. Müasir Azərbaycan tarix elminin inkişafında milli məfkurənin rolu

Azərbaycanda tarix elminin müasir mərhələdə inkişafı milli dövlətçilik ənənələrimizin bərpası, Azərbaycanın tarixi torpaqlarının bir hissəsində müstəqil Azərbaycan Respublikasının qurulması və milli məfkurənin formalaşması ilə sıx bağlıdır.

1980-ci illərin ortalarından etibarən Azərbaycanda milli hərəkatın genişlənməsi, milli qürurun, milli-mənəvi dəyərlərin yenidən böyük əhəmiyyət kəsb etməsi, milli tariximizə ictimai marağın artması Azərbaycan tarix elminin və Azərbaycan tarixçilərinin qarşısına böyük məsuliyyət qoymuş oldu. Bir tərəfdən, sovet hakimiyyəti dönəmindən marksist metodologiyasının ehkamlarına tabe etdirilmiş tarix elmini bu «buxovlardan» azad etmək, yəni elmi metodologiyanı dəyişmək lazım idi, digər tərəfdən, hələ XIX yüzilliyin başlanğıcından Rusiyanın tarix elminin, dəqiq desək, rus müstəmləkəçi-şovinist tarixçilərinin təsiri və diktəsi altında yazılmış TARİXİMİZİ yenidən yazmaq zərurətə çevrilmişdi.

İlk baxışdan, sadəcə zahiri xarakterli görünən bu məsələ, əslində, Azərbaycan tarixçisindən həm böyük erudisiya, həm də alim obyektivliyi tələb edirdi. Uzun illər tədqiqatları Rusiya hakimiyyəti tərəfindən həm ideoloji baxımdan, həm sırf elmi nöqteyi-nəzərindən məhdudlaşdırılan Azərbaycan tarixçisinin yanlış yol seçməyə, qeyri-elmi düşüncələrlə tarixi arqumentləşdirməyə ixtiyarı yox idi. Üstəlik, «millətçi», «pantürkist», «panislamist» damğası ilə «yüklənmiş» Azərbaycan tarixçisi indi bu «izmlər»dən əvvəlkindən daha artıq uzaq olmalı idi, çünki Vətənin tarixini hər hansı subyektiv məqamlarla «yükləmək» - bəzi «ruspərəst», «sovetpərəst» tədiqatçıların qınağına, «görürsünüz, Rusiya elmindən uzaqlaşmağımız nələrə gətirib çıxardı» tipli qərəzli fikirlərinə səbəb ola bilərdi. Müstəqil Azərbaycanın tarixçisi milli məfkurəli, amma hər hansı şovinist ruhda olmayan tədqiqatlar yazmalı idi.

Əslində, Azərbaycan tarixçisinin bu araşdırmaları birdən-birə yarana bilməzdi: çar və sovet Rusiyasının bütün məhdudiyyətlərinə və qadağalarına, müstəmləkəçi və marksist ideologiyanın ehkamlarına rəğmən, Azərbaycan tarixçisi iki yüzillik ərzində xeyli nailiyyətlərə də nail olmuşdu. Vətən tarixinin ən əhəmiyyətli hadisələrindən bir çoxu – hərbi tarixi, sosial-iqtisadi tarixi, mədəniyyət tarixi geniş şəkildə araşdırılmış, fundamental əsərlər yazılmışdı. Bu əsərlərin nəhəng mənbəşünaslıq bazası isə elmi aktuallığını indiyədək saxlamaqdadır.

Amma ideologiya, məfkurə elə bir sistemdir ki, onu digərilə əvəz etmək, hətta Vətənin və millətin xeyri naminə olsa belə, çətin qərardır. Musa peyğəmbərin yüzilliklər boyu kölə vəziyyətində yaşamış xalqını azadlığa çıxarması üçün onu 40 il Kənan ətrafında dolandırması lazım olduğu kimi, milli yöndə tədqiqatlar aparmağa hazır olan tarixçi üçün də ZAMAN gərək idi. Amma torpaqlarının bir hissəsi Ermənistanın işğalı altında olan, qonşuları tərəfindən təkcə torpaq iddiaları ilə deyil, TARİXİNƏ olan iddialarla da təkbətək qalan Azərbaycanın tarixçisinin bu zamandan yararlanmaq «imtiyazı» yox idi.

Sovet dövrünün qadağalarına rəğmən milli ruha xəyanət etməyən, alim obyektivliyini qoruyub saxlayan tarixçilərimiz bütün bu «ağırlığı» öz üzərilərinə götürməyə hazır idilər. Belə tarixçilərdən biri və birincisi Yaqub Mahmudov oldu. 1980-ci illərin sonunda Yaqub Mahmudovun dekan olduğu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsi Azərbaycan milli məfkurəsinin formalaşdığı mərkəzlərdən birinə çevrildi. Ətrafında toplanan davamçıları və tələbələri müəllimindən onilliklər boyu yığılıb qalmış suallara cavab istəyirdi: Azərbaycan gəncləri öz TARİXİ üçün narahat idi və ən böyük yardımçıları da vətəndaş ömrü və alim fəaliyyəti boyu ZAMANA tabe olmayan milli məfkurəli Yaqub Mahmudov idi.

Yaqub Mahmudov tarixçi gənclərə, davamçılarına və tərəfdarlarına millətini sevmək, amma elmə xəyanət etməmək prinsipini aşılayırdı. Bu isə yalançı «vətənpərvərlik», populist yazılarla və fikirlərlə gəncləri zəhərləyən, milli məfkurəyə - Azərbaycançılıq ideyasına deyil, şovinist düşüncələrə yol açan üzdəniraq alimlərin xoşuna gələ bilməzdi. Ona görə də 1980-ci illərin sonunda Tarix fakültəsi sözün əsl mənasında ideyaların mübarizəsi mərkəzinə və meydanına çevrilmişdi.

Müstəqilliyinin ilk illərində siyasi, ictimai və iqtisadi həyatında sonu görünməyən bir xaos yaşayan Azərbaycanda elmin də bu mərhələni yaşaması təəccüblü deyil: vətəndaş həmrəyliyinə nail olunmadıqca, milli məfkurə dövlətin rəsmi ideologiyasına çevrilmədikcə, Tarix elmi də bu «dalğa»da üzməli olurdu.

1993-cü il - müasir Azərbaycanın tarixində dönüş nöqtəsi oldu: siyasi sabitlik, iqtisadi dirçəliş, vətəndaş həmrəyliyi, beynəlxalq aləmdə nüfuzun bərpası və yüksəlməsi Azərbaycan alimi üçün də zəruri sabitliyi yaratmış oldu.

Çox qısa bir zaman kəsiyində Azərbaycan tarix elmi obyektivliyə, tərəqqiyə və milli məfkurəyə dayaqlanan nəzəri və praktiki istiqamətini müəyyən etdi və Yaqub Mahmudov məktəbi bu istiqamətin müəyyən edilməsində əvəzsiz xidmət göstərdi.

2. Yaqub Mahmudov Azərbaycan tarix elminin təşkilatçısı kimi

Yaqub Mikayıl oğlu Mahmudov Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, məşhur ortaəsrşünas və böyük bir elmi məktəbin banisidir. Qeyri-adi istedadı və geniş erudisiyası Yaqub Mahmudova Azərbaycan və ümumdunya tarixinin ən müxtəlif sahələri üzrə nəhəng sayda elmi əsərlər yazmağa imkan vermişdir.

Azərbaycanın orta əsr dövlətlərinin tarixi, ölkənin Avropa-Asiya əlaqələrində yeri və rolu, Azərbaycan xalqının mədəni irsi, onun təşəkkülündə rol oynamış dövlətçilik ənənələri və s. məsələlər hələ keçən yüzilliyin əvvəllərindən başlayaraq rus, daha sonra sovet şərqşünasları, həmçinin Azərbaycan tarixçiləri - Sara Aşurbəyli, Məhəmməd Şərifli, Ziya Bünyadov, Ədhəm Şahmalıyev tərəfindən bu və ya digər səpkilərdə araşdırılmış, ərəb, fars, türk mənbələrinin araşdırılması sayəsində Azərbaycan tarixinin aktual problemləri ortaya çıxarılmışdır. Bütün bu tədqiqatlar kompleks şəkildə Yaqub Mahmudovun elmi yaradıcılığının çoxşaxəli istiqamətlərini müəyyən etmiş, adı çəkilən alimlərin ayrı-ayrılıqda araşdırdıqları elmi problemlər Yaqub Mahmudovun tədqiqatlarının vahid obyektinə çevrilmişdir. Başqa sözlə desək, Yaqub Mahmudov tarix elmində Azərbaycan tarixinin ən mühüm mərhələlərinin və istiqamətlərinin vahid elmi problem halında araşdırılmasının əsasını qoymuşdur.

Hələ 1960-cı illərin əvvəllərindən etibarən Yaqub Mahmudovun Azərbaycan tarix elmi üçün xüsusi əhəmiyyət kəsb edən diplomatiya tariximizlə bağlı tədqiqatları çap olunmağa başlayır. Həm Vətən, həm də ümumdünya tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ilə siyasi-diplomatik və iqtisadi-ticarət əlaqələrini kompleks tədqiq edən tarixçi ümumilikdə Şərq-Qərb münasibətlərini araşdırır. Bu tədqiqatlar Avropa-Asiya əlaqələrinin tarixi köklərini, siyasi və iqtisadi zəminini müəyyən etməklə dünya tarixşünaslığı üçün də elmi dəyər kəsb edir.

Avropa mənbələrinin materialları əsasında Yaqub Mahmudov Böyük Coğrafi kəşflər ərəfəsində və dövründə beynəlxalq münasibətlərdə təkcə Avropa ölkələrinin və Osmanlı imperiyasının deyil, Azərbaycanın da aparıcı qüvvə olduğunu, hətta bir çox hallarda müəyyənedici rol oynadığını üzə çıxarmış, Azərbaycanın bu dövrdə periferiya deyil, dünyanın diplomatik və iqtisadi mərkəzi olduğunu sübut edə bilmişdir. Bu, sovet elmində marksist metodologiyanın hökmran olduğu bir vaxtda təkcə tarixçi deyil, həm də vətəndaş üçün çox cəsarətli addım idi.

Sovet və təəssüf ki, təkcə sovet deyil, dünya tarixçilərinin də Şərqi ikinci dərəcəli, Asiya İstehsal Üsulunun hökmran olduğu cəmiyyət kimi təqdim etdiyi bir vaxtda, Yaqub Mahmudov «Odlar Yurduna səyahət», «Səyyahlar, kəşflər, Azərbaycan», «Səyyahlar Azərbaycana gəlir», «Səyyahlar Azərbaycan haqqında» adlı əsərlərində antik dövrdən bu yana Avropa səyyahlarının, tacirlərinin, diplomatlarının, missionerlərinin Azərbaycana marağının səbəblərini araşdırır, Azərbaycan-Avropa əlaqələrinin zəminini göstərir, bu ölkənin Avrasiyanın mərkəzi olduğunu tutarlı dəlillərlə sübut edirdi. Bu əsərlərdə Yaqub Mahmudov «İslam dünyası» anlayışını işlətməkdən nəinki çəkinmir, üstəlik, bu dünyanın elm və mədəniyyət sahəsindəki uğurlarından ətraflı yazırdı. Yaqub Mahmudov Avropanın XV-XVI yüzilliklərdə yaşamağa başladığı dirçəlişin köklərini Şərqlə bağlayır, «İslam Atlası»nın, əl-Biruninin vahid dünya okeanı nəzəriyyəsinin əhəmiyyətini, heliosentrik nəzəriyyənin Kopernikdən 500 il əvvəl müsəlman alimləri tərəfindən irəli sürüldüyünün vacibliyini xüsusi vurğulayırdı.

Yaqub Mahmudovun tədqiqatlarında sovet elmi üçün görünməmiş və «həzm edilməsi» asan olmayan daha bir ciddi addım – tarixçinin Osmanlı imperiyasının xarici siyasəti ilə bağlı düşüncələri idi. Osmanlı imperiyasını Avropa üçün «təbii düşmən» sayan avropasentristlər Qərbi Avropa ölkələrinin, o cümlədən, Macarıstanın, Venesiyanın, Habsburqların, Papa dövlətinin antiosman tədbirlərini osmanlı fəthləri qarşısında məcburi atılan addımlar kimi təqdim edirdilər. Yaqub Mahmudov Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin birləşmək cəhdlərində və antiosman ittifaqlarının yaranmasında bu amillə yanaşı, adları çəkilən dövlətlərin özlərinin də işğalcı ruhunun, Şərqdə bacardıqca daha çox torpaq və imtiyaz əldə etmək planlarının, müstəmləkə siyasətinin aparıcı amil olduğunu sübut edə bilmiş, tarix elmində hökmran olan ənənəvi fikri alt-üst etmişdir.

Qeyd olunan tədqiqatların daha bir vacib cəhəti, əlbəttə ki, dövlətçilik tariximizin böyük bir mərhələsinin öyrənilməsi və təbliği ilə bağlıdır. Müstəqillik qazanandan sonra tarix elmimizin də sovet buxovlarından azad olduğu bir şəraitdə dövlətçilik tarixini araşdırmaq xeyli asanlaşmışdır. İndi tarixçilərin qarşısında heç bir ideoloji məhdudiyyət yoxdur və bu məsələləri araşdırmaq da çətin deyil. Amma biz Yaqub Mahmudovun dövlətçilik tariximizi araşdırğı XX yüzilliyin 60-70-ci və hətta 80-ci illərindən danışırıq. Hər hansı milli ənənəni rədd edən, milli ruhu tanımayan, siyasi inkişafda yalnız Rusiya dövlətçiliyini nümunə olaraq götürən sovet tarix elmi üçün bu əsl «dissident yazıları» idi. Yaqub Mahmudov isə hər şeyə rəğmən, Azərbaycan diplomatlarından və dövlət xadimlərindən – Uzun Həsəndən, Sara Xatundan, Azərbaycan milli dövlətçiliyinin əsasını qoymuş (sovet elmində K.Marksın təbirilə «işğalçı» olaraq tanınan) Şah İsmayıl Xətaidən, Avropa dövlətlərini bir-birinə qarşı qoymağı bacarmış Böyük Abbasdan, Hüseynəli bəy Bayatdan və onun «Böyük Elçiliyi»ndən yazırdı.

Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinə verdiyi böyük töhfə apardığı milli ruhda yazılmış və milli dövlətçiliyimizə xidmət edən araşdırmalarla bitmir; bu tarixin öyrənilməsini koordinasiya etmək onun xidmətlərinin başında gəlir. Azərbaycan tarixçisi Kərim Şükürovun qeyd etdiyi kimi, «Tarixin xalq və dövlət qarşısında ən mühüm vəzifələrindən biri də dövrün – zamanın çağırışına cavab verməsidir, Yaqub Mahmudov isə bu çağırışlara cavabların müəllifi və təşkilatçısıdır». Görünür, buna görə Yaqub Mahmudov elmi və ictimai fəaliyyətinin elə ilk illərindən təqiblər və haqsızlıqlarla üzləşmiş, onlara boyun əymərək mücadiləsini davam etdirmişdir.

Yaqub Mahmudov 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) əla qiymətlərlə bitirir və Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə orta əsrlər tarixi ixtisası üzrə aspiranturada saxlanılır. Həmin vaxtdan da görkəmli ortaəsrşünas alim professor Ə.M.Şahmalıyevin rəhbərliyi ilə orta əsr Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri problemi ətrafında elmi axtarışlara başlayır. 1966-cı ildə aspiranturanı müvəffəqiyyətlə başa vuran Yaqub Mahmudov XV əsrin ikinci yarısında Azərbaycan Ağqoyunlu dövlətinin Venesiya ilə əlaqələrinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edir. Alimin o vaxtadək tədqiqatçılara məlum olmayan bir çox yeni mənbələr əsasında XV əsrdə Azərbaycanın Qərbi Avropa dövlətləri ilə geniş ticarət və diplomatik əlaqələr saxladığını ilk dəfə olaraq aşkara çıxaran, o cümlədən Azərbaycanın böyük dövlət xadimi, görkəmli sərkərdə Uzun Həsənin, məşhur diplomat Sara Xatunun həyat və fəaliyyətini bütövlükdə elm aləminə məlum edən bu elmi tədqiqatına görə Tarix fakültəsinin Elmi Şurası ona, yekdilliklə, birbaşa tarix elmləri doktoru elmi dərəcəsi verməyi qərara alır. Lakin Tarix fakültəsi Elmi şurasının bu qərarını şura üzvü olmayan, həm də orta əsrlər tarixi mütəxəssisi olmayan bəzi tarixçilər qısqanclıqla qarşılayır. Onların təzyiqi ilə Yaqub Mahmudova tarix elmləri doktoru emi dərəcəsi verilməsi haqqında qərar Universitetin Böyük Elmi Şurasında təsdiq olunmur.

Bunun ardınca Yaqub Mahmudova qarşı daha bir haqsızlıq edilir. Uğurlu müdafiəsinə və gənc mütəxəssis olmasına baxmayaraq, Yaqub Mahmudova Universitetdə iş verilmir. O, doğma təhsil ocağından uzaqlaşmağa məcbur olur.

Universitetdən ayrı salındıqdan sonra Yaqub Mahmudov 1966-cı ildə Azərbaycanın xalq şairi Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Sovet Ensiklopediyasında Tarix redaksiyasının elmi redaktoru kimi fəaliyyətə başlayır.

Əslində Yaqub Mahmudovun Azərbaycan tarix elminə koordinatorluğu – ona milli təəssübküşlik nöqteyi-nəzərindən yanaşması, dövlətçilik tariximizi araşdırmaq üçün müvafiq qurumları və alimləri səfərbər etməsi onun məktəbinin formalaşdığı dövrlə üst-üstə düşür və 1960-cı illərin ortalarından - Azərbaycan Sovet Ensiklopediyasında fəaliyyətə başladığı dövrdən götürülməlidir.

Ensiklopediya illəri (1966-1975) - qaynar redaksiya fəaliyyəti, ilk milli ensiklopediya sözlüklərinin yaradılması, gecəli-gündüzlü axtarışlar, elmi müzakirə və polemikalar, Ensiklopediyanın Baş redaksiyasında Rəsul Rzanın yaratdığı milli dirçəliş və xalq azadlıq ideyaları mühiti gənc alimin həyatında mühüm rol oynayır. O zaman - XX yüzilliyin 60-cı illərində Azərbaycanın əsas milli oyanış mərkəzlərindən biri olan Ensiklopediyada Yaqub Mahmudov sözün həqiqi mənasında milli təəssübkeşlik məktəbi keçir.

1971-ci il martın 24-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK Bürosu iclasının qərarı ilə Yaqub Mahmudov Azərbaycan Sovet Ensiklopediyasına baş redaktorun müavini göndərilir. Azərbaycanın rəhbəri Heydər Əliyev tərəfindən ona həvalə edlmiş bu vəzifədə Yaqub Mahmudov, bir tərəfdən Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası və başqa sahələrə dair ilk milli ensiklopediya sözlüklərinin, məqalələrinin hazırlanması işinə başçılıq edir, digər tərəfdən isə xalq şairi, Ensiklopediyanın baş redaktoru Rəsul Rzanın həlledici köməyi ilə, ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanmasına və Kiyev şəhərində çap edilməsinə nail olur. Nəticədə, 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası tərəfindən «Azərbaycan SSR xəritələri» atlası (Azərbaycan və rus dillərində) nəşr olunur. Atlasa Azərbaycanın qədim tarixinə aid iki xəritə («Azərbaycan və qonşu vilayətlər e.ə. I minillikdə» və «Azərbaycan e.ə. I – e. I əsrində»), orta əsrlər tarixinə aid 6 (o cümlədən Sacilər, Eldənizlər, Şirvanşahlar, Qaraqoyunlular və Ağqoyunlular, Səfəvilər dövlətləri ilə bağlı), yeni və müasir dövrə aid 4 xəritə də daxil edilir. «Azərbaycan SSR-dən kənarda yaşayan azərbaycanlılar» adlı xəritə isə sovet dönəmi üçün görünməmiş yenilik idi. O zaman SSRİ-nin, demək olar ki, bütün xəritə fabriklərinin ermənilərin inhisarında olduğu şəraitdə gənc alimin böyük əmək sərf etdiyi həmin atlasın işıq üzü görməsi ensiklopediyaçıların böyük qələbəsi olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan elminin çox mühüm uğuru idi.

1980-ci illərdə Yaqub Mahmudov bu xəritələrin yenidən nəşri üçün çox mübarizə aparmalı oldu: 1989-cu ilin oktyabrında tarix fakültəsinin dekanı olarkən Yaqub Mahmudov müxtəlif respublikaların görkəmli tarixçilərini, o cümlədən Ümumittifaq Tədris-Metodika Birliyi Rəyasət Heyətinin üzvlərini də Bakıya dəvət edərək, həmin qurumun növbəti iclasının Universitetin tarix fakültəsində keçirilməsinə nail oldu. Gündəliyə Azərbaycanın tarixi atlasının yenidən və mükəmməl nəşri məsələsi qoyuldu. Bu iclasda Azərbaycanın tarixi atlasının nəşri məsələsi yekdilliklə qəbul olundu. Lakin buna baxmayaraq, əvvəllər «Moskvadan icazəsiz xəritə buraxa bilmərik» cavabı ilə üzləşən Yaqub Mahmudova bu dəfə də özümüzünkülər mane oldu və atlas yenə nəşr olunmadı. 1994-cü ildə isə «Azərbaycan tarixi xəritləri»ni nəşr etdirən «yeni ensiklopediyaçılar» onun əməyinə sahib çıxdı. Qeyd edək ki, 2007-ci ildə, artıq AMEA Tarix İnstitutunun direktoru kimi Yaqub Mahmudov «Azərbaycan Tarixi Atlası»nın yenidən işlənmiş nəşrinə nail oldu.

Bəhs olunan dövrdə Yaqub Mahmudov, Ensiklopediyada işləməklə yanaşı, elmi-pedaqoji fəaliyyətini də davam etdirir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ümumi tarix kafedrasına baş müəllim dəvət olunur. Burada orta əsrlər tarixini tədris edir, proqramlar, tədris-metodiki vəsaitlər çap etdirir, dosent elmi adına layiq görülür. Bütün bunlarla yanaşı, o, həmin dövrdə Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələri problemi üzərində tədqiqatlarını daha da genişləndirir. 1972-ci ildə Yaqub Mahmudovun «Öyrənilməmiş səhifələr», 1977-ci ildə «Səyyahlar Azərbaycana gəlir», 1980-ci ildə «Odlar yurduna səyahət», 1985-ci ildə «Səyyahlar, kəşflər, Azərbaycan» kitabları işıq üzü görür. Alimin bu əsərləri elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanır. Yeri gəlmişkən, müəllif özünün bu əsərləri ilə Azərbaycan tarixşünaslığında tarixi keçmişin, real tarixi həqiqətlərin elmi-populyar kitablar vasitəsi ilə təbliği kimi mühüm bir istiqamətin də əsasını qoyur.

Yaqub Mahmudov 1981-ci ildə, ona tələbəlik və aspirantura illərində arxa-dayaq durmuş professor M.H.Orucovun dəfələrlə təkid göstərməsini nəzərə alaraq, yenidən doğma Universitetə qayıdır. Universitetə qayıdış – 1980-ci illər böyük uğurlarla zəngin olsa da, həm də Yaqub Mahmudovun ən çox təqibə məruz qaldığı dönəmdir.

Yaqb Mahmudov Bakı Dövlət Universitetində yenicə açılmış Qədim dünya və orta əsrlər tarixi kafedrasında fəaliyyətə başlayır. Professor M.H.Orucovun dünyasını dəyişməsi ilə bağlı bir müddət Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra edir. Lakin həmin dövrdə qədim dünya və orta əsrlər tarixi üzrə yeganə mütəxəssis olan Yaqub Mahmudova kafedra müdiri seçkiləri zamanı növbəti zərbə vurulur. Sovet dövrü tarixinin tədqiqatçılarından biri Qədim dünya və orta əsrlər tarixi kafedrasına müdir «seçilir».

Bununla belə, Universitet rəhbərliyi o zaman Universitetin ən nüfuzlu fakültələrindən biri olan Tarix fakültəsinin elmi-pedaqoji heyətində baş alıb gedən intriqaları, dedi-qoduları aradan qaldırmaq, tədris intizamını yüksəltmək üçün Yaqub Mahmudovun elmi-təşkilatçılıq bacarığından istifadə etmək qərarına gəlir. O, 1985-ci ildə Tarix fakültəsinə əyani, qiyabi və axşam şöbələri üzrə dekan müavini təyin edilir. 1986-cı ildə isə dekan seçilir, 1990-cı ilədək bu vəzifədə fəaliyyətini davam etdirir.

1985-1990-cı illər Yaqub Mahmudovun elmi-pedaqoji fəaliyyətinin ən qaynar illəridir. O, bu dövrdə «Səyyahlar, kəşflər, Azərbaycan» (1985), «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri» (1986), ali məktəblərin tarix fakültələrinin tələbələri üçün «Orta əsrlər tarixi» (1990) kitablarını nəşr etdirir, ali və orta məktəblər üçün «Orta əsrlər tarixi» dərsliyini (1988) Azərbaycan dilinə tərcümə edir.

Öz haqlı elmi mövqeyindən dönməyən alim, nəhayət, 1989-cu ildə Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Moskva Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Leninqrad Universiteti (indiki Sankt-Peterburq Universiteti) alimlərinin yüksək qiymətləndirdiyi bu əsərə görə Yaqub Mahmudova tarix elmləri doktoru alimlik elmi dərəcəsi verilir. Azərbaycan aliminin bu tədqiqatı, eyni zamanda, Moskva Dövlət Universiteti Orta əsrlər tarixi kafedrasının qərarı ilə çapa layiq görülür.

Bununla, Yaqub Mahmudovun uzun və gərgin axtarışlarının nəticələri - Azərbaycan dövlətlərinin XV-XVI əsrlərdə Yaxın və Orta Şərq ölkələri ilə Qərbi Avropa dövlətlərinin beynəlxalq münasibətlərində həlledici rol oynaması barədəki mühüm elmi ümumiləşdirmələri, aşkar etdiyi çoxsaylı faktlar, Azərbaycanın diplomatiya tarixinə gətirdiyi yeniliklər Moskva və Leninqradın aparıcı elmi-tədqiqat müəssisələri, o cümlədən görkəmli şərqşünas alimləri tərəfindən təsdiqlənir. Bu mühüm uğur, həm də, alimin doğma Vətəndə qısqanclıq və təqiblərlə qarşılanmış prinsipial elmi yeniliklərinin Moskva və Leninqradın görkəmli alimləri tərəfindən qəbul olunması demək idi.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etdiyi 1985-1990-cı illərdə Yaqub Mahmudov, elmi yaradıcılıqla yanaşı, səriştəli elm və tədris təşkilatçısı kimi tarixçi kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi, tarix elminin tədrisinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi üçün geniş miqyaslı fəaliyyət göstərir və respublikanın kütləvi informasiya vasitələrində konkret təkliflərlə çıxış edir. Həmin dövrdə onun təşəbbüsü və səyi ilə universitetin Tarix fakültəsində «tarixçi-şərqşünas», «beynəlxalq münasibətlər tarixi», «sosiologiya», «psixologiya», «etnopsixologiya», «etnososiologiya» və başqa yeni ixtisaslar açılır, tələbə qəbulu artırılır. Azərbaycanın Maddi Mədəniyyət Tarixi, Tarixi Tədqiqatlarda Riyazi Üsullar, Tarixi Demoqrafiya kimi yeni laboratoriyalar açılır, tələbə arxeoloji ekspedisiyaları yaradılır, rayonlarda arxeoloji qazıntı işlərinə başlanır, «Azərbaycan tarixi» fənninin saatları artırılır, Tarix fakültəsində xarici dillərin tədrisinə diqqət yetirilir, türk, ərəb, fars qrupları yaradılır, qədim türk dillərinin, folklorunun tədrisinə başlanılır. Onun təşəbbüsü ilə Respublika Tarix Litseyi açılır, tarix ixtisası üzrə respublika olimpiadaları keçirilir, «Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği üzrə» Dövlət və Hökumət proqramları hazırlanır.

Azərbaycan tarix elminin gələcəyini təmin etmək, nadir ixtisaslar üzrə yüksək ixtisaslı tarixçi kadrlar yetişdirmək məqsədilə fakültənin əlaçı tələbələrinin təhsillərini davam etdirmək üçün Moskva, Leninqrad universitetlərinə və SSRİ-nin başqa qa-baqcıl ali məktəblərinə göndərilməsi daha məqsədyönlü xarakter alır və genişləndirilir. Aspiranturaya diqqət artırılır. Yeri gəlmişkən, Yaqub Mahmudovun həmin illərdə respublikadan kənara təhsil almağa göndərdiyi tələbələri içərisində hazırda ölkənin ali dövlət strukturlarında çalışanlar da az deyil.

1989-cu ilin payızında Bakı Dövlət Universiteti Tarix fakültəsinin 70 illiyi Moskva, Leninqrad, Kiyev, Minsk, Daşkənd, Alma-Ata, Aşqabad, Tbilisi və başqa universitetlərin tarixçi alimlərinin iştirakı ilə İttifaq səviyyəsində qeyd olunur. Tarix fakültəsinin beynəlxalq əlaqələri daha da genişlənir. Türkiyə Cümhuriyyətinin Atatürk Universiteti ilə qarşılıqlı tədris və elmi əməkdaşlıq barədə razılıq əldə olunur, xarici ölkələrin görkəmli alimləri mühazirələr oxumaq üçün Tarix fakültəsinə dəvət olunur. Bu dövrdən başlayaraq alimin özü də xarici ölkələrə dəvət olunur. 1990-cı ildə Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən Millətlərarası I Azərbaycan Konqresində onun «Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan» mövzusunda məruzəsi ən yaxşı akademik məruzə kimi birinci yeri tutmuş və yüksək mükafata layiq görülmüşdür.

Yaqub Mahmudov 1988-1990-cı illərdə Azərbaycan xalqının milli-istiqlaliyyət mübarizəsində fəal iştirak edir. BDU-nun onun dekanı olduğu Tarix fakültəsi xalq azadlıq hərəkatının ən mühüm mərkəzlərindən birinə çevrilir. Qarabağ barədə tarixi həqiqəti dünya ölkələri və xalqlarına çatdırmaq üçün fakültədə xüsusi elmi qərargah yaradılır, müxtəlif mövzularda elmi arayışlar hazırlanır və operativ olaraq lazımi instansiyalara, ayrı-ayrı müttəfiq respublikalara, idarə və təşkilatlara, elm və tədris müəssisələrinə, xarici ölkələrə göndərilir. Tarix fakültəsinin Elmi Şurası bu dövrdə fakültə dekanı Yaqub Mahmudovun sədrliyi ilə Universitetin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə o dövr üçün çox cəsarətli qərar çıxarır və bu barədə rektorluq qarşısında məsələ qaldırır. Nəticədə ədalət bərqərar olunaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 1919-cu ildə olduğu kimi yenidən Bakı Dövlət Universiteti adlandırılır. Bundan başqa, alim tez-tez cəbhə bölgələrinə - Xocalı, Şuşa, Ağdam, Laçın, Kərkicahan, Xankəndi, Meşəli, Cəmilli, Köhnə kənd, Qubadlı, Horadiz, Böyük Bəhmənli, Bala Bəhmənli, Füzuli və başqa döyüş məntəqələrinə gedir, gəncləri qəhrəmanlığa ruhlandırır. O, eyni zamanda, tez-tez mətbuat səhifələrində real vəziyyəti əks etdirən yazılarla çıxış edir, Vətənin müdafiəsi üçün konkret təkliflər irəli sürür.

Yaqub Mahmudova qarşı 1989-1992-ci illərdə təqiblər böyük miqyas alır. Belə ki, 1990-cı ilin noyabrında Yaqub Mahmudov növbəti haqsızlıqla üzləşir. Alim Universitet Elmi Şurasında Milli Azadlıq Hərəkatının fəalları olan bir qrup tarixçi tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına mane olur. Tarix fakültəsinin dekanının bu addımı respublika və ittifaq miqyasında əks-səda doğurur. Hakimiyyətdə olan rejimin yaxın adamları bundan dərhal istifadə edirlər. Alimin dekan kimi fəaliyyət göstərməsinə əngəl törədirlər. Yaranmış dözülməz şəraitdə Yaqub Mahmudov Tarix fakültəsinin dekanı vəzifəsindən istefa verməyə məcbur olur. Başladığı işlər yarımçıq qalır. Tarix fakültəsində həyata keçirmiş olduğu islahatların nəticələri də aradan qaldırılır. Onun açdığı yeni ixtisaslar, Respublika Tarix Litseyi, Tarixi Demoqrafiya laboratoriyası bağlanır. Fakültəyə tələbə qəbulu kəskin surətdə azaldılır. Tarix fakültəsi parçalanaraq onun əsasında bir sıra yeni fakültələr, kafedralar açılır.

Bütün bunlara baxmayaraq, zəhmətkeş alim keçirdiyi ağır mənəvi sarsıntı və təqiblər şəraitində öz elmi-pedaqoji fəaliyyətini davam etdirir. Ona görə də Universitet rəhbərliyi alimin elmi nüfuzu və universitetdə böyük hörmətə malik olması ilə hesablaşmağa məcbur olur. O, 1991-ci ildə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri seçilir. Elə həmin ildə Yaqub Mahmudov özünün «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)» adlı fundamental tədqiqat işini nəşr etdirir.

Bütün təqiblərə baxmayaraq, bu illərdə Yaqub Mahmudov müstəqil Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində fəal iştirak edir. Xalq Təhsili Nazirliyi kollegiyasının qərarı ilə o, Azərbaycan Respublikasının Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edir. Onun başçılığı və bilavasitə əməyi ilə qabaqcıl dünya standartlarına uyğun olan yeni təhsil sisteminin əsasları hazırlanır. Konsepsiya və Qanun layihələri ölkənin bütün aparıcı informasiya vasitələrində dərc olunur, əhalinin, o cümlədən respublika təhsil sistemi işçilərinin geniş müzakirəsindən keçir və bəyənilir. Bununla belə, özlərinin məhdud şəxsi mənafelərindən çıxış edən müəyyən qüvvələr Qanunun qəbul olunmasına kəskin mü-qavimət göstərir, məqsədələrinə çatmaq üçün onun dəfələrlə və təkrar-təkrar müxtəlif səviyyələrdə müzakirə olunmasına, hətta Milli Məclisdə qəbul olunduqdan sonra «ve-to» qoyulmasına nail olurlar. Bütün bunlara baxmayaraq, Yaqub Mahmudovun təqdimatı ilə Milli Məclis, olduqca gərgin keçən müzakirələrdən sonra, 1992-ci ilin dekabrında «Azərbaycan Respublikasının Təhsil Qanunu»nu qəbul edir. Bununla müstəqil Azərbaycanın yeni təhsil sisteminin əsası qoyulur. Ali məktəblərdə təhsilin bakalavr və magistratura mərhələləri fəaliyyətə başlayır. Bununla belə, yeni qanunun qəbul olumasından dərhal sonra Təhsil Nazirliyində rəhbərliyi ələ keçirən qüvvələr bütün bunların müqabilində alimin əməyini nəinki qiymətləndirmir, əksinə onu Təsil Nazirliyində başçılıq etdiyi tarix elmləri üzrə elmi-metodiki komissiyanın sədrliyindən belə uzaqlaşdırırlar.

Həmin dövrdə o, bir müddət Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini işləyir. Alimə qarşı təzyiqlər davam etdirilir və o, bu vəzifədən də uzaqlaşdırılır.

Yaqub Mahmudovun 1992-ci ildə yaşadığı bu ağır günlərində Azərbaycan ensiklopediyaçıları alimə mənəvi dayaq dururlar. Onlar Yaqub Mahmudovun, vaxtı ilə yaradılmasına böyük əmək sərf etdiyi Azərbaycan Ensiklopediyasına Baş redaktor təyin olunmasını tələb edirlər. Ensiklopediyaçıların uzunsürən – aylarla davam edən tətili nəticəsində Azərbaycanın o zamankı rəhbərliyi 1992-ci ilin oktyabrında onun «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyinə baş direktor təyin edilməsinə razılıq verməyə məcbur olur. Lakin ona bu vəzifədə də işləmək imkanı verilmir.

Bütün bu ağır təqiblər şəraitində də Yaqub Mahmudov özünün cəsarətli çıxışları, o cümlədən publisistik yazıları ilə Azərbaycanı milli fəlakət həddinə çatdıran qüvvələrə qarşı səsini qaldırır, cəbhə bölgələrinə gedir, Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində iştirak edir, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olur, ölkə daxilindəki irticanın və xarici düşmənlərin Azərbaycanı bir dövlət kimi parçalayıb yox etmək planlarına qarşı qətiyyətlə çıxış edir, ziyalı borcunu yerinə yetirərək Vətəndaş müharibəsinin başlanmaqda olduğu və ilk qanlar axıdıldığı Navahı kəndinə gedir, qarşıduran qüvvələri barışığa çağırır, nicat yolunu təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə qaytarılmasında görür, öz mövqeyini mətbuat səhifələrində cəsarətlə açıqlayır, vətəndaş qarşıdurması və qardaş qanı axıdılmasına qarşı müstəqil ziyalı mövqeyindən çıxış edir, həyatını təhlükə qarşısında qoyaraq ən qorxulu silahlı qarşıdurma yerlərinə gedib öz ziyalılıq borcunu yerinə yetirir, prezidentliyə namizəd Heydər Əliyevin Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündə xalq təhsili sistemi işçiləri adından çıxış edir. Yaqub Mahmudov «Səs» qəzetində (1992-ci il, 24 və 31 dekabr sayları) Yeni Azərbaycan Partiyası və onun lideri Heydər Əliyevin müdafiəsinə qalxır və Azərbaycanın dirçəlişinin yalnız Heydər Əliyevlə bağlı olduğunu xalqa bəyan edir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə təkrar qayıtması ilə hələ 1990-cı ildə dekan vəzifəsindən uzaqlaşdırılmış Yaqub Mahmudovun bu vəzifəyə bərpası mümkün olur. Məhz Heydər Əliyev «böyük tarixçi» adlandırdığı Yaqub Mahmudovun 1994-cü ilin əvvəlində BDU Tarix fakültəsinin dekanı vəzifəsinə qayıtmasına imkan yaradır. Yaqub Mahmudov, vaxtı ilə onun gərgin əməyi sayəsində yaranmış elmi-pedaqoji mühitin pozulduğu və əməkdaşlar arasında açıq qarşıdurma yarandığı şəraitdə, yenidən - ikinci dəfə BDU-nun Tarix fakültəsinə dekan təyin olunur və həmin ilin aprelində göstərilən vəzifəyə seçilir. Alim əsas diqqəti yenə Tarix fakültəsinin dirçəldilməsinə, kadr hazırlığının keyfiyyətcə yüksəldilməsinə, tədris planlarının təkmilləşdirilməsinə yönəldir. Yeni fənnlər – «Azərbaycan toponimikası», «Tarixi demoqrafiya», «Altayşünaslığın əsasları», «Beynəlxalq münasibətlər tarixi», «Türk xalqları tarixi» tədris planına daxil edilir. Tarix təhsilinin bakalavr və magistr pillələri üçün 15 ixtisas üzrə yeni tədris planları hazırlayır. Tələbə qəbulu yenidən artırılır, o cümlədən, regionşünaslıq («Qaf-qazşünaslıq», «Amerikaşünaslıq») ixtisasları açılır və müvafiq tədris planları hazırlanır. «Dünya azərbaycanlıları (Tarixi demoqrafiya)» elmi-tədqiqat laboratoriyası yenidən fəaliyyətə başlayır. «Azərbaycanşünaslıq» mərkəzi açılır. Fakültədə işgüzar elmi-pedaqoji mühit bərpa olunur. Tarix fakültəsinin elmi əlaqələri dirçəldilir. Alimin başçılıq etdiyi Qədim dünya və orta əsrlər tarixi kafedrası «Tasis» proqramının ilk mərhələsində qalib gəlir. Tarix fakültəsi və Koreya Respublikası (Cənubi Koreya) Asiya Mədəniyyət və İnkişaf İnstitutunun birgə səyi ilə Bakıda I Beynəlxalq Altayşünaslar Konqresi keçirilir. Onun təşəbbüsü və əməyi ilə fakültədə Koreya Respublikasının (Cənubi Koreya) Asiya Mədəniyyət və İnkişaf İnstitutu ilə birlikdə Altayşünaslıq Mərkəzi yaradılır. Elə bu dövrdə Tarix fakültəsində yeni – «Altayşünaslığın əsasları» fənninin tədrisinə başlanılır.

1999-cu ildə Yaqub Mahmudov üçüncü dəfə Tarix fakültəsinin dekanı seçilir. O, eyni zamanda Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində də fəaliyyətini davam etdirir. Alimin zəngin elmi-pedaqoji təcrübəsi və tədris təşkilatçılığı sayəsində Tarix fakültəsində tədrisin və elmi araşdırmaların keyfiyyəti daha da yüksəlir. Fakültənin universitet və ölkə miqyasında nüfuzu daha da artır, beynəlxalq əlaqələri genişlənir. Tarix fakültəsində Türk odası açılır, ABŞ-ın İndiana Universiteti ilə əlaqə yaradılır, Amerikaşünaslıq Mərkəzi fəaliyyətə başlayır. Eyni zamanda, tələbələrə türk-islam mənəvi dəyərlərinin öyrədilməsinə diqqət artırılır. Yeni fənnin - «Din tarixi»nin tədrisinə başlanılır. Bütün bunlarla yanaşı, Y.M.Mahmudov 1998-2004-cü illərdə ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirak və çıxış edir, həmin qurultayda YAP Siyasi Şurasının üzvü seçilir. 1999-cu ildə Yaqub Mahmudov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə «Şöhrət» ordeni ilə təltif olunur.

Yaqub Mahmudovun ensiklopediyaçı fəaliyyəti Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə, Azərbaycanın milli ensiklopediyasının təşkili işində yenidən gündəmə gəlir. Belə ki, 2003-cü ilin mart-may aylarında Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş elmi məclislər gedişində Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən ensiklopediyanın təşkilinin zəruriliyini irəli sürür. Yaqub Mahmudov bu nəşrin baş redaktoru təyin edilir. Qısa bir müddət ərzində Azərbaycanın görkəmli tarixçilərinin də iştirakı ilə böyük arxiv sənədlərinin materialları işlənərək, 2004-cü ildə 2 cildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası» hazırlanır. Bu nəşrdəki məqalələrin bir hissəsi Yaqub Mahmudovun müəllifi olduğu məqalələrdir. Müstəqil Azərbaycanın milli ensiklopediyalarının təşkilində növbəti addım - «Naxçıvan Ensiklopediyası»nın hazırlanması olur. Yaqub Mahmudov təkrar ensiklopediya fəaliyyətinə cəlb edilir. Naxçıvan Muxtar Respublikası Milli məclisinin sədri Vasif Talıbovun ümumi rəhbərliyi və redaktorluğu ilə nəşr edilən 2 cildlik «Naxçıvan Ensiklopediyası» Baş Redaksiya heyətinin üzvü olan Yaqub Mahmudov bu nəşrdə də bir çox məqalənin müəllifi olur.

Yaqub Mahmudov 40 ildən çox müddət ərzində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində, habelə Respublika və Bakı Müəllimləri Təkmilləşdirmə institutlarında, BDU-nun Şəki filialı, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Özəl Azərbaycan Universiteti, Qafqaz Universiteti və bir çox başqa dövlət və özəl ali təhsil müəssisələrində orta əsrlər tarixini, Azərbaycan tarixini, müxtəlif problemlər ətrafında ixtisas kurslarını tədris etməklə Azərbaycanda tarixçi kadrların hazırlanması sahəsində çox mühüm xidmətlər göstərmişdir.

Yaqub Mahmudovun Azərbaycanın orta və ali məktəblərində tarix fənninin, o cümlədən Azərbaycan tarixi fənninin tədrisini təkmilləşdirmək sahəsində də mühüm xidmətləri vardır. O, 1960-cı illərin əvvəllərindən başlayaraq orta və ali məktəblər üçün tədris planları, proqramlar, tədris-metodiki vəsaitlər və dərsliklər yaradılması işinə böyük əmək sərf etmiş, uzun müddət Təhsil Nazirliyi Elmi-Metodiki şurasının Tarix bölməsinə rəhbərlik etmiş, bir sıra beynəlxalq konfranslarda iştirak və çıxışlar etmişdir. Respublikada Fövqəladə vəziyyətin elan olunduğu bir vaxtda – 1990-cı ildə nəşr olunan və üzərində üç rəngli bayrağımızın əksi olan ilk «Azərbaycan tarixi» proqramı da Yaqub Mahmudova məxsusdur. Orta məktəblər üçün tarix sahəsində ilk proqramlar, abituriyentlər üçün «Tarix» proqramları, çoxsaylı vəsaitlər, «Tarix» kitabı, 5-ci sinif üçün «Ata yurdu», 7-ci sinif üçün «Azərbaycan tarixi» (həmmüəllif), «Orta əsrlər tarixi» (həmmüəllif), 8-ci sinif üçün «Azərbaycan tarixi» (həmmüəllif), «Orta əsrlər tarixi» (həmmüəllif), ali məktəblər üçün «Orta əsrlər tarixi» (1986), «Azərbaycan tarixi» (1996 - həmmüəllif) dərslikləri, bir çox metodik vəsait və proqramlar, dərsliklərin tərcümələri onun qələmindən çıxmışdır. Qeyd edək ki, uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-metodiki seminara rəhbərlik etmiş Yaqub Mahmudov hazırda Azərbaycan Res-publikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının Tarix bölməsinin rəhbəridir.

Nəşriyyat və poliqrafiya işi sahəsində zəngin təcrübəyə malik olan Yaqub Mahmudov 1997-ci ildən «Altay dünyası» adlı yeni beynəlxalq jurnal nəşr etməyə başlayır. Altayşünaslıq Mərkəzinin bazasında həyata keçirilən bu mühüm işdə koreyalı türkoloqlar - altayşünaslar da yaxından iştirak edirlər.

Yaqub Mahmudov 2004-cü ildə dördüncü dəfə BDU Tarix fakültəsinin dekanı seçilir. O, eyni zamanda, Qədim dünya və orta əsrlər əsrlər tarixi kafedrasına rəhbərliyi də davam etdirir.

Uzun illər ərzində Bakı Dövlət Universitetində, həmçinin Azərbaycan Elmlər Akademiyasında (sonralar Azərbaycan Milli Elmlər Akademiyasında) ixtisaslaşdırıl-mış namizədlik və doktorluq şuralarının elmi katibi (1983-1987), həmsədri (1995-1997) və sədri (1987-1991, 1995-1998, 2004-cü ildən indiyədək) kimi fəaliyyət göstərən, çoxsaylı namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri, opponenti, rəyçisi olan Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların hazırlanmasına böyük əmək sərf edir. Göstərilən dövrdə həmin elmi şuralarda 300-dən çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Onun elmi rəhbərliyi ilə 30 nəfər tarixçi alim namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir. Hazırda Yaqub Mahmudovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Bakı Dövlət Universitetinin Qədim dünya və orta əsrlər tarixi kafedrası və Dünya Azərbaycanlıları Elmi Tədqiqat Mərkəzində 20-dən çox gənc tarix elminin müxtəlif problemləri üzərində axtarışlar aparırlar.

Görkəmli ortaəsrşünas alim Yaqub Mahmudov hazırda Bakı Dövlət Universitetinin Qədim dünya və Orta əsrlər tarixi kafedrasında Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan problemini, o cümlədən Azərbaycanın diplomatiya tarixini araşdıran elmi məktəbə başçılıq edir. Vaxtı ilə professor Ə.M.Şahmalıyev tərəfindən əsası qoyulmuş bu elmi istiqamət əməkdar elm xadimi Yaqub Mahmudo-vun uzunmüddətli və gərgin əməyi sayəsində ayrıca məktəb kimi formalaşmışdır. Alimin məqsədyönlü elmi-təşkilatçılıq fəaliyyəti nəticəsində Bakı Dövlət Universitetinin, əvvəllər, konkret tədqiqat istiqamətinə malik olmayan Qədim dünya və orta əsrlər tarixi kafedrası hazırda Yaxın və Orta Şərq ölkələrinin, o cümlədən Azərbaycanın Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri tarixi problemi sahəsində bütün ölkədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Burada çalışan istedadlı alimlər Azərbaycanın ümumdünya tarixi inkişaf prosesindəki fəal iştirakını təsdiqləyən maraqlı elmi tədqiqat işlərinin müəllifləridir.

Respublika prezidenti İlham Əliyev Yaqub Mahmudovun Azərbaycan tarix elmi üçün xidmətlərini yüksək qiymətləndirərək onu 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru təyin edir. Yaqub Mahmudovun Azərbaycan tarixinin problemlərini bir alimin məktəbi çərçivəsində deyil, respublika miqyasında sistemli hala gətirərək təşkilatlandırması, heç şübhəsiz, onun AMEA Tarix İnstitutuna direktor təyin edilməsindəm sonra daha geniş şəkil alır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının genişləndiyi şəraitdə İnstitutun rəhbərliyinə gələn Yaqub Mahmudov Azərbaycan tarixçi-alimlərinin ermənilərin əsassız iddialarını ifşa etməsi işinə səfərbər olunmasında bu İnstitutun rolunu və əhəmiyyətini yaxşı başa düşürdü. Ona görə də yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi zamanın tələbinə uyğunlaşdırılmışdı. Azərbaycanda tarix elminin inkişafı prosesinə yeni münasibət və baxış formalaşmağa başlayırdı. Bu məqsədlə ilk növbədə elmin inkişafının təşkilati prinsipləri və yeni struktur formalarının yaradılması üzrə işlər qisa müddət sonra nəticələrini verir: Tarix İnstitutunda yeni mərkəzlər və şöbələr yaradılır. «Azərbaycanlıların deportasiyası və soyqırımı» mərkəzi və onun da tərkibində iki şöbə təşkil olunur. «Heydər Əliyev irsinin öyrənilməsi», «İnformasiya və tərcümə» mərkəzləri açılır. Həm elmi, həm siyasi aktuallıq kəsb edən problemlərin araşdırılması ön plana çəkilir və bu sahədə fundamental əsərlərin nəşrinə nail olunur.

Qarabağın, Naxçıvanın, İrəvanın əzəli Azərbaycan torpaqları olduğunu əvvəlki tədqiqatlarında da dəfələrlə tutarlı dəlillərlə sübuta yetirən Yaqub Mahmudov redaktoru və həmmüəllifi olduğu «Qarabağ: real tarix, faktlar, sənədlər» (Bakı, 2005), «Naxçıvan: tarixi və abidələri» (Bakı, 2007), «İrəvan xanlığı» (Bakı, 2009) adlı fundamental əsərlərdə özgə torpaqlarına yiyələnmək siyasəti aparan, Cənubi Qafqazı terror və soyqırımları təhlükəsi altında saxlayan, «Böyük Ermənistan» xülyası ilə yaşayan erməni şovinistlərinin, o cümlədən tarixçilərinin saxta nəzəriyyələrinə və uydurma elmlərinə böyük zərbə vurmağı bacarmışdır. «Qarabağ: real tarix, faktlar, sənədlər» adlı kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Qarabağın əsl tarixi yazılmışdır, kitaba əlavə olunmuş arxiv sənədləri, xəritələr də çox önəmlidir. Yaqub Mahmudovun həmmüəllifi olduğu digər kitab – «Naxçıvan: tarixi və abidələri» Azərbaycanın əzəli torpaqlarının tarixinin araşdırılması sayəsində ərsəyə gəlmişdir. Kitabda Naxçıvanın tarixi inkişaf yolu ayrı-ayrı dövrlər üzrə nəzərdən keçirilir, verilən konkret və zəngin faktik material bu qədim Azərbaycan torpağına ərazi iddiaları ilə çıxış edən erməni saxtakarlarının heç bir elmi əsasa malik olmadıqlarını sübut edir.

Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri – İrəvan xanlığının (1747-1828) tarixinə həsr olunmuş fundamental monoqrafiya – «İrəvan xanlığı» adlı əsər isə təkcə Azərbaycan tarix elmində deyil, dünya tarixşünaslığı üçün nəhəng bir hadisə sayılmalıdır. AMEA Tarix İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi və Yaqub Mahmudovun elmi redaktoru və həmmüəllifi olduğu bu kitabda Nadir şah Əfşarın yaratdığı imperiyanın süqutundan sonraya meydana çıxmış İrəvan xanlığının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu sübuta yetirilir. Monoqrafiyada İrəvan xanlığının əhalisinin etnik tərkibi ilkin mənbələr əsasında araşdırılır və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri ifşa olunur. Bundan əlavə, İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sistemi və xarici siyasət məsələləri işıqlandırılır. Əsərdə İrəvan xanlığının XIX yüzilliyin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmanlıq mübarizəsi, Rusiya tərəfindən işğalı, işğal olunmuş İrəvan xanlığı ərazisinə İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi şəkildə köçürülməsi məsələləri də geniş əksini tapmışdır.

«Azərbaycan xalçaları. Qarabağ qrupu» və «Azərbaycan xalçaları. İrəvan qrupu» kimi fundamental əsərlərin 7 cilddə nəşr olunaraq dünyada yayılması da Tarix İnstitutunun Qarabağın və İrəvanın tarixinin öyrənilməsi və təbliği sahəsində böyük xidmətlərdir və AMEA-nın 2012-ci ildə keçirilən illik ümumi yığıncağında Azərbaycan elminin böyük uğurları qismində qeyd edilmişdir.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası – dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutunun gördüyü vacib işlərdən biri də «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılmasıdır. Belə ki, 2009-cu ilin yanvarında Bakı şəhəri Sahil bağındakı «26-lar»a məxsus məzarlıq açılarkən burada 23 cəsədin (26 deyil!) qalıqlarının aşkar edilməsindən dərhal sonra Tarix İnstitututunda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və müvafiq elmi araşdırmalara başlanmışdır. Bu araşdırmaların ilkin nəticələri öz əksini Yaqub Mahmudovun həmmüəllifi olduğu «Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı» adlı kitabda tapmışdır. Əslində bu kitab Tarix İnstitutununu uzunmüddətli böyük bir layihəsinin tərkib hissəsidir. Kitabda «Daşnaksütyun» partiyası Bakı Komitəsinin üzvü S.Şaumyanın başçılıq etdiyi qrupun Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımın indiyədək məlum olmayan səhifələri işıqlandırılmışdır.

Bütün bu sadalanan işlər, heç şübhəsiz, Yaqub Mahmudovun və onun alim silahdaşlarının milli təəssübkeşliyinin nəticəsi olmaq etibarilə Tarix İnstitutunun son illərdə əldə etdiyi ən böyük uğurlardandır, amma eyni zamanda, bu layihələrin hədəflərindən olan erməni şovinistlərinin də qısqanclıq və qəzəb mənbəyinə çevrilməmiş deyil. Təsadüfi deyil ki, qəzet, jurnal və kitablardan tutmuş İnternet saytlarınadək ən müxtəlif yazılarda erməni müəllifləri Yaqub Mahmudovu «Azərbaycanın millətçi tarixçisi», «Yeni Ziya Bünyadov», «Şaumyanı ikinci dəfə güllələyən adam» və s. tipdə damğalarla adlandırmaqdan çəkinməmişlər. Amma Yaqub Mahmudovun milli təəssübkeşliyi heç zaman onun alim obyektivliyini üstələməmişdir, ona görə də tədqiqatları həm elmi ictimaiyyətin, həm geniş oxucu kütləsinin, həm siyasətçilərin nəzər-diqqətindədir.

Azərbaycan dövlətçiliyi tarixi üçün əhəmiyyət kəsb edən vacib məsələlərdən biri də «İtirilmiş torpaqlar» probleminin Şimal-Qərbi Azərbaycan ilə bağlı istiqamətidir. Bilavasitə Yaqub Mahmudovun rəhbərliyi altında Qarabağ, Naxçıvan, İrəvan ilə yanaşı, Telavidən bəri Şimal-Qərbi Azərbaycan torpaqlarının, Dərbəndin və Samur vadisinin tarixi ilə bağlı hələ keçən yüzilliyin 90-cı illərinin əvvəllərindən hərtərəfli və dərin elmi tədqiqatlara başlanmışdır. Qeyd edək ki, bu istiqamətdə böyük nailiyyətlər əldə edilmişdir: Elvira Lətifovanın «İlisu sultanlığı», Şirinbəy Əliyevin «İngiloylar», Zərinə Cavadovanın «Şimal-Qərbi Azərbaycan», Salman İbişovun «Quba xanlığının əhalisi», Arzu Məmmədovanın «Car-Balakən camaatlığı» adlı dissertasiyaları və monoqrafiyaları Yaqub Mahmudovun rəhbərliyi altında yazılmışdır. Tarixi Azərbaycanın ayrılmaz bölgələrini təşkil edən bu torpaqların tarixinin araşdırılması üzrə iş bu məktəbin nümayəndələri tərəfindən davam etdirilir.

Avropa mənbələrinin materialları əsasında hələ ilk tədqiqatlarını yazarkən Yaqub Mahmudov ciddi tarixi araşdırma üçün mənbələrin nə qədər önəmli olduğunu bilirdi. Ona görə də bu gün o, öz məktəbinin nümayəndələrindən də, rəhbərlik etdiyi Tarix İnstitutunun alimlərindən də öz əsərlərini mənbələrə, arxiv sənədlərinə istinadən yazmağı tövsiyə edir. Tarix İnstitutunun 2004-cü ildən bəri başlamış olduğu ciddi araşdırmaların daha bir istiqaməti də elə mənbələrin, arxiv materiallarının, xüsusilə Azərbaycanda əlçatmaz olan, xarici ölkələrdə toplanmış materialların aşkar edilib nəşr olunmasıdır. Bu məqsədlə Yaqub Mahmudov tarixçilərin bir qrupunu Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa, Hindistan kimi ölkələrə ezam edərək həmin materialların Azərbaycana gətirilməsini təmin etmiş, eyni zamanda onların nəşrinə başlamışdır. Bu materiallar içərisində xüsusi olaraq «İrəvan əyalətinin müfəssəl dəftəri»ni və «İrəvan əyalətinin icmal dəftəri»ni, «Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları»nı, «Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu»nuvə «Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniya arxiv sənədləri» kimi vacib nəşrləri göstərmək lazımdır. İrəvan əyaləti ilə bağlı dəftərlərdə Azərbaycanın ayrılmaz tərkibi hissəsi olmuş İrəvan əyalətinin ən qədim yerli əhalisi olan Azərbaycan türklərinin tarixi, bölgənin sosial-iqtisadi durumu, şəhərləri, kəndləri, tarixi coğrafiyası, toponimikası barədə ən qiymətli faktlar öz əksini tapmışdır. Yuxarıda adı çəkilən «Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı» adlı 3 cildlik 4 kitabdan ibarət sənədlər toplusunun I cildində isə sovet illərində respublika arxivlərində saxlanan, lakin xalqdan gizlədilən bir çox qiymətli sənədlər təqdim olunur və «26 Bakı Komissarları»nın əsl tarixi sənədli şəkildə verilir.

XX yüzilliyin əvvəllərində Azərbaycan tarixinin bir çox məsələlərini araşdırarkən əksər hallarda respublikanın arxivlərindəki materiallardan istifadə olunmuşdur. Amma hazırda Avropanın bir çox ölkəsinin arxivlərində Azərbaycan tarixinə, o cümlədən Xalq Cümhuriyyətinə aid əhəmiyyətli sənədlər saxlanılır. Bu sənədlərin elmi dövriyyəyə cəlb edilməsi və nəşri, heç şübhəsiz, Tarix İnstitutunun gördüyü vacib işlərdən olub təqdirəlayiqdir. «Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniya arxiv sənədləri» (Bakı, 2008) 1917-1920-ci illərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələri izləməyə, Böyük Britaniyanın bölgədəki xarici siyasətini səciyyələndirməyə imkan verir. Eyni zamanda bu sənədlər ermənilərin o zamankı mənfur siyasətini ifşa etmək üçün də əvəzsiz mənbə sayıla bilər.

Yaqub Mahmudovun həmmüəllifi olduğu və 4 cilddə nəşri nəzərdə tutulmuş «Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları» adlı kitabın 2009-cu ildə çapdan çıxmış I cildinə 1639-1828-ci illərə aid diplomatik sənədlər daxil edilmişdir. Cild 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlayır və 1828-ci il Türkmənçay müqaviləsi ilə başa çatır. Topluda 50-dək sənəd toplanmışdır. Heç şübhəsiz, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğu, xarici siyasi və iqtisadi əlaqələrinin genişləndiyi, ölkəmizin ən müxtəlif iri layihələrdə yaxından iştirak etdiyi bir dövrdə diplomatiya tariximizin ənənələrinin öyrənilməsi, bu tarixin sənəd bazasının araşdırılması elmi və siyasi aktuallıq kəsb edir.

Danılmaz bir faktdır ki, zamanın və bu zamanın yetişdirdiyi tarixi şəxsiyyətlərin xidmətlərini tarixçidən yaxşı heç kim öyrənə bilməz! Bu gün biz böyük tarixi tarixçilərin sayəsində bilirik; tarixçilərin xidmətidir ki, minilliklər boyunca zamanlar arasında əlaqə itməmişdir. XX yüzilliyin sonunda tarixi torpaqlarının bir hissəsində öz müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı zəngin tarixə, qədim dövlətçilik ənənələrinə və böyük mədəni irsə malikdir. Bu irsin layiqincə – milli ənənələrə sadiq qalmaq şərtilə dünya mədəniyyətinin və tarixinin tərkib hissəsi olaraq öyrənilməsi və nəsillərə ötürülməsi Tarixçi üçün böyük məsuliyyət və fəxarətdir. Bu məsuliyyəti dərk edib böyük fəxarəti yaşamaq isə hər tarixçiyə nəsib olmur. Yaqub Mahmudov əsl Tarixçidir və adı böyük hərflərlə yazılacaq Azərbaycanlı Heydər Əliyev haqqında ilk tədqiqatların da məhz bu tarixçi tərəfindən yazılması təsadüfi deyildir.

Yaqub Mahmudov Azərbaycanın tarixində böyük rol oynamış dahi şəxsiyyətlərə – Cavanşirə və Babəkə, Yusif ibn Əbu-s-Saca və Şəms əd-Din Eldənizə, Uzun Həsənə və Sara Xatuna, Şah İsmayıla və Şah Abbasa, M.Ə.Rəsulzadəyə və Fətəli xan Xoyskiyə, Şeyx Xiyabaniyə fundamental tədqiqatlarında geniş yer ayırmış, onların Vətən üçün xilaskar rolunu sübut etmişdir. «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı əsərində (Bakı, 2011, rus dilində - Bakı, 2012 və Ukrayna dilində - Kiyev, 2013) Yaqub Mahmudov müasir Azərbaycanın böyük şəxsiyyəti olan Heydər Əliyevin fədakar ömür yolunu, tarixi xidmətlərini, irsinin müasir Azərbaycan üçün əvəzedilməz rolunu tədqiq etmişdir; XX yüzillikdəki siyasi keşməkeşlər və bu ağır problemlərin yükü ilə qarşılaşmış Azərbaycan xalqının xilas yolunun Heydər Əlirza oğlu Əliyev olduğunu göstərmişdir.

Azərbaycan İntibahının müasir mərhələsini Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti onu «Bütün Zamanların Böyük Azərbaycanlısı» və «Böyük Azərbaycançı» adlandırır, Heydər Əliyev şəxsiyyətinə obyektiv tarixçi qiyməti verir. Bu səbəbdən, adı çəkilən əsər Heydər Əliyev irsinin gələcək nəsillərə hərtərəfli, istisnasız çatdırılması üçün də gərəkli vasitədir.

Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı fundamental monoqrafiyası müasir dövlətçiliyimizin, müasir milli dirçəlişimizin əsaslarını yaratmış, öz fəaliyyəti ilə onilliklər deyil, yüzilliklər üçün böyük irs qoymuş – Azərbaycan xalqının böyük tarixi şəxsiyyəti, Ulu Öndər Heydər Əliyevin dahi siyasətinə və Azərbaycanın Yeni İntibah dövrü tarixinə həsr olunmuşdur.

Çağdaş Azərbaycanın XXI yüzilliyə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşmasını təmin edən Heydər Əliyevin xidmətlərini obyektiv şəkildə araşdıran Yaqub Mahmudov kitabın VIII bölməsində bu dahi Azərbaycanlının irsinin davamçısı olan İlham Əliyevin siyasətini tədqiq edir, müasir dövrün ən tanınmış gənc dövlət xadimi olan İlham Əliyevin siyasi portretini verir. Tarixçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın müasir quruculuğu yolunda xidmətlərini Heydər Əliyev ideyalarının zəfər yürüşü, siyasi varislikdə müdriklik, qətiyyət və milli maraqlara sədaqət nümunəsi kimi səciyyələndirir, Böyük Azərbaycanın İntibahının İlham Əliyevlə bağlı olduğunu yazır.

«Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı monoqrafiyasında Heydər Əliyev şəxsiyyətini və Heydər Əliyev irsini Azərbaycanın qədim dövrdən başlayaraq XXI yüzilliyə qədər gəlib çıxan böyük, şanlı, zəngin dövlətçilik tarixi fonunda araşdıran Yaqub Mahmudov kitabında, əslində, Azərbaycan tarixinin yeni konsepsiyasını təqdim etmişdir. Bu konsepsiya Azərbaycan xalqının unikallığı və təkrarsızlığı, geniş tarixi ərazidə yayılmaqla zəngin maddi və mənəvi mədəniyyətə, milli məfkurəyə və tarixi yaddaşa sahib olduğu faktına söykənir. Yaqub Mahmudovun milli dövlətçilik və milli məfkurə tariximizə həsr olunmuş əsərinin qırmızı xəttlə keçən başlıca ideyası, fikrimizcə, budur: Azərbaycan ideyası, Azərbaycançılıq ideyası xalqımızın tarixi qədər qədimdir: bu ideyanı gerçəkləşdirən isə böyük şəxsiyyətlərdir. Bu məfkurə, bu tarixi yaddaş Azərbaycanı çox ağır, lakin şərəfli mübarizə yollarından keçirib, böyük şəxsiyyətlər ona siyasi və mədəni İntibah yaşadıb və bu günkü Yeni İntibahını şərtləndirib. 5000 illik dövlətçilik tarixi olan xalqın gələcəyi də keçmiş tarixi qədər şanlıdır!

Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı kitabı Heydər Əliyev kursunun alternativsizliyini, Azərbaycan dövlətçiliyinin qorunması və əbədi yaşaması üçün yeganə təminat olduğunu bir daha təsdiqləyir və eyni zamanda, tarixşünaslığımız üçün də böyük elmi əhəmiyyət kəsb edir.

Yaqub Mahmudov «Azərbaycan dövlətçiliyinin xilaskarı», «Azərbaycan: qısa dövlətçilik tarixi», «Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti», «Heydər Əliyev ideyalarının zəfər yürüşü» adlı monoqrafiyalarında və onlarla məqaləsində XX yüzillikdəki siyasi keşməkeşlər və bu ağır problemlərin yükü ilə qarşılaşmış Azərbaycan xalqının xilas yolunun Heydər Əlirza oğlu Əliyev olduğunu göstərmişdir. Azərbaycan İntibahının müasir mərhələsini Heydər Əliyevlə bağlayan tarixçi bu dahi şəxsiyyəti Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru, Şarl de Qolla müqayisə edərək, onu «Bütün Zamanların Böyük Azərbaycanlısı» və «Böyük Azərbaycançı» adlandırır. Milli ruha bağli olan Heydər Əliyev haqqında Yaqub Mahmudovun yazdıqları özləri də milli ruhdadır və Heydər Əliyev şəxsiyyətinə obyektiv tarixçi qiyməti verir. Adı çəkilən əsərlər Heydər Əliyev irsinin gələcək nəsillərə hərtərəfli, istisnasız çatdırılması üçün gərəkli vasitədir.

Yaqub Mahmudovun tədqiqatları təkcə respublikada deyil, xaricdə də böyük diqqət və maraqla qarşılanır. Yaqub Mahmudovun bir çox əsəri rus, türk, ingilis, macar, Koreya və s. dillərdə dəfələrlə çap olunmuş və elmi ictimaiyyət arasında böyük rezonans doğurmuşdur.

Yaqub Mahmudov Azərbaycanın tanınmış ziyalısı kimi özünün geniş və çoxşaxəli ictimai-siyasi fəaliyyəti, ölkənin demək olar ki, bütün kütləvi informasiya vasitələrindəki çoxsaylı çıxışları, elmi-publisistik məqalələri, ölkə miqyaslı toplantılarda və bölgələrdə keçirilən dövlət əhəmiyyətli yığıncaqlardakı, elmi konfranslardakı məruzələri, Azərbaycan televiziyasında uzun illərdən bəri aparmış olduğu «Azərbaycan tarixi», «Soyqırımı» proqramları, həmçinin başqa proqramlardakı və radiodakı çıxışları, dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri ilə xalqımızda, xüsusilə gənclərimizdə milli mənlik şüurunun, Azərbaycan dövlətçiliyi ideologiyasının formalaşdırılmasına və bununla müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi işinə bir vətəndaş alim kimi yaxından kömək göstərir, xalqımızın və milli dirçəlişimizin düşmənlərinə qarşı barışmaz mövqedən çıxış edir.

Yaqub Mahmudovun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Bu filmlərin içərisində «Şuşa-Pənahabad», «İrəvan xanlığı», «Dahi Azərbaycanlı», «Tariximizin keşiyində» kimi filmlər geniş auditoriya qazanmışdır və Azərbaycan tarixinin, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın milli dəyərlərinin təbliğinə xidmət edir.

Əməkdar elm xadimi Yaqub Mahmudov Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Eyni zamanda iri həcmli tərcümələri vardır. O, ikicildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nın (Bakı, 2004) baş redaktoru və «Naxçıvan Ensiklopediyası» (Bakı, 2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin «Azərbaycan Sovet Ensiklopediyası»nda çoxsaylı məqalələri dərc olunmuşdur.

Yaqub Mahmudov Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Yunanıstan, İran, Koreya (Cənubi Koreya), Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya və b. ölkələrin müxtəlif şəhərlərində (Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Bern, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt, Venesiya, Roma və s.) keçirilən beynəlxalq simpoziumlarda, müxtəlif xarakterli toplantılarda, görüşlərdə iştirak və çıxışlar etmişdir.

Fəaliyyəti ümumbəşəri dəyərlərin təbliğinə, milli ideologiyaya, milli ruha xidmət edən Yaqub Mahmudovun elmi əsərləri bu gün təkcə keçmiş SSRİ məkanında, İranda, Türkiyədə deyil, Avropa ölkələrində, ABŞ-da, Cənubi Koreyada da tanınmışdır. Alimin monoqrafiyaları Moskvada, Kiyevdə, Londonda, Nyu-Yorkda, Vaşinqtonda, Los-Ancelesdə, İslamabadda, Seulda müxtəlif xarici dillərdə - rus, Ukrayna, türk, ingilis, macar, Koreya dillərində çap edilmişdir.

Yaqub Mahmudov Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının, «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının, Azərbaycan Milli Ensiklopediyası Baş Redaksiya Şurasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Yaqub Mahmudov Dağıstan Respublikasının Əməkdar Elm xadimidir.

O, Yusif Məmmədəliyev, Rəsul Rza, «Qızıl qılınc», «Qızıl qələm», «Samir Əsgərxanov» mükafatları laureatıdır. Azərbaycan Respublikasının Əməkdar Elm xadimidir. Ölkə üzrə tarix ixtisası sahəsində Dissertasiya Şurasının, Tarix Elmləri üzrə Əlaqələndirmə Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası Tarix bölməsinin sədridir.

Yaqub Mahmudov geniş ictimai fəaliyyətlə məşğul olmaqda davam edir. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ilin noyabrında Azərbaycan Respublikasının Milli Məclisinə (II çağırış) deputat seçilmişdir. 2005-ci ilin noyabrında yenidən Azərbaycan Respublikasının Milli Məclisinə (III çağırış) deputat seçilmişdir. 2010-cu ilin noyabrında yenidən Azərbaycan Respublikasının Milli Məclisinə (IV çağırış) deputat seçilmişdir. Azərbaycan Respublikasının «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif olunmuşdur. Onun həmmüəllifi olduğu 12 dildə nəşr olunmuş “Qarabağ tarixi” və 3 dildə nəşr olunmuş “İrəvan tarixi” Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin Sərəncamı ilə 2012-ci ildə Dövlət Mükafatına layiq görülmüşdür.

Yaqub Mahmudovun araşdırmalarının başlıca istiqamətləri – Azərbaycanın dövlətçilik tarixi və mədəni irsi, Azərbaycan dövlətlərinin xarici siyasəti və diplomatiya ənənələri, Azərbaycan tarixi üzrə mənbələr, tarixi şəxsiyyətlərin yeri və rolu, «itirilmiş torpaqlarımız»ın tarixi və ümumiyyətlə, sahib olduğumuz TARİXİMİZDİR. Yaqub Mahmudov məktəbinin əsasını, «kvintessensiyası»nı qərəzsiz, hər hansı bir siyasi təmayülsüz, obyektiv araşdırma metodları və heç şübhəzis ki, AZƏRBAYCANÇILIQ ideyası təşkil edir.

Azərbaycanın Manna dövlətindən başlayaraq XXI yüziliyə qədər gəlib çıxan böyük, şanlı, zəngin dövlətçilik tarixini araşdıran Yaqub Mahmudov, əslində, Azərbaycan tarixinin yeni konsepsiyasını təqdim etmişdir. Bu konsepsiya Azərbaycan xalqının unikallığı və təkrarsızlığı, geniş tarixi ərazidə yayılmaqla zəngin maddi və mənəvi mədəniyyətə, milli məfkurəyə və tarixi yaddaşa sahib olduğu faktına söykənir.

Yaqub Mahmudov və onun məktəbi Azərbaycanın zəngin dövlətçilik tarixinin bütün mərhələlərini araşdırmaqla, əslində, Azərbaycan tarixinin milli konsepsiyasını təqdim etmişdir və bu konsepsiya Azərbaycan xalqının geniş tarixi ərazidə yayılmaqla zəngin maddi və mənəvi mədəniyyətə, milli məfkurəyə və tarixi yaddaşa sahib olduğu faktına söykənir. Bu araşdırmalara və prinsiplərə əsaslanan Azərbaycan tarixi konsepsiyası AMEA Tarix İnstitutu tərəfindən artıq işlənib hazırlanmışdır.

Bakı Dövlət Universitetində Yaqub Mahmudovun rəhbərlik etdiyi «Qədim dünya və orta əsrlər tarixi» kafedrası Azərbaycanda mediyevistikanın yeganə, Qafqazda başlıca mərkəzidir. Bu gün Yaqub Mahmudov məktəbinin davamçıları öz tədqiqatlarında tələbəsi olduqları alimin elmi istiqamətinə, onun dövlətçilik tariximizə olan hörmətinə sadiq qalaraq araşdırmalar aparırlar; Azərbaycanın qədim, orta əsrlər, yeni və müasir tarixini, mədəniyyətini, milli irsini, xarici siyasətini və diplomatiya ənənələrini araşdıran Yaqub Mahmudovun davamçılarının tədqiqatları ümumilikdə Azərbaycan tarix elmini zənginləşdirmişdir, desək, yanılmarıq.

Bu gün Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA Tarix İnstitutunda dünya tarixinin ən əhəmiyyətli, elmi həllini gözləyən problemləri araşdırılır və elmi dövriyyəyə buraxılır. Bu baxımdan, Tarix İnstitutunda son illərdə görülən işlər Yaqub Mahmudov məktəbinin fəaliyyətinin tərkib hissəsi sayılır. Yeri gəlmişkən, 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə - «Best Enterprises» diplomuna layiq görülmüşdür. 2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Dublin sammitində Yaqub Mahmudova böyük elmi nailiyyətinə görə «The Name in Science» («Elmdə ad») fəxri titulu almışdır. Bununla da, Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin ən məşhur elm adamlarının siyahısına daxil edlmişdir.

Aparılan böyük əməyin nəticəsidir ki, bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan tarix başlıca qurumuna, milli ideologiyanın formalaşdığı mərkəzlərdən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir» deyərək, Tarix İnstitutuna çox yüksək qiymət vermişdir.

Yaqub Mahmudovun milli təəssübkeşliyi heç zaman onun alim obyektivliyini üstələməmişdir, ona görə də onun tədqiqatları həm elmi ictimaiyyətin, həm geniş oxucu kütləsinin, həm siyasətçilərin nəzər-diqqətindədir.

Yaqub Mahmudovun araşdırmalarının başlıca istiqamətləri və təməl prinsipləri müasir Azərbaycan tarix elminin bütövləşməsinə xidmət edir.

Azərbaycanın tarixçi ziyalıları adından

prof. Adil Məmmədov, prof. Tamilla Musayeva, prof. Şahin Fərzəliyev,

prof. Fəzail İbrahimli, prof. Həsən Əlibəyli, prof. Kərim Şükürov,

prof. Nərgiz Axundova, prof. İradə Bağırova, prof. Camal Mustafayev,

t.e.d. Məryəm Seyidbəyli, t.e.d. Ədalət Qasımov, t.e.d. Qasım Haciyev

dos. Cəbi Bəhramov, dos. Tofiq Nəcəfli, t.ü.f.d. Göhər Məmmədova,

t.ü.f.d. Hacı Həsənov, t.ü.f.d. Elmar Məhərrəmov, t.ü.f.d. Natiq Məmmədzadə,

t.ü.f.d. İlqar Niftəliyev, t.ü.f.d. Kamran İsmayılov, t.ü.f.d. Güntəkin Nəcəfli,

t.ü.f.d. İradə Məmmədova, dos. Yeganə Gözəlova, dos. Kərəm Məmmədov,

dos. Elvira Lətifova, dos. Fəridə Əliyeva, Nazilə Məmmədova,

dos. Səidə Əliqızı, t.ü.f.d. Gülzar Novruzova, t.ü.f.d. Sevinc Əliyeva,

t.ü.f.d. Dilavər Əzimli, Sevinc Zeynalova



10.05.13 SİRUS TƏBRİZLİNİN «SENSASİON» BÖHTANI BARƏDƏ
Sirus Təbrizli gündəmə gəlmək üçün sola-sağa çirkab atmağa başlayıb. Heç bir əsası olmadan 1991-ci ildə Heydər Əliyevə qarşı müraciətdə guya mənim də imzamın olması barədə kütləvi informasiya vasitələrində yalan «açıqlama» yayıb. Ətraflı >>

SİRUS TƏBRİZLİNİN «SENSASİON» BÖHTANI BARƏDƏ


(Böhtan müəllifinə açıq məktub)

Sirus Təbrizli gündəmə gəlmək üçün sola-sağa çirkab atmağa başlayıb. Heç bir əsası olmadan 1991-ci ildə Heydər Əliyevə qarşı müraciətdə guya mənim də imzamın olması barədə kütləvi informasiya vasitələrində yalan «açıqlama» yayıb. Məni yaxından tanıyanlar kim olduğumu yaxşı bilirlər. Tanımayanlara isə Sirus Təbrizlinin bu uydurma açıqlaması barədə tam məsuliyyətlə aşağıdakıları bildirirəm: Sirus Təbrizlinin bu «açıqlaması» açıqlama deyil, çirkin məqsəd güdən sayıqlamadır, şər və böhtandır.

Sirus Təbrizli! Mən sənin uydurduğun Yaqub Mahmudov deyiləm. Görünür məni özünlə dəyişik salmısan! Mən o Yaqub Mahmudovam ki, bütün təzyiqlərə baxmayaraq Heydər Əliyevə qarşı sənin nəzərdə tutduğun 1991-ci il müraciətinə imza atmamışam. Həmin müraciət o dövrün mətbuatında da dərc olunub (Bax: «Xalq qəzeti», 10 sentyabr 1991-ci il, № 177). Lakin mən bu yazıda həmin müraciəti imzalayanların adlarını elan etmək istəmirəm. Çünki onların bir çoxu dünyasını dəyişib, bəziləri isə ömürlərinin ixtiyar çağını yaşayırlar. Maraqlananlar və sənin «sensasion» böhtanını yayan KİV-in nümayəndələri həmin adların siyahısı ilə tanış ola bilərlər. Məsləhət görürəm ki, bu müraciətin altında imza atanların siyahısına sən özün də təkrar bax, amma bu dəfə diqqətlə bax! Əminəm ki, mənim adımı görməyəndə heç olmasa böhtanına görə ən azı xəcalət çəkəcəksən. Onda aydın olar ki, böhtançı kimdir, üstünə çirkab atılan kim?!

Sirus Təbrizli! Axı sən bilməmiş deyilsən ki, o zamankı hakimiyyətin təzyiqi ilə bir qrup Universitet aliminin 1991-ci ildə imzaladığı müraciətdə mənim adım yoxdur! Və ola da bilməzdi! Çünki mən bu müraciət imzalanandan bir il əvvəl – 1990-cı ildə Tarix fakültəsinin dekanı olarkən Azadlıq hərəkatının fəalları olan bir qrup tarixçi tələbənin Universitetdən qovulmasının qarşısını almış, tələbələrimin Universitetdə qalması xatirinə özüm dekan vəzifəsindən istefa vermişdim. O zamankı hakimiyyətin nəzarəti altındayıdım. Və müntəzəm olaraq təqib olunurdum! Yadınıza salıram, mən həmin Yaqub Mahmudovam ki, Yeni Azərbaycan Partiyası yaradılarkən «Səs» qəzetində Heydər Əliyevin müdafiəsinə qalxdım. 1992-ci il noyabrın ilk günlərində Naxçıvana getdim. Universitetdə keçirilən yığıncaqda Heydər Əliyevi müdafiə etdim. Çıxışım «Blokada» filminə daxil edildi. 1993-cü ildə Heydər Əliyevin prezidentliyə namizədliyi irəli sürülərkən Akademiyadakı görüşdə ziyalılar adından çıxış etdim. YAP-ın I qurultayında da çıxış etdim. Siyasi Şuranın üzvü seçildim. Nəhayət, mən o Yaqub Mahmudovam ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqlarım bərpa olunaraq yenidən dekan vəzifəsinə qaytarıldım. Bəs necə oldu, Sirus Təbrizli bütün bunları unutdu! Əgər mən Heydər Əliyevə qarşı 1991-ci il müraciətini imzalamış olsaydım tərcümeyi-halımdakı bütün bu dəyişikliklər necə baş verə bilərdi?!

Sirus Təbrizli! «Sensasion» böhtanında açıqladığın kimi, səni qıcıqlandıran mənim ssenari müəllifi və aparıcısı olduğum «Dahi azərbaycanlı» sənədli filmidir. Qıcıqlanma! Başqaları da qıcıqlanmasınlar! Mən, sadəcə olaraq, Heydər Əliyevlə bağlı əqidə və sədaqət borcumu yerinə yetirirəm. Buna mənim mənəvi haqqım və ciddi əsaslarım var. Mən, səndən fərqli olaraq, Heydər Əliyevi 1957-ci ildən – Universitetin Tarix fakültəsinin tələbəsi olduğumuz illərdən tanıyıram. Onun milli əhval-ruhiyyəli tələbələri, o cümlədən tarixçi gəncləri necə müdafiə etməsinin şəxsən şahidiyəm. Heydər Əliyev məni 1969-1971-ci illərdə o zamankı çuğulların böhtanlarından, təqiblərdən qoruyub. Tutulmaq təhlükəsi ilə üz-üzə qalarkən məni Azərbaycan KP MK Bürosunun qərarı ilə Ensiklopediyaya elmi işlər üzrə Baş redaktor müavini vəzifəsinə göndərib və yenə də qoruyub!

Sirus Təbrizli! Mən sənin də çörəyini yediyin və suyunu içdiyin ölkənin ilk tarix xəritələrini buraxan Yaqub Mahmudovam. Heydər Əliyev həmin xəritələrə və «Ata yurdu» dərsliyimə görə qonşu ölkədən notalar dalınca notalar göndəriləndə məni «Azərbaycanın böyük alimi və böyük tarixçisi» kimi qiymətləndirərək müdafiə edib. Bütün bunları mən heç zaman unutmuram və buna görə hələ sağlığından başlayaraq onun barəsində 4 kitab və yüzlərlə məqalə yazmış, çoxsaylı müsahibələr, intervyülər vermiş, radio və televiziyada çoxsaylı çıxışlar etmiş, ən yaxşı kitablarımı ona həsr etmişəm. «Heydər Əliyev ideyalarının zəfər yürüşü» kitabım xarici dillərdə də nəşr olunub. Böyük qürur hissi keçirirəm ki, xalqımın dahi oğlu barədə sənədli televiziya filmi çəkilməsinə də nail oldum. Bundan sonra da bu yolu davam etdirəcəyəm!

Nəhayət, mən hər hansı bir uğurlu addım atarkən böhtan atəşinə tutulmağa adət etmişəm. Ənənəvi şər atanları və atdıranları, paxılları və arxadan zərbə vuranları da yaxşı tanıyıram. Ancaq, doğrusunu deyim, Sirus Təbrizlinin də onların sırasında olacağı heç ağlıma da gəlməzdi. Neyləmək olar!? Tanrı hərəyə bir cür ömür payı qismət edib. Kimin necə ömür sürdüyünü xalq hamıdan yaxşı görür.

Yaqub Mahmudov



02.05.13 “HEYDƏR ƏLİYEV: AZƏRBAYCAN ELMİNİN KEŞİYİNDƏ” ADLI 2 CİLDLİK SƏNƏDLƏR VƏ MATERİALLAR TOPLUSU NƏŞR OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusu nəşr olunmuşdur. Ətraflı >>

“HEYDƏR ƏLİYEV: AZƏRBAYCAN ELMİNİN KEŞİYİNDƏ” ADLI 2 CİLDLİK SƏNƏDLƏR VƏ MATERİALLAR TOPLUSU NƏŞR OLUNMUŞDUR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusu nəşr olunmuşdur. Toplunun birinci cildinə ulu öndərin ölkəmizdə hakimiyyətinin birinci dövründə Azərbaycan elminə, o cümlədən Milli Elmlər Akademiyasının inkişafına göstərdiyi qayğı öz əksini tapmışdır. Toplunun bu cildinə Azərbaycan KPMK bürosunun materialları, Mərkəzi Komitə plennumları və Partiya qurultaylarının qərarlarından çıxarışlar, Heydər Əliyevin elmin inkişafına həsr olunmuş çıxışları, ayrı-ayrı vaxtlarda verdiyi tövsiyyə və göstərişlər daxil edilmişdir.

Toplunun ikinci cildinə isə dahi şəxsiyyətin müstəqillik dövründə Azərbaycan elminin inkişaf etdirilməsi məqsədilə verdiyi sərəncamlar, qəbul etdiyi qərarlar, onun alimlərlə görüşləri zamanı etdiyi çıxışlar, görkəmli alimlərə ali dövlət orden və medallarının təltif olunması barədə verdiyi fərmanlar, təbrik məktubları, yubiley mərasimlərindəki çıxışları və başqa materiallar daxil edilmişdir.

“Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusu nəfis tərtibatda nəşr edilərək oxuculara təqdim olunur.



02.05.13 HEYDƏR ƏLIYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DAHİ AZƏRBAYCANLI” ADLI SƏNƏDLİ FİLMİN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR
Film Azərbaycan Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq birliyində istehsal olunmuşdur. Ətraflı >>

HEYDƏR ƏLIYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DAHİ AZƏRBAYCANLI” ADLI SƏNƏDLİ FİLMİN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR


Film Azərbaycan Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq birliyində istehsal olunmuşdur. Filmin senari müəllifli və aparıcısı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. “Dahi azərbaycanlı” filminin istehsalında “Azərbaycan Telefilm” yaradıcılıq birliyinin əməkdaşları Yaqub Əlioğlu, Zahid İsmayılov, Zahid Bağırov, Əliabbas Qasımov yaxından iştirak etmişlər. Filmin direktoru Valeh Həsənlidir. “Dahi azərbaycanlı” sənədli filminə Heydər Əliyevin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünü, o cümlədən gənclik illərini əks etdirən maraqlı faktlar daxil edilmişdir.


05.04.13 ELMİ ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANDI
5 aprel 2013-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ilə Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi arasında Elmi Əməkdaşlıq Protokolu imzalandı. Ətraflı >>

ELMİ ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANDI


5 aprel 2013-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ilə Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi arasında Elmi Əməkdaşlıq Protokolu imzalandı. Protokolu Azərbaycandan AMEA Tarix İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov, Türkiyədən Atatürk Araşdırma Mərkəzinin direktoru prof., Dr. Mehmet Ali Beyhan imzaladılar. Protokolda aşağıdakılar nəzərdə tutulmuşdur:

Ortaq tarixi və mədəni mirasımıza aid hər il ən az bir elmi toplantının keçirilməsi; uydurma “erməni soyqırımı”nın, Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasında elmi əməkdaşlığın həyata keçirilməsi; xarici ölkələrin arxivlərindən toplanılan arxiv sənədləri əsasında ortaq elmi nəşrlərin yazılması; bəhs edilən nəşrlərin dünya dillərinə çevrilərək məsələni dünyanın aparıcı ölkələrinin parlamentlərinə göndərilməsində əməkdaşlıq; hər iki ölkə arasında qarşılıqlı surətdə arxiv sənədlərinin mübadiləsi; tarixi türk dövlətləri, abidələri, şəxsiyyətləri, elm adamları haqqında birgə araşdırmaların aparılması.

Birgə aparılan araşdırmaların nəticəsi olaraq ortaq türk tarixinin yazılması üçün hazırlıq işləri görüləcəkdir.



27.03.13 QUBADA SOYQIRIMI İLƏ BAĞLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində bu il martın 29-da “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçirəcəkdir. Ətraflı >>

QUBADA SOYQIRIMI İLƏ BAĞLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK


Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində bu il martın 29-da “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçirəcəkdir. Konfrans 2013-cü il martın 29-da, saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:

1. Qafqaz Birinci Dünya müharibəsi illərində

2. Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı

3. Şərqi Anadoluda soyqırımı

Konfransda Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Cənubi Azərbaycan, Moldaviya, Ukrayna, Gürcüstan, Albaniya, Bolqarıstan, Misir, Rumıniyadan olan tarixçi alimlər iştirak edəcəklər. Konfransın açılışından əvvəl qonaqlarla birgə Quba kütləvi soyqırımı məzarlığı ziyarət olunacaq və əklil qoyulacaqdır.

Konfransın açılışında AMEA-nın prezidenti vəzifəsini icra edən akad. Akif Əlizadə, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və xarici ölkələrdən dəvət olunan qonaqlar çıxış edəcəklər. Konfransda ümumilikdə 40-dan çox alim və tədqiqatçının “Azərbaycan və türk xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzələrlə çıxış etməsi gözlənilir.



01.03.13 TARIX İNSTITUTUNUN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ XOCALI SOYQIRIMININ ANIM TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİBLƏR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, t.ü.e.d., professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı bu yaxınlarda qardaş Türkiyədən növbəti elmi ezamiyyətdən qayıtmışlar. Ətraflı >>

TARIX İNSTITUTUNUN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ XOCALI SOYQIRIMININ ANIM TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİBLƏR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, t.ü.e.d., professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı bu yaxınlarda qardaş Türkiyədən növbəti elmi ezamiyyətdən qayıtmışlar.

Xocalı soyqırımının anım günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfər edən institutun əməkdaşları AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, t.ü.f.d. Cəbi Bəhramov, t.ü.e.d. Qasım Hacıyev, t.ü.f.d. İlqar Niftəliyev Ankara, Samsun, Girəsun, Elazığ, Qızılca Hamam və başqa şəhər və yaşayış məntəqələrində, universitetlərdə, bələdiyyələrdə məruzələrlə çıxış etmişlər. Məruzələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, Xocalı soyqırımı və onun dəhşətli nəticələri barədə Türkiyə ictimaiyyətinə ətraflı məlumat verilmişdir. Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov iştirak etmişdir.



24.12.12 TARİX İNSTİTUTUNUN ƏNƏNƏVİ SƏYYAR ELMİ ŞURALARI KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun növbəti səyyar Elmi Şuraları Azərbaycanın Şimal – Qərb regionunda keçirilmişdir. Ətraflı >>

TARİX İNSTİTUTUNUN ƏNƏNƏVİ SƏYYAR ELMİ ŞURALARI KEÇİRİLMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun növbəti səyyar Elmi Şuraları Azərbaycanın Şimal – Qərb regionunda keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə dekabrın 19-u Balakəndə, 20-si Zaqatalada, 21-i Qaxda səyyar Elmi Şuralar keçirilmişdir. Şimal-Qərb regionuna səfər edən Tarix İnstitunun Elmi Şura üzvüləri göstərilən rayonlarda “Tarixi keçmiş, müasir durum və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfranslar keçirmiş, “İrəvan xanlığı” sənədli filmi nümayiş etdirilmiş, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid institutun nəşr etdirdiyi 21 adda çoxsaylı kitablar, o cümlədən “Şimal-Qərbi Azərbaycan tarixi”, “İlisu sultanlığı”, “Car-Balakən camaatlığı”, “İngiloylar” adlı əsərlər regionun kitabxanalarına bağışlanılmışdır. Elmi Şuralarda Şimal-Qərbi Azərbaycan tarixinin daha dərindən araşdırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.


17.12.12 TARIX İNSTİTUTUNUN ƏNƏNƏVİ SƏYYAR ELMİ ŞURALARI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu hər il Azərbaycanın müxtəlif regionlarında (Naxçıvan, Şəki, Lerik, Lənkəran, Qusar və s.) ənənəvi Elmi Şuralar keçirir. Ətraflı >>

TARIX İNSTİTUTUNUN BİR QRUP ƏMƏKDAŞI ALAMNİYADAN-ELMİ EZAMİYYƏTDƏN QAYITMIŞDIR


Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu hər il Azərbaycanın müxtəlif regionlarında (Naxçıvan, Şəki, Lerik, Lənkəran, Qusar və s.) ənənəvi Elmi Şuralar keçirir. Bu ilin Elmi Şuraları Azərbaycanın Şimal – Qərb regionunda keçiriləcəkdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə dekabrın 19-u Balakəndə, 20-si Zaqatalada, 21-i Qaxda Elmi Şuralar keçiriləcəkdir. Tarix İnstitutunun əməkdaşları direktor Yaqub Mahmudov başda olmaqla həmin rayonların ziyalıları və ictimaiyyəti ilə görüşlər, regionun tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı elmi konfranslar keçiriləcəkdir. “Şimal-Qərbi Azərbaycan tarixi”, “İlisu sultanlığı” və regionun tarixi ilə bağlı digər kitabların təqdimat mərasimlərinin keçiriləcəyi planlaşdırılır.


11.12.12 TARIX İNSTİTUTUNUN BİR QRUP ƏMƏKDAŞI ALAMNİYADAN-ELMİ EZAMİYYƏTDƏN QAYITMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada akademik Ramiz Mehdiyevin“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ətrafında müzakirələr aparılmışdır. Ətraflı >>

TARIX İNSTİTUTUNUN BİR QRUP ƏMƏKDAŞI ALAMNİYADAN-ELMİ EZAMİYYƏTDƏN QAYITMIŞDIR


İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Elmi Şurada Almaniya Federativ Respublikası arxivlərindən elmi ezamiyyətdən qayıtmış heyətin hesabatı dinlənilmişdir. Şurada çıxış edən Almaniyaya ezam olunmuş işçi qrupunun rəhbəri professor Səadət Zeynalova qeyd etmişdir ki, Almaniya tarixçiləri ilə danışıqlar aparılmış, Bakıda birgə konfransın keçirilməsi və Azərbaycan-Almaniya əlaqələrinə həsr edilmiş birgə elmi əsərlərin yazılmasına dair razılıq əldə olunmuşdur. Səfər zamanı Berlinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi, Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı çoxlu sayda ilk mənbələrə, o cümlədən arxiv sənədlərinə baxılmış, sənədlərin kataloqları hazırlanaraq ölkəmizə gətirilmişdir. Elmi Şurada qeyd olunmuşdur ki, ilkin mərhələdə Berlin arxivlərində saxlanılan sənədlərin kataloqu nəşr olunacaqdır. Almaniyadan gətirilən sənədlər içərisində qiymətli xəritələr, 1905-1906-cı illərdə ermənilər tərəfindən Bakıda yandırılan tikililərin, neft mədənlərinin, zavod və fabriklərin fotoşəkillərinin, ermənilərin azərbaycanlılara qarşı soyqırımları ilə bağlı sənədlərin surətləri də vardır. Elmi Şuranın qərarına əsasən Azərbaycan-Almaniya qarşılıqlı əlaqələrinin tarixinə həsr olunmuş birgə elmi konfrans keçiriləcəkdir. Almaniya arxivlərində axtarışlar davam etdiriləcəkdir.


10.12.12 AKADEMİK RAMİZ MEHDİYEVİN “ŞAH İSMAYIL SƏFƏVİ ALİ MƏRAMLI TARİXİ ŞƏXSİYYƏT KİMİ” MƏQALƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ ŞURA KEÇİRILMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada akademik Ramiz Mehdiyevin“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ətrafında müzakirələr aparılmışdır. Ətraflı >>

AKADEMİK RAMİZ MEHDİYEVİN “ŞAH İSMAYIL SƏFƏVİ ALİ MƏRAMLI TARİXİ ŞƏXSİYYƏT KİMİ” MƏQALƏSİNƏ HƏSR OLUNMUŞ ELMİ ŞURA KEÇİRILMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada akademik Ramiz Mehdiyevin“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ətrafında müzakirələr aparılmışdır. Yaqub Mahmudov öz çıxışında bildirdi ki, Azərbaycanın görkəmli tarixçi-filosofu akademik Ramiz Mehdiyevin göstərilən məqaləsi vaxtında yazılmış istiqamətverici məqalədir və çox böyük əhəmiyyətə malikdir. Bu məqalə həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi barədə Azərbaycan dövlətinin mövqeyidir. Məqalə ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanır, Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizi təhrif edənlərə tutarlı cavabdır, tarixçi alimlər üçün çox qiymətli uzunmüddətli elmi istiqamətdir. Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti professor Mahmud Kərimova ünvanlandığı məktubunda Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə AMEA Tarix İnstitutu tərəfindən Azərbaycan tarixi haqqında yığcam və aydın tarixi arayışların hazırlanması vəzifəsini qoymuşdur. Mühüm dövlət sənədlərində, xüsusilə ölkə prezidentinin sərəncamlarında AMEA-nın Tarix İnstitutu bütün ölkəmizdə tarixi araşdırmaların mərkəzi kimi qiymətləndirilir. Bütün bunlar dövlətimizin Tarix İnstitutuna olan çox mühüm etimadının nümunəsidir. Elmi Şurada yekdilliklə qeyd olunmuşdur ki, institutun alimləri bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. İclasda qərara alınmışdır ki, akademik Ramiz Mehdiyevin tarixçi alimlərlə əlaqədar olan məktubu ayrıca Elmi Şurada müzakirə olunaraq konkret tədbirlər görüləcəkdir.


05.12.12 AZƏRBAYCAN-TÜRKİYƏ ORTAQ TARİXİ YAZILACAQDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, t.ü.e.d., professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı bu yaxınlarda qardaş Türkiyədən növbəti elmi ezamiyyətdən qayıtmışlar. Ətraflı >>

AZƏRBAYCAN-TÜRKİYƏ ORTAQ TARİXİ YAZILACAQDIR


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, t.ü.e.d., professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı bu yaxınlarda qardaş Türkiyədən növbəti elmi ezamiyyətdən qayıtmışlar.

Bir neçə gün əvvəl Türkiyənin Ankara şəhərinə səfər edən institutun əməkdaşları Yaqub Mahmudov başda olmaqla Türkiyənin görkəmli elm və hökumət adamları, ümumtürk tarixini araşdıran elmi strukturların rəhbərləri ilə bir sıra faydalı görüşlər keçirmişdir. Görüşlər zamanı ortaq ümumtürk tarixinin yazılması məsələləri müzakirə olunmuşdur. Qərara alınmışdır ki, ilkin olaraq ortaq Azərbaycan-Türkiyə tarixi yazılsın. Müzakirələr zamanı başqa türk xalqlarının tarixçilərinin ümumtürk tarixinin yazılması ilə bağlı görüləcək işlərə cəlb edilməsi də qərara alınmışdır. Səfər zamanı Ankaranın Bilkənd Universitetində İnalcıq Xəlilə Tarix İnstitutunun Fəxri Doktoru diplomunun təqdimetmə mərasimi də keçirilmişdir. Fəxri Doktor diplomunu İnalcıq Xəlilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdim etmişdir. Təqdimat zamanı çıxış edən ustad tarixçi İnalcıq Xəlil ümumtürk tarixində Azərbaycanın tarix boyu hər zaman önəmli rol oynadığını xüsusi olaraq vurğulamışdır.

Prof. Dr. Mehmet Metin HÜLAGÜ - Türk Tarih Kurumu Atatürk Araştırma Merkezi Başkanı Prof. Dr. Mehmet Ali BEYHAN Atatürk Kültür Merkezi Başkan Vekilliğine, Türk Dil Kurumu Başkan Yardımcısı Sayın Ali KARAÇALI



05.11.12 TARİX İNSTİTUTU BEYNƏLXALQ MÜKAFAT ALDI
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu beynəlxalq elmi mükafata layiq görülmüşdür. 2012-ci il oktyabrın 26-da Oksford sammitində... Ətraflı >>

TARİX İNSTİTUTU BEYNƏLXALQ MÜKAFAT ALDI


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu beynəlxalq elmi mükafata layiq görülmüşdür. 2012-ci il oktyabrın 26-da Oksford sammitində Beynəlxalq Sokrat Komitəsi tərəfindən AMEA-nın Tarix İnstitutu elmi – tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna layiq görülmüşdür. Sammitdə qeyd olunub ki, AMEA tarix İnstitutu öz fəaliyyət sahəsində Cənubi Qafqazda ən aparıcı elmi müəssisələrdən biridir. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudov isə böyük təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlığına, rəhbərlik istedadına və liderlik keyfiyyətinə görə “ən yaxşı baş menecer” fəxri adına layiq görülmüşdür. Avropa Biznes Assembleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent idarəsi tərəfindən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudova marketinq məqsədləri üçün 5 illik (20.10.2012 – 20.10.2017) “Best Enterprise” lisenziyası da verilmişdir.

2012-ci il iyulun 12-də Dublin Sammitində (Dublin, İrlandiya) AMEA Tarix institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudova böyük elmi nəaliyyətlərinə görə Beynəlxalq Sokrat Komitəsinin “The Name in Science” (“Elmdə ad”) fəxri titulu verilmişdir. Bununla da, Azərbaycanın əməkdar elm xadimi Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilmişdir.



02.11.12 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTUNDA NÖVBƏTİ ELMİ ŞURA KEÇİRILMİŞDİR
İnstitun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində “Maliyyə muzeyi”nin yaradılması ilə bağlı məsələ müzakirə olunmuşdur. Ətraflı >>

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTUNDA NÖVBƏTİ ELMİ ŞURA KEÇİRILMİŞDİR


İnstitun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində “Maliyyə muzeyi”nin yaradılması ilə bağlı məsələ müzakirə olunmuşdur. Şurada qeyd olunmuşdur ki, Tarix İnstitutu Maliyyə Nazirliyinin Azərbaycanda pul tədavülü və sikkə zərbi tarixinə dair muzeyin yaradılması təşəbbüsünü dəstəkləyir. Məsələ ilə bağlı institutda işçi qrupu yaradılmışdır. İşçi qrupu Azərbaycanın pul (sikkə) tarixinə, zərbxanalarına dair materialları toplayaraq sistemləşdirəcəkdir. Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş zərbxanaların ayrı – ayrı dövrlər üzrə sistemləşdirilərək siyahısının hazırlanması nəzərdə tutulur. Tarixi Azərbaycan zərbxanalarının xəritəsinin də tərtib olunması planlaşdırılır. Pul tədavülü və sikkə zərbi ilə bağlı tarixən verilən fərman və sərəncamlar toplanaraq muzeyin ekspozisiyasında nümayiş etdiriləcəkdir.


31.10.12 GÖRKƏMLİ TÜRK TARİXÇİSİ PROFESSOR İNALCIQ XƏLİLİ FƏXRİ DOKTOR ADINA LAYİQ GÖRMÜŞDÜR
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası görkəmli türk tarixçisi professor İnalcıq Xəlili Azərbaycan tarixinin tədqiqində və təbliğində göstərdiyi xidmətlərinə görə institutun Fəxri Doktoru adına layiq görmüşdür. Ətraflı >>

GÖRKƏMLİ TÜRK TARİXÇİSİ PROFESSOR İNALCIQ XƏLİLİ FƏXRİ DOKTOR ADINA LAYİQ GÖRMÜŞDÜR


Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası görkəmli türk tarixçisi professor İnalcıq Xəlili Azərbaycan tarixinin tədqiqində və təbliğində göstərdiyi xidmətlərinə görə institutun Fəxri Doktoru adına layiq görmüşdür. Bu il noyabrın 7-də Türkiyənin Ankara şəhərində, Bilkent Universitetində görkəmli tarixçiyə Tarix İnstitutunun Fəxri Doktoru diplomunun təqdimetmə mərasimi keçiriləcəkdir. Fəxri Doktor diplomunu İnalcıq Xəlilə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, t.e.d., professor Yaqub Mahmudov təqdim edəcəkdir. Təqdimetmə mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun da iştirak edəcəyi gözlənilir.


16.10.12 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTUNDA “QUBA TARİXİ” ADLI KİTAB NƏŞR OLUNACAQDIR
Quba rayon İcra Hakimiyyəti “Quba tarixi”nin yazılması ilə bağlı təşəbbüslə çıxış etmişdir. Bununla bağlı, Tarix İnstitutunda müzakirələr aparılmışdır. Ətraflı >>

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTUNDA “QUBA TARİXİ” ADLI KİTAB NƏŞR OLUNACAQDIR


Quba rayon İcra Hakimiyyəti “Quba tarixi”nin yazılması ilə bağlı təşəbbüslə çıxış etmişdir. Bununla bağlı, Tarix İnstitutunda müzakirələr aparılmışdır. Müzakirələrdə Tarix İnstitutunun dissertantı, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Rəxşəndə Bayramova da iştirak etmişdir. Quba rayon İcra Hakimiyyətinin göstərişi ilə Quba tarixi ilə bağlı xeyli sənəd materialları toplanılmışdır. Qoba rayon İcra Hakimiyyəti bu əsərin yazılıb başa çatdırılması və nəşriyyata təqdim olunması ilə bağlı Tarix İnstitutuna müraciət etmişdir. Kitabın yazılması üçün müxtəlif tarixi dövrlər nəzərə alınaraq mütəxəssislərdən ibarət tədqiqatçı qrupu yaradılmışdır.


13.10.12 İRADƏ MƏMMƏDOVA TÜRKİYƏNIN İZMİR ŞƏHƏRİNDƏ KEÇİRILƏN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı böyük elmi işçi t.ü.f.d. İradə Məmmədova Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir Ətraflı >>

İRADƏ MƏMMƏDOVA TÜRKİYƏNIN İZMİR ŞƏHƏRİNDƏ KEÇİRILƏN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK ETMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı böyük elmi işçi t.ü.f.d. İradə Məmmədova Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Ege Universiteti Ədəbiyyat fakültəsi tarix bölümü, Atatürk Ölkələri İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi və Atatürk Araşdırma Mərkəzinin birlikdə təşkil etdiyi “Qurtuluş və quruluşun simvol mərkəzi İzmir” adlanan II Beynəlxalq Tarix simpoziumu 26-28 sentyabr 2012-ci ildə İzmirdə keçirilmişdir. Simpoziumda tarixçi-alim İradə Məmmədovanın “İzmirin qurtuluşunun Azərbaycan mətbuatında işıqlandırılması” mövzusunda çıxışı maraqla qarşılanmışdır. Atatürk başda olmaqla türk xalqının 15 may 1919-cu ildə İzmirin yunanlar tərəfindən işğalı ilə başlayan milli mücadiləsinin 1922-ci ilin sentyabrın 9-da İzmirin azad olunması ilə bitən şanlı qələbəsinin həmin dövrün Azərbaycan mətbuatında da geniş işıqlandırıldığını vurgulayan İradə Məmmədova çıxışında Nəriman Nərimanovun da daxil olduğu Zaqafqaziya İttifaq Sovetinin üzvləri və Xüsusi Qafqaz Qızıl Ordusunun İnqilabi Hərbi Şurası tərəfindən T.B.M.M. sədri Mustafa Kamala göndərilən təbrik teleqramını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. İradə Məmmədova yekun olaraq bildirmişdir ki, gələcəkdə Turkiyə Cumhuriyyətinin qurulmasına səbəb olacak İzmirin qurtuluşu Türk qalibiyyət tarixinin şanlı səhifələrindən biri oldu və türklərlərlə eyni qandan və candan olan Azərbaycan türkləri Turk xalqının milli mücadiləsində öz mənəvi və maddi köməklərini qardaşlarından əsirgəmədilər.


12.10.12 ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. Ətraflı >>

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU ELMİ ŞURASININ QƏRARI İLƏ “MİRZƏ FƏTƏLİ AXUNDZADƏ - 200” ADLI BİBLİOQRAFİK GÖSTƏRİCİ ÇAPDAN ÇIXMIŞDIR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilmişdir. İnstitun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunmuşdur. İclasda qeyd olundu ki, xüsusilə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın. Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirildi. Şurada qərara alındı ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.


02.10.12 ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Biblioqrafik göstərici Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə nəşr olunmuşdur. Ətraflı >>

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU ELMİ ŞURASININ QƏRARI İLƏ “MİRZƏ FƏTƏLİ AXUNDZADƏ - 200” ADLI BİBLİOQRAFİK GÖSTƏRİCİ ÇAPDAN ÇIXMIŞDIR


Biblioqrafik göstərici Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə nəşr olunmuşdur. Biblioqrafik göstərici 7 hissədən ibarətdir. Birinci hissədə Mirzə Fətəli Axundzadənin kitabları, dövri mətbuatda və toplularda dərc olunmuş əsərləri, ikinci hissədə həyat və yaradıcılığına həsr olunmuş kitablar, məqalələr və Mirzə Fətəli Axundzadəyə həsr olunmuş şeirlərin adları verilmişdir. Biblioqrafik göstəricinin üçüncü və dördüncü hissələrində Mirzə Fətəli Axundzadənin rus dilində çap olunmuş kitablarının və onun haqqında yazılmış əsər, məqalə və şeirlərin adları verilmişdir. Beşinci hissədə böyük mütəfəkkirin digər dillərə tərcümə olunmuş əsərlərinin, altıncı hissədə isə dramaturqun həyat və yaradıcılığı haqqında müxtəlif xarici dillərdə nəşr olunan əsər və məqalələrin adları verilmişdir. Yeddinci hissədə köməkçi göstəricilər verilmişdir.

Biblioqrafik göstərici AMEA-nın müxbir üzvü, t.e.d., professor Yaqub Mahmudovun rəhbərliyi ilə fil.ü.f.d. Əmin Əfəndiyev və Zakirə Əliyeva tərtib etmişlər. Göstəricinin elmi redaktoru fil.e.d. Zaman Əsgərlidir.

Biblioqrafik göstərici Mirzə Fətəli Axundzadə irsini araşdıran tədqiqatçılar, həm də Axundzadə irsi ilə maraqlananlar üçün qiymətli vəsaitdir.



01.10.12 PROFESSOR YAQUB MAHMUDOVUN “AZƏRBAYCAN VƏ AVROPA: AĞQOYUNLU DÖVRÜNDƏ QARŞILIQLI ƏLAQƏLƏR (XV ƏSRİN İKINCİ YARISINDA)” (2011) MONOQRAFİYASI ABŞ-IN LOS-ANCELES ŞƏHƏRİNDƏ İNGİLİS DİLİNDƏ NƏŞR EDİLMİŞDİR
5 fəsildən ibarət olan bu əsərdə Ağqoyunlu dövlətinə aid 260 ədəd müxtəlif dillərdə olan mənbə və ədəbiyyatdan istifadə edilmişdir. Ətraflı >>

PROFESSOR YAQUB MAHMUDOVUN “AZƏRBAYCAN VƏ AVROPA: AĞQOYUNLU DÖVRÜNDƏ QARŞILIQLI ƏLAQƏLƏR (XV ƏSRİN İKINCİ YARISINDA)” (2011) MONOQRAFİYASI ABŞ-IN LOS-ANCELES ŞƏHƏRİNDƏ İNGİLİS DİLİNDƏ NƏŞR EDİLMİŞDİR


5 fəsildən ibarət olan bu əsərdə Ağqoyunlu dövlətinə aid 260 ədəd müxtəlif dillərdə olan mənbə və ədəbiyyatdan istifadə edilmişdir. Kitabda Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin yaranmasının tarixi səbəbləri, Ağqoyunlu dövründə (XV əsrin ikinci yarısı) Avropa-Azərbaycan əlaqələri, Ağqoyunlu – Osmanlı münasibətləri və digər məsələlər öz əksini tapmışdır.

Kitabın sonunda verilmiş 5 xəritə Azərbaycanın tarixi dövlətlərinin sərhədlərini göstərir. Uzun illərin araşdırmalarının nəticəsi olan bu xəritələr Azərbaycanın tarixini saxtalaşdırmağa çalışanlara tutarlı cavabdır. Kitabda Azərbaycan tarixinə dair aşağıdakı xəritələr verilmişdir:

• Azərbaycan XV əsrdə

• Azərbaycan Qaraqoyunlu dövləti (1410-1468)

• Azərbaycan Ağqoyunlu dövləti (1468-1501)

• Azərbaycan Səfəvilər dövləti (I Şah İsmayılın hakimiyyəti dövrü, 1501-1524)

Əsərdə, həmçinin müxtəlif dövrlərdə Azərbaycanın itirilmiş torpaqlarını nəzərə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının müasir xəritəsi də verilmişdir. Həmin xəritədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı əraziləri də öz əksini tapmışdır.

Kitab dünyanın ingilisdilli tədqiqatçılarını və oxucucularını XV əsr Azərbaycan tarixinin parlaq səhifələri ilə yaxından tanış edir.



27.09.12 PROFESSOR YAQUB MAHMUDOV VƏ INSTITUTUN BIR QRUP ƏMƏKDAŞI NÖVBƏTI ELMI EZAMIYYƏTDƏN QAYITMIŞLAR
Bir neçə gün əvvəl Şəkiyə səfər edən professor Yaqub Mahmudov Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar beynəlxalq elmi... Ətraflı >>

PROFESSOR YAQUB MAHMUDOV VƏ INSTITUTUN BIR QRUP ƏMƏKDAŞI NÖVBƏTI ELMI EZAMIYYƏTDƏN QAYITMIŞLAR


Bir neçə gün əvvəl Şəkiyə səfər edən professor Yaqub Mahmudov Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmişdir. Səfər zamanı professor Yaqub Mahmudov tədbirlərdə Azərbaycan tarixində Mirzə Fətəli Axundzadənin rolu, Şəkinin tarixi və qədim mədəniyyəti haqqında məruzələrlə çıxış etmişdir. Professor Yaqub Mahmudov çıxışında bildirib ki, Şəki tarixən Azərbaycanın şimalı-qərbində dövlətçiliyimizin dayağı, mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz olmuşdur. Şəhərdəki nadir tarixi-memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, imarətlər, qala divarları, körpülər buranın qədim və özünəməxsus memarlıq üslubundan xəbər verir. Bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir. Dövlətimizin başçısı ölkəmizin digər bölgələri kimi Şəkini də gündəlik qayğı və diqqət mərkəzində saxlayır. Son bir il ərzində ölkə başçısı Şəkinin inkişafı ilə bağlı dörd sərəncam imzalamış, üç dəfə bu qədim şəhərə səfər etmişdir. Şəki hazırda böyük intibah dövrünü yaşayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22-23 sentyabr 2012-ci il tarixlərində Şəki şəhərində Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar keçirilən beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunmuş bayram mərasimlərində görkəmli alimlər, o cümlədən Tarix İnstitutunun əməkdaşları t.ü.f.d. C.Ə.Bəhramov, t.ü.f.d. dossent T.H.Nəcəfli, t.ü.f.d. H.N.Həsənov, t.ü.e.d. Q.Ə.Hacıyev və başqaları da iştirak etmişdir. Təntənəli və rəngarəng bayram mərasimləri Xan sarayı, Mirzə Fətəli Axundzadə parkı, ölkə başçısı İlham Əliyevin göstərişi ilə qısa müddət ərzində inşa edilən Yay Teatrı, Yuxarı və Aşağı karvansaraylarda keçirilmişdir. Tədbirlərdə Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin nümayəndələri, Qazaxıstan, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının və Türkiyənin tanınmış teatr, musiqi və rəqs kollektivləri də iştirak etmişdir. Şəkidəki tədbirlər zamanı Şəki şəhəri Türkiyənin Meram şəhəri qardaşlaşmışdır. Bayram tədbirləri atəşfəşanlıqla sona çatmışdır.



İNSTİTUT HAQQINDA
70 illiyini qeyd etməyə hazırlaşan Tarix İnstitutu milli tarixin öyrənilib doğma xalqa çatdırılması sahəsində böyük uğurlarla zəngin inkişaf yolu keçmişdir.

Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi tədqiqat institutunun – bu günkü A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulmuşdur.

Elmi tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-cı ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə AEA Rəyasət Heyəti yanında Fəlsəfə Sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor AEA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilmişdir.

2004-cü il sentyabrın 13-dən Tarix İnstitutuna Y.M.Mahmudov rəhbərlik edir.